Icma.az
close
up
RU
Valideynlərin nəzərinə! Övladlarınızın qiymətlərini belə izləyə bilərsiniz

Valideynlərin nəzərinə! Övladlarınızın qiymətlərini belə izləyə bilərsiniz

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Elm və Təhsil Nazirliyinin (ETN) yeni istifadəyə verdiyi “Rəqəmsal Məktəb” platforması həm də valideynlər üçündür.

Hansı məktəblər qoşulub ?

Hazırda Bakı şəhərinin bütün məktəbləri bu platformaya inteqrasiya edilib. Övladları Bakı şəhərinin məktəblərində təhsil alan bütün valideynlər platfromaya daxil olaraq faydalana bilərlər.

Hələlik özəl məktəblər və regionlardakı məktəblər sistemə daxil edilməyib.

Regionların növbəti dərs ilində platformaya qoşulması nəzərdə tutulub.

digital.edu.az saytının aşağı hissəsində “Rəqəmsal Məktəb”ə qoşulan məktəblərin siyahısı yerləşdirilib.

Necə daxil olmalı?

Valideynlər digital.edu.az səhifəsinin GİRİŞ bölməsini seçməklə SİMA və ya ASAN imza ilə platformaya daxil ola bilərlər. Sayt telefonda işləmək üçün də uyğunlaşdırılıb.

Sistemə daxil olan anda “Yeni övlad əlavə et” menyusu vasitəsilə valideynlər övladlarını siyahısını görə və zəruri addımları ata bilərlər.

Valideynlər platformada nə edə bilərlər ?

Valideynlər övladının gündəliyini görə, gündəlik qiymətləndirmə məlumatlarını izləyə bilərlər.

Onların həmçinin birbaşa direktor ilə onlayn formada mövcud çat vasitəsilə əlaqə saxlamaq imkanı var.

Valideynlər övladlarının sistemdən istifadəsi üçün platformada onlar üçün giriş imkanı yaratmalı, onlara şifrə təyin etməlidir. Şagirdlər məktəb tərəfindən veirlən ÜTİS kodu və valideynin təyin etdiyi şifrədən istifadə etməklə sistemə qoşula bilərlər.

Kömək üçün hara müraciət etməli?

ETN və Ədliyyə Nazirliyinin sistemləri inetqrasiya olunduğundan övladlarla bağlı məlumatlıar Ədliyyə Nazirliyinin bazasından real vaxtda digital.edu.az-a generasiya olunur.

Əgər hansısa problem olarsa, siyahıda övladlar qeyri-deqiq göstərilərsə +994 (12) 146 -4 qaynar xəttinə zəng etmək, yaxud [email protected] ünvanına yazmaq olar

ETN bu platforma ilə valideynlərə məktəbə gəlmədən övladlarının tədris prosesinə nəzarət imkanı yaradıb. Həmçinin direktorla birbaşa əlaqə imkanı yaratmaqla məktəblə əlaqəli bütün məsələlərin həlli üçün, valideynin məktəbin fəaliyyətində yaxından iştirakı üçün də imkanlar yaradılıb.

Bütün bunlar isə sonda valideynlərin təhsil proseslərində, övladının tədris prosesində və məktəb idarəetməsində daha yaxından iştirakına imkanlar yardır.

Valideynlərin bu platformaya qoşulması vacibdir və bu, çox faydalı olardı.

Osman GÜNDÜZ,

"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:175
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 10 Fevral 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see211

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see211

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see191

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see187

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see173

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see166

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see164

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see162

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see161

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see160

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see158

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see153

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see153

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see150

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see145

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see145

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see140

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see140

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri