Icma.az
close
up
RU
“VAR niyə məhz bizim oyunlarda kəsilir?” “Traktor”un baş məşqçisi “alov püskürdü”

“VAR niyə məhz bizim oyunlarda kəsilir?” “Traktor”un baş məşqçisi “alov püskürdü”

Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Traktor” 22-ci turdan təxirə salınan “Fulad”la səfər oyununda qalib gəlməklə ən yaxın izləyicisi “Sebahan”dan 5 xal önə çıxdı.

“Football-plus.az” təbrizlilərin xorvat baş məşqçisi Draqan Skoçiçin mətbuat konfransından hesabatı təqdim edir.
- Niyə VAR yalnız bizim oyunlarımızda kəsilir? İkinci qolu Həşim Nicat vurdu, amma bu qol Allahın işi idi. Çox çətin oyun oldu, yaxşı rəqibə qarşı oynadıq. Hava şəraiti pis idi və komandamızın oyun tərzindən o qədər də razı qalmadım. Məncə, yaxşı oynaya bilmədik. Havanın ağırlığı və matçın önəmi artıqdan çox əngəl yaratdı. Birinci qoldan sonra uzun fasilə düşdü. Müdafiədə konsentrasiyamızı itirdik və qol buraxdıq. İkinci qol… Allahın işi idi. Həşim Nicat yaxşı oynadı, ondan razıyam, amma bu qol tamamilə Uca Yaradanın lütfü idi. Niyə video-texniki köməkçi (VAR) yalnız bizim oyunlarımızda kəsilir? Haqqımız bu qədər asanlıqla pozuldu. Qələbə haqqımız idi. Gələcək oyuna hazırlaşacağıq – hələ heç nə bitməyib, yaxşı ritmimizi qorumaq lazımdı. Qalan oyunlar önəmlidi, ona görə tam hazır olmalıyıq.
- Xudadat Əzizi komandaya meydandan çıxmağı təklif etmişdi, siz buna etiraz etdiz?
- Mən baş məşqçiyəm və yalnız texniki məsələlərlə məşğulam. Başqa işlərə qarışmıram. Onunla bağlı sualınız varsa, birbaşa ondan soruşun. Başqa klub olsaydıq, nə olacaqdı? Bu, həlledici an idi və artıq üçüncü dəfədi ki, belə səhv bizimlə baş verir.
- Bu qələbə ilə çempionluq yolunda böyük addım atdız?
- Hələ çempionluğu düşünmürəm. VAR səhvləri bir neçə dəfə bizimlə təkrarlanıb. Məşqçi kimi düşünürəm ki, ayrı-seçkilik var. Digər komandalar üçün VAR necə işləyirsə, bizim üçün niyə elə deyil? Burda qərəz varmı? Belə səhv çempionluq yolunda həlledici ola bilərdi. Mövsümü gözdən keçirin, görərsiz ki, hansı komandaları məhz belə hakim səhvləri itkilərə sürükləyib. Bu gün hakim uzun fasilə verdi, sonra “görüntü kəsilib” dedi. Bilirəm ki, VAR texnologiyası bu ildən İran futboluna daxil edilib, amma texniki problemlər bizdə qəribə səviyyədədi. Biz xahiş etmişdik ki, VAR otağındakı səsləri və görüntüləri təqdim etsinlər, amma hələ heç bir reaksiya görmədik. Mən istəyirəm ki, İran futbolu tam şəffaf olsun – təkcə bizim üçün yox, bütün ölkə üçün. Oyun bərpa olunandan dərhal sonra VAR yenidən işə düşdü. Bu, adi bir səhv deyil. Penaltimizi versəydilər (50-ci dəqiqədəki epizodu nəzərdə tutur – red.), oyunu daha yaxşı nəzarətdə saxlayardıq. Özünüzü futbolçuların yerinə qoyun: haqlarınız bu cür asanlıqla pozulsa, necə motivasiya ola bilərsiz? Bu gün VAR əvvəlkindən də irəlidə idi – kəsildiyi an təkcə mavi ekran yox, eyni zamanda sarı və çəhrayı görüntülər də göründü.
- “Çadormalu" ilə oyundakı hadisələrlə bağlı nə deyə bilərsiz?
- Mənim işim günahkarı cəzalandırmaq deyil. Oyunların videolarına baxın. Biz sonuncu komandayıq ki, hakim qərarından faydalanmışıq. Mənim dediklərim şəxsi mübahisə deyil, hamı üçün ədalət tələb edirəm. Bu gün olanlar matç üçün həlledici idi. Belə hadisələrin baş verməsi inanılmazdı, bəlkə də bu da bizim taleyimizdi.
MÜZƏFFƏR QULUZADƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 27 Aprel 2025 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see237

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see223

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see193

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see182

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see178

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see162

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see162

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see153

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see152

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see150

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see147

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see141

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see137

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see137

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri