Vaqif Sadıqov Litva ilə heç heçəni dəyərləndirdi
Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
“Litva ilə matçda biz demək olar ki, ilk xalımızı qazandıq və ya ilk qolumuzu vurduq. Yığmamız bu oyunda, deyərdim ki, müdafiə intizamı ilə seçilirdi. Birinci hissədə əks-hücumlara bel bağlayırdıqsa, ikinci yarıda tam fərqli oyunun şahidi olduq”.
Bu sözləri AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov U-17 seçməmizin Avropa çempionatının seçmə mərhələsinin birinci raundunda Litva ilə heç-heçə etdiyi (1:1) qarşılaşmadan sonra açıqlama verərkən deyib.
Təcrübəli mütəxəssis matçın gedişatını, komandanın sərgilədiyi oyunu və gənc futbolçuların performansını dəyərləndirib.
“Komanda oyunu öz nəzarətinə almışdı və demək olar ki, ikinci hissədə dominant futbol oynadı. Buraxılan qola baxmayaraq, tezliklə onun cavabını verməklə qələbə qolunu axtarırdılar. Heyif ki, qələbə qazana bilmədik. Litva dörd xalla ikinci yerdə olsa da, digər mərhələyə vəsiqə qazanıb. Xeyli futbolçunu qeyd edə bilərəm. Ona görə ki, hamımız öyrəşmişik ki, komandamız oyundan-oyuna yorğunluq hiss edir və hardasa istədiyi futbolu sərgiləyə bilmir. Ancaq bu üçüncü görüşdə komanda ruhu hiss olunurdu və mən açıq deyim ki, ağır məğlubiyyətlərdən sonra yığmanın göstərdiyi bu oyun ümidverici idi. Baş məşqçiyə də bunu bildirdim. Xeyli oyunçuya gələcəkdə ümid bağlaya bilərik”, - deyə o fanat.az-a açıqlamasında vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 18 Noyabr 2026 15:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















