Icma.az
close
up
RU
Etdiyiniz paylaşımlar övladlarınızın həyatına təhlükə yarada bilər Valideynlərin nəzərinə!

Etdiyiniz paylaşımlar övladlarınızın həyatına təhlükə yarada bilər Valideynlərin nəzərinə!

Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.


Sosial şəbəkələrdə valideynlərin uşaqlarının erkən yaşlarından şəkillərini paylaşması adi hal alıb. Bu, uşaqların psixologiyasına və şəxsi həyatına mənfi təsir göstərə bilər.
“Sharenting” adlanan bu tendensiya Azərbaycanda və dünyada getdikcə güclənir. Körpənin ilk addımı, ilk gülüşü, məktəb forması, hətta xəstəxana fotoları belə valideynlər tərəfindən sosial mediada paylaşılır.
Sosioloqların fikrincə, bununla valideynlər diqqət mərkəzində olmaqdan zövq alır və sosial şəbəkə “laykları” ilə xoşbəxt olurlar.
Amma bu paylaşımların uşaqlar üçün ciddi problemlər yaratma ehtimalı var.
Mövzu ilə bağlı Yeniavaz.com-a danışan psixoloq Aynur İsgəndərova deyir ki, sosial şəbəkələrdə uşaqların şəkillərinin paylaşılması bəzən onların psixologiyasına mənfi təsir göstərə bilər:
“Bəzən valideynlər övladlarını müxtəlif pozalarda durmağa məcbur edərək şəkil çəkirlər. Bu zaman bəzi uşaqlar etiraz etsə də, bəziləri prosesdən zövq almağa başlayır və artıq özlərində də “mən gözəl görsənim, səliqəli olum, yaxşı yerlərdə şəkil çəkdirim, başqaları məni bəyənsin” kimi düşüncələr formalaşır”.
Psixoloqun sözlərinə görə, bu, uşağın təbii davranışından uzaqlaşmasına, süni obraz yaratmasına gətirib çıxarır.
“Valideyn baxışını övlada ötürmüş olur. Bu isə yaxşı hal deyil. Çünki uşaqda süni davranış, süni görüntü və süni obraz yaratma vərdişi formalaşır. Beləliklə, uşaq öz mən obrazından çıxır, valideynin ona ötürdüyünü həm təqlid etməyə, həm də təbliğ etməyə başlayır. Bu mənada, düşünürəm ki, yanlışdır”.
Onun sözlərinə görə, belə halların davamlı olması uşaqlarda gələcəkdə utancaqlıq, özünəqapanma və psixoloji narahatlıqlar yarada bilər.
Qeyd edək ki, bir çox Avropa ölkəsində valideynlərin uşaqlarının şəxsi məlumat və şəkillərini paylaşmasına məhdudiyyətlər tətbiq olunur. Məsələn, Fransada qanunvericilik valideynləri uşağın şəxsi həyatına zərər vuracaq paylaşımlara görə məsuliyyət daşımağa məcbur edir.
Bəs Azərbaycanda bu mövzuda hansı qadağalar var?
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Yeniavaz.com-a bildirilib ki, ölkə qanunvericiliyinə görə, uşaqların mənafeyinə, onların psixi və fiziki sağlamlığına, həmçinin şəxsi həyatına zidd olan məlumatların reklam məqsədilə, yaxud digər formada yayımlanması qadağandır.
“Bu, Uşaq Hüquqları haqqında Azərbaycan Respublikası Qanunu, eyni zamanda Azərbaycan Respublikasının uşaq hüquqları sahəsində qoşulduğu beynəlxalq konvensiyaların pozulması deməkdir. Uşaqlar haqqında qanunla məhdudlaşdırılmayan məlumatların valideynlərin icazəsi ilə yayımlanmasında heç bir qanun pozuntusu yoxdur”.
Komitədən verilən məlumatda qeyd olunub ki, paylaşımlarda uşaqların gələcək həyatına mənfi təsir göstərə biləcək məqamlar olmamalıdır:
“Xüsusən də utancverici, həssas anların yayımlanması uşağın həm indiki, həm də gələcək həyatında psixoloji narahatlıq yarada bilər. Bundan əlavə, uşaqlar haqqında paylaşılmış fərdi məlumatlar pis niyyətli şəxslər tərəfindən sui-istifadə edilə bilər. Məsələn, yer, məkan məlumatlarının paylaşılması uşağın fiziki təhlükəsizliyini riskə ata bilər.
Valideynlər övladlarının gələcəyini nəzərə alaraq paylaşım etməlidirlər. Uşaqlar müəyyən yaşa çatdıqda (təxminən 7 yaşdan sonra) onların şəkillərini sosial mediada paylaşmazdan əvvəl razılıqlarını almaq tövsiyə olunur. Həssas məqamları – xəstəxana görüntüləri, çimərlik geyimində və ya utancverici halları-ictimailləşdirmək isə qəti məsləhət görülmür”.
Fəridə Əsədzadə
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:99
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 02 Oktyabr 2025 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see165

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see162

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see138

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see136

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see135

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri