Icma.az
close
up
RU
“Allah, özüm gəlim, ya kimisə göndərəcəksən?” Vaqif Səmədoğlunun DOĞUM GÜNÜDÜR

“Allah, özüm gəlim, ya kimisə göndərəcəksən?” Vaqif Səmədoğlunun DOĞUM GÜNÜDÜR

Yenicag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Allah,

Nə var, nə yox?

Məndən nə xəbər var?

Gecələri özüm sayaram,

Üzümə açılacaq neçə səhər var?

Bəyənəcəksənmi məni,

Bəndəni hansı gözlə görəcəksən?
Allah,

Özüm gəlim,

Ya kimisə göndərəcəksən?

Yenicag.az xəbər verir ki, bu gözəl misraların müəllifi olan Xalq şairi Vaqif Səmədoğlunun doğum günüdür. Mübarək olsun! Bütün misralarının ardından boylanır Vaqif Səmədoğlu. Sağalmaz xəstəliyə mübtəla olub, xəstə yatağında ağrılarla qıvrılanda belə şair ölümü ələ salmağı, onunla zarafatlaşmağı bacarırdı. Bu da onun həddən artıq güclü insan olmasından irəli gəlirdi. Bəli güclü insan idi, şeirləri ilə ölümə meydan oxuyurdu. Özü də onu əzizləyə-əzizləyə, sevələyə-sevələyə, bəzən də lağa qoya-qoya.

Sonuncu dəfə onu Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyində 75 illiyi münasibəti ilə keçirilən görüşdə görmüşdüm. Yəni ölümsüzlüyə adlayan gündən bir il öncə. Həmin görüş Vaqif Səmədoğlunun son görüşü idi. Xəstəliyin o mərhələsində idi ki, nəinki danışmağa, heç oturmağa belə taqəti qalmamışdı. Amma görüşün sonuna qədər oturmağa özündə güc tapa bilmişdi. Hətta şirin zarafatlarından belə qalmırdı. Gözəl bir gün idi, dostları onu barədə xoş sözlər söyləyir, şeirlərini ipə-sapa düzürdülər. Bu şairin oxucuları, sevənləri ilə vida görüşü oldu.

Hərdən fikirləşirəm, görəsən, onun qədər ödümü belə poetik şəkildə vəsf edən ikinci şair varmı? Məncə yoxdur…

Saxlayın Yer Kürəsini,

Mən düşmək istəyirəm.

…Ay işığının sapsarı ipi düşmüş sularına dənizin

O ipi boynuma dolayıb,

Asmaq istəyirəm özümü aydan,

Ayağım altından bir kənara itələyərək

Yer kürəsini.

Şair kimi yox, şeir kimi ölmək istəyirəm…

Oxunmaq arzusuyla yaşayıram,

Əvvəldən axıra kimi oxunmaq…

Əzbər qalmaq istəyirəm kiminsə yadında!

Arzunuz çin olub Vaqif Səmədoğlu. Bu gün “Uzaq yaşıl ada”da yenə də tənhalığınızın dadını çıxarır, yenə də İlahi ilə dərdləşirsiniz. Orada bu dünyada şəninə şeirlər qoşduğunuz ölüm yoxdur, ölümsüzlük var. Burada isə yenə də arzuladığınız şair kimi yaddaşlarda əzbər qalmısınız. Şeir kimi oxunursunuz. Bizə isə şeir kimi söyləmək qalır, doğum gününüz mübarək.

Cəvahir

www.yenicag.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 28 Yanvar 2025 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri