Icma.az
close
up
RU
Varlıların dünyanın sonuna hazırlığı: 5 ölkədən torpaq alırlar

Varlıların dünyanın sonuna hazırlığı: 5 ölkədən torpaq alırlar

Icma.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dünya əhalisinin sürətlə artması, epidemiyalar, iqlim dəyişikliyi və qlobal istiləşmə kimi təhlükələr bəşər sivilizasiyası üçün ciddi risklər yaradır. Elm adamları illərdir bu təhlükələrə qarşı hazırlaşır və mümkün çöküş ssenarisində ən təhlükəsiz ölkələri müəyyənləşdirməyə çalışırlar. Ən son araşdırma qlobal fəlakət zamanı belə sağ qala biləcək beş ölkəni vurğulayır.

News24.az xəbər verir ki, araşdırmalara görə, Yeni Zelandiya, İslandiya, İngiltərə, İrlandiya və Avstraliyanın Tasmaniya əyaləti mümkün qlobal dağılma zamanı ən təhlükəsiz sığınacaq kimi seçilir. 

Bu ölkələr əhalinin aşağı sıxlığı, güclü kənd təsərrüfatı infrastrukturu və dayanıqlı enerji resurslarından faydalanır. Xüsusilə Yeni Zelandiya geotermal və hidroelektrik enerji ehtiyatları, geniş əkinçilik sahələri və təcrid vəziyyətinə görə siyahının başındadır.

Tədqiqatçılar bildirirlər ki, milyarderlər qiyamətə hazırlaşmaq üçün Yeni Zelandiyada torpaq alıblar. Sustainability jurnalında dərc edilən araşdırmada bu bölgəyə asanlıqla baxıla bilən sərhədləri və mülayim iqlimi ilə üstünlük verildiyi bildirilir.

İngiltərənin də siyahıda olması təəccüblü nəticə kimi qiymətləndirilir. Əhali sıxlığına və xarici istehsaldan asılı olmasına baxmayaraq, Böyük Britaniyanın şoklara davamlı olmaq potensialına malik olduğu bildirilir.

Tədqiqatçılar bu təhlükəsiz zonaları “xilasedici qayıqlar” kimi təsvir edirlər. Proqnozlaşdırılır ki, böyük bir fəlakət baş verərsə, bu ölkələr öz əhalisini qoruya və sivilizasiyanın davamını təmin edə bilərlər.

Bununla belə ekspertlər vurğulayırlar ki, ölkələr dayanıqlıqlarını artırmalıdırlar. Qida təhlükəsizliyi, enerji şəbəkələrinin davamlılığı və ehtiyat potensialın yaradılması qlobal çöküş ssenarilərinə qarşı görülə biləcək əsas tədbirlərdəndir.

Onlar deyirlər ki, qlobal iqtisadiyyatın ətraf mühitə vurduğu zərər, ağır maliyyə böhranları, pandemiyalar və iqlim dəyişikliyinin birləşməsi qlobal çöküşə səbəb ola bilər.

Prof. Dr. Aled Jones: “Son illərdə kütləvi ərzaq itkiləri, maliyyə böhranları və pandemiyalar bir-birinin ardınca gəlir. Bəxtimiz gətirdi ki, onlar eyni vaxtda baş vermədilər".

Günel Məlikzadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://news24.az
archiveBu xəbər 20 Dekabr 2024 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see259

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see238

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see223

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see213

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see190

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see186

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see169

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see167

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see152

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see148

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see147

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri