Varis Yolçuyevin “Gecə reysinə bilet” kitabının təqdimatı Mir Cəlalın Ev Muzeyində keçiriləcək
Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.
Yazıçı Varis Yolçuyevin yeni kitabı “Gecə reysinə bilet”in təqdimatı sabah Mir Cəlalın Ev-Muzeyində – Ədibin Evində baş tutacaq.
Gununsesi.info-nun xəbərinə görə, müəllif bu təqdimatın onun yaradıcılıq həyatında xüsusi yer tutacağını bildirib.
Varis Yolçuyevin sözlərinə görə, indiyədək müxtəlif ölkələrdə və nüfuzlu məkanlarda kitab təqdimatları keçirilib.
O, xüsusilə İstanbulda Taksim Atatürk Kültür Mərkəzində, Moskvada Qızıl Meydanda, Nyu-Yorkda Brodveydə və Bakıda Konqres Mərkəzində təşkil olunan təqdimatların onun üçün ən yaddaqalan tədbirlər sırasında olduğunu qeyd edib.
Yazıçı hesab edir ki, Mir Cəlalın Ev-Muzeyində keçiriləcək sabahkı təqdimat da həmin unudulmaz tədbirlər sırasında yer alacaq.
Elmar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 02 İyul 2026 11:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















