Icma.az
close
up
RU
Menu

ADNSU da dəyişiklik: fakültə və kafedralar azaldı, yeni təyinatlar oldu

Azərbaycan alimindən dünya elmi üçün yeni konsepsiya: metaverse və folklor turizminə həsr olunmuş monoqrafiya nəşr olunub

Amerikalılar İran müharibəsindən üz döndərir Ağ Ev geri çəkiləcək?

“İran yenə Azərbaycan və türk düşmənçiliyi siyasətini davam etdirir”

Azərbaycanlılar ən çox bunları axtarır “Google” statistikası təəccübləndirir

Qarpız zəhərlənməsi: “Bu il...”

ABŞ ordusu Hörmüzdə daha 17 ticarət gəmisinin marşrutunu dəyişib

28 yaşlı azərbaycanlı alim “Tekstil sənayesinin Nobeli”ni qazandı Fotolar

“İranın AZTV ni hədəf alması rejimin mahiyyətini göstərir”

Heyvan sizi dişlədisə, dərhal nə etməlisiniz? Nazirliyin mütəxəssisi izah edir

ATB rəhbərliyi Visa nümayəndə heyəti ilə görüş keçirdi FOTOLAR

Oliqarx Deripaska, Rusiyanı çöküşlə bağlı xəbərdar etdi...

​“Wildberries” Rusiyadan bu ölkəyə qaçır Şirkətə heç kim icarəyə anbar vermək istəmir

Qarpızı hansı aylara qədər yemək məsləhətdir?

Dayılarına ev almaq üçün BOT yaratdı, MİDA nın sisteminə müdaxilə etdi

MEDİA nın qərarı söz azadlığına qarşı deyil, milli qanunvericiliyin tətbiqinin nümunəsidir

Rubrika: Tibbdə yenilik

Ronaldo kino dünyasında: Qeyri adi təklifi qəbul etdi...

Beşiktaş serbiyalı ulduzu hədəf aldı Vinçentso İtalyano amili işə yarayacaq?

Avropa federasiyaları FIFA nı və dünya çempionatını boykot edə bilər

Vaqif Səmədoğlunun ad günüdür

Vaqif Səmədoğlunun ad günüdür

Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

Bu gün Azərbaycanın Xalq şairi, dramaturq, publisist Vaqif Səmədoğlunun ad günüdür.

BAKU.WS xəbər verir ki, Vaqif Səməd oğlu Vəkilov 1939-cu ilin bu günü, yəni iyunun 5-də Bakıda məşhur Azərbaycan şairi Səməd Vurğunun ailəsində anadan olub.

Əslən Qazax rayonunun Yuxarı Salahlı kəndinin Vəkilovlar soyundandır. Bülbül adına musiqi məktəbində, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında incəsənət redaksiyasının müdiri vəzifələrində çalışıb.

1962-1963-cu ildə Çaykovski adına Moskva Konservatoriyasında ixtisas kursu keçib. Sonra Azərbaycan Dövlət Konservatoriyasında fortepiano üzrə ixtisas müəllimi, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında kino-aktyor teatrının ədəbi hissə müdiri vəzifəsində işləyib.

Poeziya, teatr və dramaturgiya sahəsində də ciddi fəaliyyət göstərib.

"Yeddi şeir" adlı ilk mətbu əsəri 1963-cü ildə "Azərbaycan" jurnalında dərc olunub. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış edib, "Oğuz eli" qəzetinin baş redaktoru vəzifəsində çalışıb. Şair 2000-ci ildə Milli Məclisin deputatı seçilib.

Onun "Yoldan teleqramlar"(1968), "Günü baxtı", "Mən burdayam, ilahi" (1996), "Uzaq, yaşıl ada" (1996), "Gürzəçöl yazıları" (2016) adlı kitabları, "Bəxt üzüyü", "İntizar", "Uca dağ başında", "Lotereya", "Yayda qartopu oyunu", "Yaşıl eynəkli adam", "Generalın son əmri","Mamoy kişinin yuxuları" adlı dram əsərləri var.

Şairin "Son gecədir bu gün yenə...", "Nəyin istisindən yananlar...", "Bir cüt ayaqqabı...", "Qağayı, axtar məni...", "Birlikdən və tənhalıqdan..." kimi şeirləri də var.

Vaqif Səmədoğlu 2015-ci il yanvarın 28-i xərçəng xəstəliyindən dünyasını dəyişib. O, Birinci Fəxri xiyabanda dəfn olunub. 2019-cu ilin iyununda Qazax rayonunun "Fəxri qazaxlılar" parkında Vaqif Səmədoğlunun büstünün açılışı olub.

76 yaşında vəfat edən Xalq şairinin məzarına başdaşı qoyulmayıb, qəbirüstü abidə yalnız sinədaşından ibarətdir. Sinədaşında şairin yaradıcılığından bir neçə misra sitat gətirilib və həmin misralara uyğun olaraq məzar üstünə bir cüt ayaqqabı da qoyulub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://baku.ws
archiveBu xəbər 05 İyun 2026 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADNSU da dəyişiklik: fakültə və kafedralar azaldı, yeni təyinatlar oldu

28 İyul 2026 07:01see314

Azərbaycan alimindən dünya elmi üçün yeni konsepsiya: metaverse və folklor turizminə həsr olunmuş monoqrafiya nəşr olunub

29 İyul 2026 10:23see296

Amerikalılar İran müharibəsindən üz döndərir Ağ Ev geri çəkiləcək?

28 İyul 2026 15:12see268

“İran yenə Azərbaycan və türk düşmənçiliyi siyasətini davam etdirir”

28 İyul 2026 06:57see260

Azərbaycanlılar ən çox bunları axtarır “Google” statistikası təəccübləndirir

28 İyul 2026 02:05see251

Qarpız zəhərlənməsi: “Bu il...”

29 İyul 2026 13:10see237

ABŞ ordusu Hörmüzdə daha 17 ticarət gəmisinin marşrutunu dəyişib

28 İyul 2026 04:32see215

28 yaşlı azərbaycanlı alim “Tekstil sənayesinin Nobeli”ni qazandı Fotolar

28 İyul 2026 09:05see208

“İranın AZTV ni hədəf alması rejimin mahiyyətini göstərir”

28 İyul 2026 06:38see206

Heyvan sizi dişlədisə, dərhal nə etməlisiniz? Nazirliyin mütəxəssisi izah edir

29 İyul 2026 15:55see197

ATB rəhbərliyi Visa nümayəndə heyəti ilə görüş keçirdi FOTOLAR

28 İyul 2026 15:58see197

Oliqarx Deripaska, Rusiyanı çöküşlə bağlı xəbərdar etdi...

28 İyul 2026 20:09see174

​“Wildberries” Rusiyadan bu ölkəyə qaçır Şirkətə heç kim icarəyə anbar vermək istəmir

29 İyul 2026 10:57see171

Qarpızı hansı aylara qədər yemək məsləhətdir?

28 İyul 2026 02:02see167

Dayılarına ev almaq üçün BOT yaratdı, MİDA nın sisteminə müdaxilə etdi

29 İyul 2026 14:21see161

MEDİA nın qərarı söz azadlığına qarşı deyil, milli qanunvericiliyin tətbiqinin nümunəsidir

28 İyul 2026 12:23see160

Rubrika: Tibbdə yenilik

28 İyul 2026 12:10see159

Ronaldo kino dünyasında: Qeyri adi təklifi qəbul etdi...

28 İyul 2026 01:38see157

Beşiktaş serbiyalı ulduzu hədəf aldı Vinçentso İtalyano amili işə yarayacaq?

29 İyul 2026 13:16see152

Avropa federasiyaları FIFA nı və dünya çempionatını boykot edə bilər

29 İyul 2026 05:59see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri