Icma.az
close
up
RU
Vardanyan məhkəmədən vəkili ilə konfidensial görüş xahiş edib

Vardanyan məhkəmədən vəkili ilə konfidensial görüş xahiş edib

Azpost saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi iyulun 15-də davam etdirilib.

APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesində ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Ardınca təqsirləndirilən Ruben Vardanyan məhkəməyə bir neçə vəsatət təqdim edib. Deyib ki, müdafiə tərəfi bundan əvvəl iclas protokolları ilə tanış olmaq üçün ərizə ilə müraciət edib. O xahiş edib ki, vəkili Avram Bermana onun iştirakı olmadan da iclas protokolları ilə tanış olmasına şərait yaradılsın.

İclasa sədrlik edən hakim Zeynal Ağayev bildirib ki, vəsatət təmin olunur. Bu, təqsirləndirilənin hüququdur. Təqsirləndirilən Ruben Vardanyana və onun vəkili Avram Bermana iclas protokolları ilə tanış olmaq üçün daim şərait yaradılıb və bundan sonra yaradılacaq.

Sonra Ruben Vardanyan bütün məhkəmə iclaslarından əvvəl ona vəkili ilə konfidensial görüşmək üçün imkan yaradılmasını xahiş edib. Bildirib ki, onda müəyyən suallar yaranır və bunu vəkili ilə müzakirə etmək istəyir.

Məhkəmə bu vəsatəti də təmin edib. Hakim Zeynal Ağayev deyib ki, onsuz da hər iclasdan əvvəl onlara davamlı olaraq konfidensial görüş üçün imkan yaradılır və bundan sonra da digər hüquqları kimi, bu hüququ da təmin ediləcək.

Üçüncü vəsatətini təqdim edən Ruben Vardanyan bildirib ki, bundan əvvəl o və vəkili məhkəmə protokollarındakı qərarların çıxarışlarının onlara təqdim olunmasını xahiş ediblər. Hakim Zeynal Ağayev diqqətə çatdırıb ki, hansı iclasların protokollarının qərarlarının çıxarışları ilə tanış olmaq istəyirlərsə, buna dair məhkəməyə siyahı təqdim etsinlər. Həmin siyahıya uyğun olaraq sənədlər müdafiə tərəfinə çatdırılacaq. Ruben Vardanyan məhkəmənin keçirildiyi 6 ay müddətində verdiyi bütün vəsatətlərlə bağlı qərarların çıxarışları ilə tanış olmaq istədiklərini bildirib. Hakim həmin çıxarışların bir hissəsinin artıq onlara verildiyini, digərlərinin də təqdim olunacağını deyib.

Ruben Vardanyanın vəkili Avram Berman da təqsirləndirilənin vəsatətlərini müdafiə etdiyini söyləyib.

Bundan sonra ifadə verən zərərçəkmiş şəxsin hüquqi varisi Ramil Manafov qeyd edib ki, övladı Qiyas Manafov Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin atdığı minaatan mərmisinin partaması nəticəsində həlak olub. O, dünyasını dəyişən zaman 19 yaşı var idi.

Zərərçəkmiş şəxs Beyrək Zülfüqarov ifadəsində düşmən tərəfindən açılmış atəş nəticəsində güllə yarası aldığını deyib. O, dövlət ittihamçısı Təranə Məmmədovanın sualına cavabında hadisənin Xocavənd istiqamətində baş verdiyini söyləyib.

Minuri Səfərli ifadəsində bildirib ki, qarşı tərəfdən atılmış minaatan mərmisinin partlaması nəticəsində sol ayağından xəsarət alıb. O, dövlət ittihamçısı Fuad Musayevin suallarına cavabında hadisə zamanı yanında olmuş Vüsal Lətifovun da xəsarət aldığını diqqətə çatdırıb.

Zərərçəkmiş Sədi Əliyev Xocavənddə Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin atdığı əl qumbarasının partlaması nəticəsində xəsarət aldığını deyib.

Baş prokurorun böyük köməkçisi Vüsal ƏIiyevin suallarına cavabında zərərçəkmiş şəxs Əli Zeynalov Ağdam rayonunda düşmən tərəfindən basdırılmış minaya düşməsi nəticəsində müxtəlif xəsarətlər aldığını bildirib.

Dövlət ittihamçısı Nəsir Bayramovun suallarını cavablandıran zərərçəkmiş Cavid Şavqatlı isə Ağdamda Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin atdığı minaatan mərmisinin yaxınlığında partlaması nəticəsində yaralandığını qeyd edib.

Rüstəm Rüstəmov Kəlbəcər rayonunun Vəng kəndində düşmən tərəfindən açılmış artilleriya atəşi nəticəsində qəlpə yarası aldığını söyləyib.

Zərərçəkmiş Salman Budaqov ifadəsində Kəlbəcərdə düşmən tərəfindən atılmış əl qumbarasının partlaması nəticəsində yaralandığını deyib.

Gəray Ağayev Xocalıda Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin tərəfindən açılmış atəş nəticəsində yaralandığını bildirib.

Sənan Məmmədov ifadəsində Ağdamda düşmən tərəfindən açılmış atəş nəticəsində başının arxa tərəfindən yaralandığını deyib. O, dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandırarkən hadisə zamanı ölənlərin və yaralananların olduğunu qeyd edib.

Rabil İsmayılov qarşı tərəfdən atılmış minaatan mərmisinin yaxınlığına düşərək partlaması nəticəsində xəsarət aldığını söyləyib.

Zərərçəkmiş Nurlan Tarverdiyev Xocavənd istiqamətində Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin dronla atdığı mərminin partlaması nəticəsində sol qolundan yaralandığını diqqətə çatdırıb.

Zərərçəkmiş Rəşad Süleymanlı Xocavənd rayonunda düşmən tərəfindən atılmış mərminin partlaması nəticəsində xəsarət aldığını deyib.

Zərərşəkmiş Fəqan Muradov ifadəsində qeyd edib ki, Ağdərə rayonu istiqamətində düşmənin açdığı atəş nəticəsində yaralanıb.

Zərərçəkmiş Konsul Qasımov Xocalı istiqamətində Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən törədilmiş partlayış nəticəsində kəllə-beyin travması aldığını bildirib.

Sadiq Şəkərov Ağdam rayonunda düşmən tərəfindən atılmış minaatan mərmisinin partlaması nəticəsində xəsarət aldığını söyləyib.

Fəxri Məmizadə Xocavənddə Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin iriçaplı silahdan açdığı atəş nəticəsində xəsarət aldığını vurğulayıb.

Kənan Mahmudov isə Ağdam rayonunda düşmən tərəfindən atılmış qumbaranın partlaması nəticəsində xəsarətlər alıb. O, Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin sualına cavabında hadisə zamanı bir nəfərin həlak olduğunu, daha iki nəfərin yaralandığını deyib. Bildirib ki, o, əl, ayaq, göz və bədəninin müxtəlif hissələrindən xəsarətlər alıb.

Zərərçəkmiş Yusifov Kəlbəcərdə Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin atdığı minaatan mərmisinin partlaması nəticəsində yaralandığını söyləyib.

İzzət Vəliyev Kəlbəcər rayonunda düşmənin açdığı snayper atəşi nəticəsində yaralandığını bildirib.

Zərərçəkmiş digər şəxslər Rövşən Nuriyev, Natiq Qasımzadə, Murad Sadıq düşmənin təxribatları nəticəsində müxtəlif xəsarətlər aldıqlarını qeyd ediblər.

Məhkəmə prosesində, həmçinin zərərçəkmiş şəxslərin barələrində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri elan olunub.

Məhkəmənin növbəti iclası iyulun 22-nə təyin edilib.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://azpost.info
archiveBu xəbər 15 İyul 2025 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri