Varşavada təyyarə qəzaya uğradı: Ölənlər var
Icma.az, Metbuat portalına istinadən məlumat yayır.
Polşanın paytaxtı Varşavada kiçik təyyarənin qəzaya uğraması nəticəsində 2 nəfər həlak olub.
Metbuat.az xəbər verir ki, bu barədə Polşanın dövlət yayımçısı "TVP World" məlumat yayıb. Məlumata görə, hadisə Varşavanın Bemovo rayonundakı hava limanında baş verib. Kiçik təyyarə yerli vaxtla saat 13:00 radələrində eniş etməyə çalışarkən qəzaya uğrayıb.
Yerə çırpılan təyyarə dərhal alovlanıb. Təyyarədə olan 2 nəfər hadisə yerində həyatını itirib. Qəza zamanı ərazidə olan daha 2 nəfər isə müxtəlif xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib. Yanğınsöndürmə xidməti təyyarənin uçuş-enmə zolağından kənara çıxaraq binaya çırpıldığını və tamamilə yandığını açıqlayıb.
Hadisənin səbəbləri araşdırılır.
Baxış sayı:111
Bu xəbər 25 İyun 2026 22:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















