Icma.az
close
up
RU
Var dövləti kim daha çox qoruyur

Var dövləti kim daha çox qoruyur

Icma.az bildirir, Azpost saytına əsaslanaraq.

Cəmiyyətdə geniş yayılmış fikir var ki, sonradan varlananlar daha dəbdəbəli xərcləyir, sərvətlərini daha çox nümayiş etdirir və pulu nəsildən-nəslə varlı olan, daha təmkinli insanlardan daha tez itirirlər. Axı “Böyük Qetsbi” əsərində zərif və aristokratik “East Egg” ilə dəbdəbəli və nümayişkaranə “West Egg” qarşıdurmasını kim unuda bilər?

Bəs bu “israfçı yeni pul sahibləri” barədə fikir həqiqətdir, yoxsa mif?

“Sərvətini kim daha uzun qoruyur: öz zəhməti ilə qazananlar, yoxsa mirasdan varlananlar?” Təəccüblüdür ki, cavab sərvətin haradan gəldiyindən çox, başqa amillərlə bağlı olub.

Miras varlıları

“RIPPL Wealth Management” şirkətinin təsisçisi və sərvət idarəçiliyi üzrə məsləhətçi Heyli Diksonun sözlərinə görə, miras alanlar maliyyə məsləhəti, təhsil, infrastruktur və vergi strategiyalarına birbaşa çıxış imkanı ilə böyüyürlər.

Başqa sözlə, onlar etibar fondları, irs planları və məsləhətçilər kimi hazır sərvət idarəetmə sistemlərini də miras alırlar. Bu sistemlər zamanla sərvəti qorumağa və artırmağa yönəlmiş koordinasiyalı maliyyə ekosistemi yaradır. Nəzəri baxımdan bu, sərvətin qorunması üçün üstünlükdür.

Öz zəhməti ilə qazananlar

Lakin “Clearsurance.com” saytının sığorta və maliyyə eksperti Melani Musson bildirib ki, öz sərvətini özü qazananlar pulun dəyərini daha yaxşı anlayır və xərcləmədə nəsildən-nəslə varlı olanlardan daha ehtiyatlı davranırlar. Onun fikrincə, miras varlıları çox vaxt “düşünmədən xərcləyirlər”.

O əlavə edib ki, bu insanların qazandıqları bacarıqlar onlara uzunmüddətli gəlir əldə etməyə və ya əlavə gəlir mənbələri yaratmağa imkan verir.

“Keeper Tax” şirkətinin təsisçisi və vergi məsləhətçisi Devid Kanq bildirib ki, hər iki qrup üçün uğur və ya uğursuzluq daha çox strukturdan deyil, davranışdan asılıdır. Miras sərvəti növbəti nəsil pulun necə işlədiyini anlamadıqda tez yox ola bilər, öz zəhməti ilə qazanılmış sərvət isə təkəbbür səbəbindən itirilə bilər.

“Barclays” bankının 2025-ci ilin sentyabr hesabatı da bu fikri dəstəkləyir.

“Supermoney.com” saytının məzmun direktoru və CFP mütəxəssisi Endryu Latham da oxşar mövqe bildirib. Onun sözlərinə görə, “varislər və öz zəhməti ilə qazananlar” müqayisəsi həddindən artıq ümumidir; əsas amil maliyyə savadlılığıdır.

Maliyyə savadlılığı və büdcə intizamı çox vaxt öz zəhməti ilə qazananlarda biznes qurmaq prosesində təbii formalaşsa da, pul qazanmaq onu qorumaqdan tamamilə fərqli bacarıqdır.

Eyni şəkildə, varislər hazır maliyyə sistemləri ilə doğula bilərlər. Lakin maliyyə savadlılığı yalnız kimsə onlara bunu məqsədli şəkildə öyrətdikdə və ya özləri təşəbbüs göstərib öyrəndikdə formalaşır.

Latham bildirib ki, miras varlılarının “təlimat kitabçası olmadan açarları təhvil alması” heç də nadir hal deyil.

Onun sözlərinə görə, etiketləri kənara qoyduqda əsas sual budur: “Pulu idarə edən insan onun necə işlədiyini anlayırmı?” /Valyuta.az/

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://azpost.info
archiveBu xəbər 26 Aprel 2026 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see350

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see335

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see324

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see312

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see279

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see278

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see273

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see269

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see261

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see258

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see243

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see234

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see231

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see229

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see213

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see212

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see207

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see207

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see196

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri