Komandanı ruhlandırmaq vacibdir Vaqif Sadıqov
Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Dünən Azərbaycan və Lixteynşteyn milliləri üz-üzə gəlib. Bakıda baş tutan matçda qalib müəyyənləşməyib. Oyun 0:0 hesabı ilə başa çatıb.
Yığmanın sabiq baş məşqçisi Vaqif Sadıqovla əlaqə saxlayıb matç barədə nə düşündüyünü soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə olub:
"Lixteynşteynlə oyundan nəsə demək çətindir. Yığmamız gücünü qoysa da, üstünlüyümüzü qola çevirə bilmədik. Keyfiyyət baxımından sıxıntılar var. İki gün millinin yanında olmaq və dəstək vermək lazımdır. Nəsə desəm, bəhanə kimi görünəcək. Matça qədər futbolçularımız tam gücünü səfərbər edərək sona qədər mübarizə aparmalıdır. Qrupun lideri olmaq üçün çalışmalıdırlar. Oktyabrın 4-ü azarkeşlər millimizin yanında olmalıdır. Günahkar axtarmaq lazım deyil. Problem varsa, onu həll etmək önəmlidir. Hazırda komandanı ruhlandırmaq vacibdir. Bütün tamaşaçılar ayın 4-də stadionda yığmamıza dəstək versə, yaxşı olar".
Əlisahib İbrahimli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 02 Oktyabr 2026 12:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















