Icma.az
close
up
RU
Valyuta tənzimi haqqında Qanunun əhatə dairəsi genişləndirilir

Valyuta tənzimi haqqında Qanunun əhatə dairəsi genişləndirilir

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Azərbaycanda "Valyuta tənzimi haqqında" qanun rəqəmsal səyyahların, innovasiya layihələrinin (startapların), vençur kapitalı fondlarının, akkreditə edilmiş investorların valyuta əməliyyatlarını da əhatə edəcək.

"Cebheinfo.az" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılmış sözügedən qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, Rəqəmsal səyyahlar tərəfindən xarici mənbələrdən əldə olunan xarici valyuta vəsaitlərinin (vergi öhdəliklərinin icrası şərtilə) müvəkkil banklardakı hesablarına mədaxili və ölkədən köçürülməsi zamanı valyuta tənzimi məqsədləri üçün məbləğ məhdudiyyəti tətbiq edilmir.

Qeyri-rezidentlərin ölkədə qoyduqları investisiyalardan (o cümlədən daşınmaz əmlak, pay və səhmlərdən) əldə etdikləri mənfəətin, dividendlərin və investisiyanın realizə edilməsi nəticəsində yaranmış əlavə dəyərin (kapital artımının) repatriasiyasına məbləğ məhdudiyyəti tətbiq edilmir. Köçürmə zamanı vəsaitin əvvəllər ölkəyə gətirilməsini təsdiq edən ilkin gömrük bəyannaməsi və ya bank çıxarışının təqdim edilməsi obyektiv səbəblərdən qeyri-mümkün olduqda, investisiya obyektinin qanuni əldə edilməsini təsdiq edən dövlət reyestrindən rəsmi çıxarış ilkin mədaxil sənədi qismində qəbul edilir.

Vençur kapitalı fondlarının, akkreditə olunmuş investorların xarici dövlətlərdəki innovativ layihələrdən (o cümlədən startaplardan) əldə etdikləri mənfəətin, dividendlərin və investisiyanın realizə edilməsi nəticəsində əldə olunan vəsaitlərin repatriasiyası və yenidən ölkədən göndərilməsi zamanı, vəsaitlərin əvvəllər ölkədən göndərilməsini (ölkəyə gətirilməsini) təsdiq edən gömrük bəyannaməsi və ya bank çıxarışı yalnız o halda tələb olunmur ki, ilkin investisiyanın qeyri-maddi aktiv və ya xidmət kimi qoyulduğu,yaxud əldə edilən gəlir xarici dövlətin səlahiyyətli vergi orqanının arayışı ilə təsdiq edilmiş olsun.

Rezidentlər tərəfindən ölkədən kənarda fəaliyyət göstərən innovativ layihələrdə (startaplarda) gələcək iştirak payının əldə edilməsi (gələcək iştirak payı (səhm) haqqında müqavilə, konvertasiya olunan borc və analoji maliyyə alətləri) məqsədilə investisiyaların qoyulması üzrə köçürmələrə vençur kapitalı fondları tərəfindən məbləğ məhdudiyyəti tətbiq edilmədən, akkreditə olunmuş investorlar tərəfindən təqvim ili ərzində 2 milyon ABŞ dolları ekvivalentindən çox olmamaqla yol verilir.

Köçürmələr üzrə investor köçürmə tarixindən etibarən 5 il ərzində müqavilədə göstərilən müddətdə iştirak payının (səhminin) əldə edilməsini təsdiq edən xarici reyestr çıxarışını müvəkkil banka təqdim etməyə və ya və investisiya cəlb edən şəxs müflis elan edildikdə və ya ləğv olunduqda xarici dövlətin səlahiyyətli qurumu tərəfindən bu halın təsdiqini göstərən sənədi təqdim etməyə borcludur.

Rezident hüquqi şəxslər tərəfindən innovativ məhsulların (qeyri-maddi aktivlərin, proqram təminatının) hazırlanması məqsədilə xaricdəki törəmə müəssisələrinə vəsait köçürüldükdə, məhsulun gömrük ərazisinə gətirilmədən xaricdə realizə edilməsinə (istifadəyə verilməsinə) aşağıdakı şərtlərlə icazə verilir:

- yaradılan əqli mülkiyyət hüquqları obyektləri üzərində müstəsna hüquqlar rezident şirkətə məxsus olsun;

- törəmə müəssisə tərəfindən həmin məhsulun xaricdə satışından əldə edilən xalis gəlirlər (mənfəət və ya royalti) təhvil-təslim tarixindən etibarən 365 gündən gec olmayaraq rezidentin ölkədəki müvəkkil bank hesablarına repatriasiya edilsin.

Rezident hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən xarici dövlətlərdə yerləşən təminatçılara rəqəmsal xidmətlərin, proqram təminatı lisenziyalarının, bulud (server) xidmətlərinin və beynəlxalq kommersiya abunəliklərinin ödənilməsi məqsədilə təqvim ayı ərzində cəmi 200 min ABŞ dolları ekvivalentinə qədər köçürmələr ikitərəfli müqavilə təqdim edilmədən, müstəsna olaraq xidmətin təyinatını əks etdirən elektron hesab-faktura və ya ödəniş bildirişi əsasında həyata keçirilir.

Rezidentlər tərəfindən xarici ölkə ərazisində istifadə məqsədilə alınan və ölkənin gömrük ərazisinə gətirilməyən daşınar əmlakın (nəqliyyat vasitələri, yaxtalar və s.) əldə edilməsi üzrə köçürmələr alqı-satqı müqaviləsi əsasında icra edilir. Rezident köçürmə tarixindən etibarən 180 gün ərzində həmin əmlakın xarici dövlətin səlahiyyətli dövlət orqanında öz adına qeydiyyata alındığını təsdiq edən leqallaşdırılmış (və ya apostil olunmuş) mülkiyyət çıxarışını müvəkkil banka təqdim etməyə borcludur.

Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış qurumlarına, habelə ədəfli maliyyə sanksiyaları siyahılarında olmayan və beynəlxalq səviyyədə tanınmış təbiəti mühafizə, səhiyyə və humanitar fondlara (qeyri-hökumət təşkilatlarına) ianələrin köçürülməsi həmin qurumların rəsmi internet informasiya ehtiyatlarındakı rekvizitlər və ya rəsmi müraciəti əsasında həyata keçirilir.

Xarici ölkələrdən malların və ya xidmətlərin alışı və ya icarəsi ilə bağlı müqavilənin müddəti 2 ildən çox olduqda, təchizatçının xeyrinə öhdəliyin icrasının təminatı məqsədilə beynəlxalq agentliklər tərəfindən investisiya dərəcəli reytinqə malik qeyri-rezident bankda depozit ödənişi yerləşdirildikdə banka ödənişin təyinatını əks etdirən müqavilə təqdim edilir.

Malların və ya xidmətlərin ölkəyə idxalına və ya maliyyə icarəsinə xitam verildikdən sonra 3 ay ərzində depozit məbləği ölkəyə geri qaytarılmalıdır. Depozit məbləğinin müqaviləyə əsasən cərimə sanksiyası kimi təchizatçı tərəfindən tutulması və ya malların və ya xidmətlərin qarşılığı kimi əvəzləşdirilməsi hallar istisna olmaqla (bu hal rəsmi hüquqi tələbnamə, arbitraj və ya məhkəmə sənədi ilə təsdiqlənməlidir), geri qaytarılmayan məbləğin qalıq dəyəri 200 min ABŞ dolları ekvivalentindən çox olduqda, əməliyyata dair sənədlər 5 iş günündə Azərbaycan Mərkəzi Bankına təqdim edilir.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 İyun 2026 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri