Icma.az
close
up
RU
Berlində Mir Cəlalın hekayələr kitabının təqdimatı olub

Berlində Mir Cəlalın hekayələr kitabının təqdimatı olub

Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanın Almaniyadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin 20 hekayəsindən ibarət “İnsanlığın yüksək dəyəri” adlı kitab Almaniyanın tanınmış “H.J. Maurer” nəşriyyatı tərəfindən nəşr olunub.

Səfirlikdən verilən xəbərə görə, 20 hekayədən 18-i ilk dəfə alman dilinə tərcümə edilib. Kitabda Mir Cəlalın humanizm, ictimai məsuliyyət və gündəlik həyatın mənəvi-əxlaqi çağrışları kimi fundamental mövzularda qələmə aldığı hekayələri toplanıb.

Noyabrın 27-də Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində kitabın təqdimat mərasimi keçirilib.

Tədbirdə ADA Universitetinin rektoru, professor Hafiz Paşayev, əməkdar müəllim, professor Ədibə Paşayeva, Bundestaq üzvləri, diplomatlar, Almaniyanın bir sıra dövlət qurumlarının, elm, ədəbiyyat, mədəniyyət və incəsənət ictimaiyyətinin nümayəndələri, bu ölkədə yaşayan Azərbaycan, türk və digər dost icmaların təmsilçiləri iştirak ediblər.

İlk öncə, Mir Cəlal haqda “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu tərəfindən hazırlanmış film nümayiş etdirilib.

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev təqdimat mərasimində çıxış edərək, Mir Cəlalın seçilmiş əsərlərinin yer aldığı “İnsanlığın yüksək dəyəri” kitabının alman dilində işıq üzü görməsinin iki ölkə arasında mədəni əlaqələrin inkişafına mühüm töhfə verdiyini vurğulayıb. Layihə üzərində iki ilə yaxın müddətdə iş aparıldığını vurğulayan səfir bildirib ki, bu kitab görkəmli yazıçının ədəbi irsinin, o cümlədən Azərbaycan ədəbiyyatının humanist ruhunun beynəlxalq auditoriyaya, o cümlədən alman oxucusuna çatdırılması baxımından əlamətdar mədəni hadisədir. Diplomat, Mir Cəlal yaradıcılığının insanı bütün ziddiyyətləri, daxili axtarışları və mənəvi seçimləri ilə mərkəzə qoyan nadir ədəbi məktəblərdən birini formalaşdırdığını qeyd edib.

ADA Universitetinin rektoru, professor Hafiz Paşayev çıxışında Mir Cəlalın əsərlərinin alman dilinə tərcümə olunmasının iki ölkə və xalq arasında mədəni əlaqələrə və qarşılıqlı anlaşmaya töhfə verəcəyinə inandığını bildirib. Rektor səslənən musiqi nümunələri və səhnələşdirilən ədəbi parçaların mədəniyyətin millətlər və insanlar arasında körpü salan gücünü ən gözəl şəkildə nümayiş etdirdiyini qeyd edib.

Berlin Humboldt Universitetində Azərbaycan tarixi kafedrasının keçmiş rəhbəri, professor Eva-Maria Aux çıxışında Mir Cəlal yaradıcılığının mərkəzində insanın daxili aləmi, onun mənəvi bütövlüyü və xüsusilə də insanlıq anlayışının dayandığını vurğulayıb. Qeyd edib ki, onun yaradıcılığında fərdin müxtəlif vəziyyətlərdə davranışını müəyyən edən motivlərin incə fəlsəfi müşahidələrlə araşdırılması xüsusi yer tutur. Mir Cəlal üçün ailə, birlik və yaddaş kimi dəyərlər təkcə sosial struktur deyil, insanın varoluşunu və mənəvi dayanıqlığını formalaşdıran əsas sütunlardır. Professor bildirib ki, sovet dövrünün sərt nəzarət rejimi və bütün sahələrlə yanaşı, ədəbiyyat üzərində də total nəzarətin hökm sürdüyü, repressiyanın tüğyan etdiyi bir şəraitdə onun əsərlərində fərd kollektivin içində itib-batmış bir fiqur deyil, hər zaman öz mövqeyi, duyğuları və mənəvi məsuliyyəti olan varlıq kimi təqdim olunur. Bu isə sovet dövrünün hökmran ideoloji “kollektiv insan” modelinə açıq alternativ idi və Mir Cəlalı həm ədəbi, həm də intellektual cəsarətinə görə fərqləndirirdi. Natiq Mir Cəlalın əsərlərinin Azərbaycan tarixinin mürəkkəb inkişaf mərhələlərini anlamaq üçün qiymətli mənbə olmaqla yanaşı, milli kimliyin, milli şüurun formalaşmasında humanizmin əvəzsiz rolunu nümayiş etdirdiyini qeyd edib.

Sonra “İnsanlığın yüksək dəyəri” kitabında yer alan hekayələrin bir hissəsinin səhnələşdirilmiş təqdimatı olub. Əsərlər Azərbaycan musiqisinin sədaları altında alman aktyorları Sara Maria Sander, Tamer Tahan və Elizabet Degen tərəfindən səsləndirilib. Musiqi nümunələri Almaniyada yaşayan tanınmış musiqiçi Tural İsmayılovun bədii rəhbərliyi ilə “Anima Shirvani” qrupunun ifasında təqdim olunub. Təqdimat tamaşaçıların böyük marağı və sürəkli alqışları ilə qarşılanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:180
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 28 Noyabr 2025 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see576

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see417

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see295

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see269

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see262

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see260

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see251

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see250

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see249

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see239

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see229

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see224

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see204

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see197

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see197

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see192

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see179

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see178

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see168

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri