Icma.az
close
up
RU
Valideynlərin NƏZƏRİNƏ: Bağça və məktəblərdə infeksiyalar YAYILIR

Valideynlərin NƏZƏRİNƏ: Bağça və məktəblərdə infeksiyalar YAYILIR

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

"Payız-qış mövsümü nəzərə alınsa, son dövrlər bağçaya və məktəbə gedən uşaqlar arasında müxtəlif infeksion xəstəliklərin yayılması müşahidə olunur. Xüsusilə yuxarı tənəffüs yollarının virus infeksiyaları, qrip və paraqrip, eləcə də bağırsaq infeksiyaları geniş yayılıb. Enteroviruslar isə uşaqlarda ishal və qarın pozuntularına səbəb olur".
Bunu Demokrat.az-a açıqlamasında tibb eksperti Şahvələd Məmmədov deyib.
O, bildirib ki, bu infeksiyaların qarşısının alınması üçün həm valideynlər, həm də bağça və məktəb rəhbərliyi məsuliyyətli davranmalıdır:
"Kollektivlərdə, sinif və bağça qruplarında hər hansı uşaqda infeksiya əlamətləri aşkar edildikdə, həmin uşaq dərhal təcrid olunmalı və evə göndərilməlidir ki, xəstəlik digər uşaqlara yoluxmasın. Eyni zamanda, yoluxma riskinin yüksək olduğu dövrlərdə qoruyucu maskalardan istifadə, gigiyena qaydalarına əməl edilməsi və uşaqların sağlamlıq vəziyyətinə nəzarət vacibdir".
Ekspert bildirib ki, bağça rəhbərliyi ilk simptomlar görünən kimi valideynlərlə dərhal əlaqə saxlamalı, uşağın infeksiyaya şübhəli olduğu barədə məlumat verməli və onu valideynlərinə təhvil verməlidir:
"Bu cür operativ tədbirlər infeksiyaların yayılmasının qarşısını almaqda mühüm rol oynayır".
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:167
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 15 Dekabr 2025 20:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see372

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see368

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see345

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see340

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see339

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see305

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see297

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see274

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see272

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see251

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see245

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see229

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see213

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see210

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see203

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see203

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see201

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see179

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see173

Anamla atam ailə qurmağımı istəyir

25 Oktyabr 2026 00:12see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri