Vaqif Cavadov: Fərdi səhvlərimiz qollara gətirib çıxardı İdman və Biz
Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"İki fərqli hissə gördük. Pis komandaya qarşı oynamadıq. “Zirə” çox yaxşı mübarizə apardı. Bilirdik ki, çətin oyun olacaq".
İdman.biz xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadov "Zirə" ilə oyundan sonra deyib.
Gənc mütəxəssis Misli Premyer Liqasının 15-ci turunda səfərdə qeydə alınan 1:4 hesablı məğlubiyyəti şərh edib: "Onlara hörmətlə yanaşırdıq. Amma bizə vurulan qollar bəlkə də çempionatı götürsək, hədiyyə olunan qollar idi. Bəziləri deyər ki, rəqib məcbur etdi. Amma fərdi səhvlərimiz bu qollara gətirib çıxardı. Komandanın oyunundan razıyam. İlk hissədən tam razıyam. Yaxşı oyun oynadıq. Futboldur. Rəqib səhvlərimizdən istifadə etdi. Onları təbrik edirəm. Hər şey qaydasındadır. Futbolçularıma təşəkkür edirəm. Səhvlər olur, işləyəcəyik. 60-70-ci dəqiqədə olsaydı, fiziki güclə əlaqələndirərdim. Futbolçular səhv etdi, qollar buraxdıq. Səhvlər ola bilər, gənclərimiz də çoxdur. Kiminsə üstünə atmağım heç vaxt olmayıb. Komanda kimi uduzmuşuq".
Qeyd edək ki, 16 xalla 6-cı pillədə qərarlaşıb.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 30 Noyabr 2024 19:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















