Icma.az
close
up
RU
Valideynlər bu risklərin qarşısını almaqda necə rol oynaya bilərlər? MÜNASİBƏT BİLDİRİLDİ

Valideynlər bu risklərin qarşısını almaqda necə rol oynaya bilərlər? MÜNASİBƏT BİLDİRİLDİ

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən, hər bir uşağın əqli və fiziki inkişafı üçün zəruri olan istənilən məlumatı axtarmaq, əldə etmək, ötürmək və yaymaq hüququ vardır. Həmin maddədə eyni zamanda göstərilir ki, uşaqların zərərli informasiyadan qorunması “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin baş məsləhətçisi Könül Tağızadə deyib.

O bildirib ki,“Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli Qanunu 1 yanvar 2020-ci il tarixindən qüvvəyə minmişdir: "Qanun uşaqların yaşına uyğun informasiya əldə etmək hüququnun həyata keçirilməsi ilə əlaqədar olaraq uşaqların onlar üçün zərərli informasiyadan qorunması tədbirlərini müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.

Belə ki, uşaqlar öz yaş kateqoriyasına uyğun olmayan informasiya məhsullarından istifadə etməməlidir. Bir çox məşhur sosial şəbəkələr - “Instagram”, “Facebook”, “X”, “TikTok”, “Snapchat” və s. 12+ yaş kateqoriyası üzrə işarələnmiş olsa da, 12 yaşdan yuxarı olan uşaqların bu sosial şəbəkələrdən valideyn nəzarəti ilə istifadə etməsi tövsiyə olunur. “YouTube” platforması da digər adları çəkilən sosial şəbəkələr kimi 12+ (valideyn nəzarəti ilə) yaş kateqoriyası üzrə işarələnsə, daha kiçik yaşlı üşaqlar üçün xüsusi olaraq “YouTube Kids” platforması fəaliyyət göstərir ki, yaş kateqoriyası 3+ olaraq qeyd olunmuşdur.

Bütün dünyada internet təhlükəsizliyinin təmin olunması istiqamətində müəyyən işlər görülsə də, rəqəmsal mühitdə olan təhlükələrin qarşısını tam şəkildə almaq mümkün deyil. Bu səbəbdən cəmiyyətin hər bir üzvü kibertəhlükəsizliyini təmin etmək üçün ilk əvvəl özünü, daha sonra ailəsini və yaxınlarını maarifləndirməlidir. Əlbəttə ki, uşaqlar rəqəmsal mühitdə ən həssas istifadəçi qrupudur, internetin təqdim etdiyi faydalarla yanaşı, orada yayılan zərərli məzmunlar onların psixoloji sağlamlığına mənfi təsir göstərə bilər. Nəzərə alsaq ki, uşaqlar internetdən tədris, rəqəmsal resursların əldə olunması, müxtəlif sahədə bilik və bacarıqların artırılması, asudə vaxtlarında inkişaf və əyləncə məqsədilə istifadə edirlər, onların internet təhlükəsizliyinin təmin olunması ən aktual məsələlərdəndir. Bunun üçün ilk öncə hansı informasiya məhsullarının uşaqlar üçün zərərli olduğunu bilmək lazımdır.

Uşaqlar üçün zərərli informasiya dedikdə, uşaqlar üçün nəzərdə tutulmayan və uşağın fiziki və ya psixi sağlamlığına mənfi təsir göstərən, o cümlədən təhrif olunmuş sosial təsəvvürlərin formalaşdırılması vasitəsilə onların mənəvi, psixi, fiziki və ya sosial inkişafında pozuntu yaranmasına səbəb olan məlumat nəzərdə tutulur.

“Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası Qanununda uşaqlar üçün zərərli informasiya uşaqlar arasında dövriyyəsi qadağan edilən və müəyyən yaş qrupuna aid uşaqlar arasında dövriyyəsi məhdudlaşdırılan informasiya olmaqla 2 qrup üzrə dəqiq təsnifatlaşdırılmışdır. Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyaya zorakılığı və qəddarlığı, cəmiyyət əleyhinə və hüquqazidd hərəkətləri, o cümlədən cinayətləri, uşaqların həyat və təhlükəsizliyinə potensial təhlükə yaradan əməlləri təbliğ edən, ailə institutunu nüfuzdan salan, əxlaqdan kənar leksik (söyüş) məzmunlu və s. informasiya aiddir. Müəyyən yaş qrupuna aid uşaqlar arasında dövriyyəsi məhdudlaşdırılan informasiyaya zorakılığı və qəddarlığı nümayiş edən, qorxu məzmunlu, qeyri-məişət leksik məzmunlu və və s. informasiya aiddir.

Uşaqların rəqəmsal mühitdə qarşılaşa biləcəyi əsas təhlükələrə aiddir:

Kiberzorakılıq, virtual məkanda qısnama və ya kiberbullinqlə üzləşmək; Kibercinayət hallarına məruz qalma - şifrəsiz Wi-Fi şəbəkəsi, təhlükəli linklər, QR kodlar, arzuolunmaz reklamlar nəticəsində şəxsi məlumatların, bank kartı məlumatlarının, sənədlərin, foto və videoların ələ keçirilməsi və yayılması; İnsan alverinin və ya uşaq əməyinin istismarının qurbanı olmaq - pis niyyətli yad insanlarla virtual tanışlıq nəticəsində şantaj və hədə-qorxuya məruz qalma, insan alverinin və ya uşaq əməyinin istismarının qurbanı olmaq . Filtrsiz və nəzarətsiz internet şəbəkəsindən istifadə nəticəsində uşaqlar üçün zərərli sayılan informasiyaların (zorakılığı və qəddarlığı, cəmiyyət əleyhinə və hüquqazidd hərəkətləri, o cümlədən cinayətləri, uşaqların həyat və təhlükəsizliyinə potensial təhlükə yaradan əməlləri təbliğ edən, ailə institutunu nüfuzdan salan, əxlaqdan kənar leksik (söyüş) məzmunlu və s. informasiya, milli və əxlaqi dəyərlərə qarşı təhqiredici əməlləri, qumar oyunlarını təbliğ edən saytlar və s.) əlçatan olması.

Valideynlər bu risklərin qarşısını almaqda necə rol oynaya bilərlər?

Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Belə ki, valideynlər övladlarının rəqəmsal təhlükəsizliyini təmin etməli və onları təhlükələr barədə maarifləndirməlidirlər. Bunun üçün də özləri internet təhlükəsizliyi haqqında məlumatlı olmalıdırlar.

Uşaqların internet təhlükəsizliyi baxımından hər bir valideyn övladlarının internetdən istifadə müddətinin düzgün tənzimlənməsinə məsuliyyətlə yanaşmalı, uşaqların öz yaş kateqoriyasına uyğun informasiya məhsulundan faydalanmasına ciddi diqqət yetirməli, valideyn nəzarəti proqramlarından istifadə etməlidir.

Uşaqların zərərli informasiyadan qorunması məqsədilə, valideynlər üçün tövsiyələri diqqətinizə təqdim edirik:

Valideynlər övladlarının öz yaş kateqoriyasına uyğun informasiya məhsulundan faydalanmasına ciddi nəzarət etməlidirlər. Uşağın istifadə etdiyi informasiya məhsullarının yaş kateqoriyasına uyğun düzgün işarələndiyindən əmin olmalıdırlar. Yaş kateqoriyası düzgün işarələnməmiş məhsul aşkarladıqda, Dövlət Komitəsinə və digər aidiyyəti dövlət qurumlarına müraciət edərək, məlumat verməlidirlər. Uşağın maraqlandığı informasiya məhsulları (rəqəmsal oyunlar, film, video və digər audiovizual məhsullar, musiqilər, hətta bədii kitablar, mədəni-kütləvi tədbirlər) haqqında ilk əvvəl valideynlər özləri məlumat əldə etməyə çalışmalıdırlar. İnternet şəbəkəsi üzərində filtr proqramları tətbiq olunmalıdır. Uşaqların istifadə etdiyi kompüter, planşet, smart telefon, televizor və digər rəqəmsal avadanlıqlara valideyn nəzarəti proqramları yüklənməli və uşaqda asılılığın yaranmaması üçün gün ərzində istifadə müddəti onun yaşına uyğun olaraq tənzimlənməlidir. ( 6 yaşdan etibarən gündə 1 saat, 9 yaşdan etibarən 1 saat 30 dəqiqə, 12 yaşdan etibarən gündə 2 saat) Müasir dövrdə azyaşlıların zərərli informasiyanın ən təhlükəli formaları ilə internətdə rastlaşdığını nəzərə alsaq, 12 yaşa qədər uşaqların sosial şəbəkələrdən (“İnstagram”, “TikTok”, “Snapchat”, “Facebook” və s.) istifadə etməsinə valideyn tərəfindən məhdudiyyət qoyulmalıdır. Uşaqlara sosial şəbəkələrdə tanımadığı insanlarla ünsiyyət qurmamağı, adı, soyadı, fotoşəkilləri, evinin və ya məktəbinin ünvanını, telefon nömrəsi, şifrələri və digər şəxsi məlumatlarını paylaşmamağı tapşırmaq lazımdır. Valideynlər övladları ilə daha çox vaxt keçirərək, onunla həmsöhbət olmalı, çətinliklərini, problemlərini, qorxularını dinləməli, uşağın ən etibarlı dostu olmalıdırlar .

Uşaqların zərərli informasiyadan qorunması ilə bağlı Dövlət Komitəsi tərəfindən hansı tədbirlər görülür? Gələcəkdə bu təhlükələri azaltmaq üçün hansı tədbirlər görülməlidir?

Dövlət uşaq siyasətini həyata keçirən dövlət orqanı kimi Dövlət Komitəsi tərəfindən uşaqların zərəli informasiyadan qorunması məqsədilə müxtəlif istiqamətdə işlər görülür:

- Bu sahədə mövcud qanunvericiliyin icrasına dövlət nəzarətində iştirak və normativ hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində təkliflərin təqdim olunması;

-“İnformasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspertlərə ixtisas attestatının verilməsi, attestatın qüvvədəolma müddətinin dayandırılması və ya ona xitam verilməsi, ekspertlərin və ekspert təşkilatlarının reyestrinin aparılması və onların fəaliyyətinə nəzarət məqsədilə Dövlət Komitəsində yaradılmış Müsabiqə Komissiyasının işinin təşkili;

-İnformasiya məhsulunun yaş təsnifatının aparılması üzrə Ekspert Şurasının işinin təşkili;

-“Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 14.2-ci maddələrinə uyğun olaraq mətbu nəşrlərin və digər informasiya məhsullarının işarələnmədiyi və yaxud həmin Qanunun tələblərini pozmaqla işarələndiyi barədə məlumat əldə etdikdə, müstəqil şəkildə bu informasiya məhsullarının ekspertizasının təşkili;

-Uşaqların internet məkanında, sosial şəbəkələrdə zərərli informasiyadan qorunması istiqamətində təbliğat-təşviqat işinin aparılması;

-Mütəxəssislər, valideynlər və uşaqlar üçün təlimlərin təşkili;

-Bu sahədə analitik təhlillərin aparılması və maarifləndirmə vəsaitlərinin, çap məhsullarının hazırlanması.

Məlumat üçün bildiririk ki, 1 iyun, 2020-ci il tarixindən etibarən Dövlət Komitəsinin layihəsi olan Uşaq Səfirlər Məclisi yaradılıb. Uşaq Səfirlər Məclisinin əsas missiyası uşaq hüquqları istiqamətində müvafiq maarifləndirilmə işinin aparılması və ya hüquqların pozulması halları ilə qarşılaşdıqda müvafiq məsələlərin aidiyyəti icra orqanı qarşısında qaldırılması və bu problemlərin həlli istiqamətində tədbirlərin görülməsi, hökumət və ictimai iştirakçılıq vasitəsilə uşaqların bir-biri ilə əlaqələləndirilməsi, proseslərə qoşulması və güclərinin artırılmasında fəal iştirak etməkdir".

"Hal-hazırda ölkənin bütün regionlarında Uşaq Səfirlər Məclisinin region nümayəndələri fəaliyyət göstərir. Hər region üzrə 20 nəfər fəal uşaqdan ibarət olan nümayəndəlik üzvləri hər biri yaşadığı şəhərlərdə, rayonlarda, hətta ucqar kəndlərdə uşaqların zərəli informasiyadan qorunması, eyni zamanda internet təhlükəsizliyi istiqamətində müvafiq maarifləndirilmə işinin aparılmasında iştirak edirlər.

Eyni zamanda bildirmək istərdik ki, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” sənəd layihəsi hazırlanır. Sənəd layihəsində uşaqların zərərli informasiyadan müdafiəsi istiqamətində tədbirlərin gücləndirilməsi ilə bağlı bir çox yeni məqamlara toxunulmuşdur.

Əlavə olaraq bildirmək istəyirik ki, “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2026–2030-cu illər üçün Fəaliyyət Planı”nın layihəsinin hazırlanmaqdadır. Sənəd layihəsində uşaqların zərərli informasiyadan qorunması istiqamətində bir çox prioritet məsələlərin yer alması nəzərdə tutulmuşdur" - deyə o, əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:91
embedMənbə:https://sia.az
archiveBu xəbər 13 İyun 2025 18:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp: Putinə səbrim çox tez tükənir

13 Sentyabr 2025 00:33see211

Bu ölkələr İsrailə görə Avroviziyadan imtina edəcək

12 Sentyabr 2025 18:39see188

Kanelo Dana Uayt haqqında danışan spikerin sözünü kəsib

13 Sentyabr 2025 00:18see180

Ukraynalılar Bakı Bulvarında Rusiyaya etiraz etdi Bizə qardaş deyirlər, sizə dost deyirlər

12 Sentyabr 2025 22:54see145

Tailandda quduzluq epidemiyası yayılır

13 Sentyabr 2025 01:25see140

İpoteka ilə alınan evlərin satılmasına icazə verilir? Əgər bu şərtlər varsa… KONKRET

12 Sentyabr 2025 19:03see139

Liqa 1: Marsel darmadağına sevindi

13 Sentyabr 2025 01:51see137

Yaşmada sex yandı

13 Sentyabr 2025 10:49see134

Model 100 min dollara ər axtarır

12 Sentyabr 2025 18:57see129

Elbrusda kanat yolu qırıldı, ölənlər var

13 Sentyabr 2025 00:27see126

KİV: Mossad Qətərdə HƏMAS rəhbərlərinə qarşı yerüstü əməliyyatdan imtina edib

14 Sentyabr 2025 01:26see125

“Millət vəkili” anlayışı kimi “ekspert” sözü də cəmiyyətdə formalaşır Fazil Mustafa

12 Sentyabr 2025 19:38see124

Araz Naxçıvan Kəpəz ə qalib gəldi

12 Sentyabr 2025 19:42see123

Gizli tarix üzə çıxdı: Girişi torpaqla örtülübmüş

14 Sentyabr 2025 02:07see122

Xəzər dənizində qasırğa müşahidə edildi VİDEO

14 Sentyabr 2025 01:25see121

Ekspert: Aİ və NATO da heç kim Ukraynaya qoşun göndərməyə hazır deyil

13 Sentyabr 2025 08:37see118

İlham Əliyev Hadrut qəsəbəsində olub FOTOLAR KONKRET

14 Sentyabr 2025 13:43see118

Avtomobil 1 həftə və ya daha çox sürülməsə hansı problemlər yaranır?

13 Sentyabr 2025 20:02see118

Beşiktaş Musayevi istəyir

14 Sentyabr 2025 13:49see117

Zərərli qidalar beynin fəaliyyətinə mənfi təsir göstərə bilər (ARAŞDIRMA)

13 Sentyabr 2025 23:14see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri