Icma.az
close
up
RU
Menu

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

Yandırılmış sabitlik: İran öz ekoloji fəlakətinin əsirinə çevrilib

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

Türkiyədə həlak olan jurnalist sabiq məmurun oğlu imiş FOTO

Rubl ucuzlaşdı, avro isə bahalaşdı RƏSMİ

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

İlon Maskdan gələcəklə bağlı daha bir proqnoz

Nicat Kazımov: Dil milləti formalaşdıran və onun özünəməxsusluğunu qoruyan ən güclü təməldir

“9990 nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN dən REAKSİYA FOTO

Avropada “snayper turizmi”: varlılar pul ödəyib insan ovuna çıxıblarmış...

Ayxan Abbasov: “Rəqibin gücü bəlli idi”

“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

Ukraynadakı müharibə 2026 cı ilin iyununda başa çata bilər Buşun köməkçisi

Yeni Azərbaycan Partiyasının 33 ili: siyasi sabitlik və ölkənin inkişafındakı rolu POLİTOLOQ ŞƏRH ETDİ

“Vaşinqton bəyannaməsi Milli Məclisdə ratifikasiya olunmalıdır” “Putin güzəştə gedə bilər...”

“Vaşinqton bəyannaməsi Milli Məclisdə ratifikasiya olunmalıdır” “Putin güzəştə gedə bilər...”

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Qüdrət bəy, siyasi ekspertlərin mütləq əksəriyyəti 8 avqustda Vaşinqtonda ABŞ, Ermənistan və Azərbaycan arasında imzalanmış üçtərəfli Bəyannamədən sonra Azərbaycanın Ermənistanda sabitliyin qorunub saxlanılmasında və Paşinyanın sülh prosesini sona çatdırması üçün onun hakimiyyyətdə qalmasında maraqlı olmalı olduğunu söyləyirlər. Siz də bu cür düşünürsünüzsə, yekun sülh sazişinin tezliklə imzalanması üçün Azərbaycan nə edə bilər?

- Mən də elə düşünürəm. Hər zaman söyləyirəm ki, 44 günlük savaşdan sonra ermənilər Ermənistanda, azərbaycanlılar Azərbaycanda yaşamalıdır ki, gələcəkdə heç kim etnik zəmində qarşıdurma yarada bilməsin. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində deyilir ki, “Azərbaycan Respublikası Konstitusiyasına, hamılıqla tanınan beynəlxalq hüquq prinsiplərinə və normalarına müvafiq surətdə qanun, adından asılı olmayaraq, Azərbaycan Respublikasının bütün yazılı beynəlxalq müqavilələrinin (müqavilə, saziş, konvensiya, pakt, protokol, məktubların və ya notaların mübadiləsi və başqa adlı beynəlxalq müqavilələr) bağlanması, icrası və ləğv edilməsi qaydalarını müəyyənləşdirir. Azərbaycan Respublikasının beynəlxalq müqaviləsi, adından asılı olmayaraq, Azərbaycan Respublikasının xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla bu Qanunda müəyyənləşdirilmiş qaydada yazılı şəkildə bağlanan razılaşmasıdır”.

Bu normanın mətnindən görünür ki, imzalanmış üçtərəfli Bəyannamə necə adlanmasından (adından) asılı olmayaraq, beynəlxalq müqavilədir, həm də dövlətlərarası müqavilə olduğu üçün Milli Məclisdə ratifikasiya olunmalıdır. Ona görə, saziş imzalanandan dərhal sonra mətbuata verdiyim açıqlamada söyləmişdim ki, Bəyannamədə tərəflər bir-birinin ərazi bütövlüyünü tanıdıqlarından və müharibə etməyəcəklərinə dair üzərlərinə öhdəlik götürdüklərindən bu, məzmununa görə ilkin sülh sazişidir. 44 günlük savaşa son qoyan Rusiya, Ermənistan və Azərbaycan arasında 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Birgə Bəyannamə də dövlətlərarası müqavilə idi və həmin müqaviləyə görə (hətta ratifikasiya olunmadan) Rusiya sülhməramlıları Azərbaycana daxil olmuşdu. Vaşinqton Bəyannaməsindən sonra yekun sülh sazişinin imzalanması üçün Ermənistanın konstitusiyasını dəyişməsini tələb etmək ölkəmizin maraqları baxımından artıq əvvəlki əhəmiyyətini itirib. Çünki bunun üçün Ermənistanda keçirilməli olan referendum onsuz da həmin ölkədə yaşanan siyasi gərginliyi bir az da artıracaq. Çevik xarici siyasət odur ki, şəraitin dəyişməsi ilə bəzi məsələlərə münasibət də dəyişir. Bu, proseslərə məntiqli və realist yanaşma olardı. Əlbəttə, yekun sülh sazişinin tezliklə imzalanması regiona sülhün gəlməsini istəməyən qüvvələri daha da qıcıqlandıracaq.

Amma başqa yolumuz yoxdur, bizə ölkəmizin inkişafı və xarici investisiyalar üçün Ermənistanla sülh, Zəngəzur dəhlizinin (Tramp yolunun) açılması lazımdır. ABŞ öz öhdəliklərinə sadiq olacaqsa, sülhə ən böyük kənar təminat Ermənistan konstitusiyası yox, ABŞ Prezidentinin imzasıdır. Sülh sazişini daha təminatlı etmək üçün Rusiya və Türkiyəni də qarantor ölkələr kimi yekun sülh sazişini imzalamağa dəvət edə bilərik. Əminəm ki, onlar bundan imtina etməz. Yoxsa Ermənistan konstitusiyasının necə olması davamlı sülhə təminat verə bilməz. Sülhün əsas təminatı bizim güclü ordumuzun və müttəfiqlərimizin olmasıdır. Paşinyanın sülh prosesini davam etdirməsini istəyiriksə, tezliklə yekun sülh sazişi imzalanmalı, Türkiyə və Azərbaycan Ermənistanla kommunikasiya xətlərini açmalıdır. Bunu edəriksə, Paşinyanın mövqeyi revanşistlər qarşısında Ermənistana sülh gətirən lider kimi xeyli güclənmiş olar. Bunun üçün Milli Məclisin növbədənkənar iclası çağırılmalı, Vaşinqton Bəyannaməsi ratifikasiya olunmalı, yekun sülh sazişinin imzalanmasına Konstitusiyaya uyğun olaraq parlament razılıq verməlidir.

- Aleksey Overçukla Şahin Mustafayevin Moskvada planlaşdırılan görüşü barədə fikirlərinizi də bilmək istərdik...

- Rusiya tərəfinin yaydığı məlumata görə, hökumətlərarası komissiyanın iclası keçiriləcək. Rusiyanın Azərbaycana məxsus sərnişin təyyarəsinin Qroznı üzərində vurulması ilə əlaqədar Azərbaycanın haqlı tələblərini yerinə yetirməməsi, Yekaterinburqda soydaşlarımızın işgəncələrlə öldürülməsi, zorakılığa məruz qalması səbəbəbindən ölkələrimiz arasında müəyyən gərginlik yaşanır və sadə insanlar bundan əziyyət çəkir. Bu tipli görüşlərdə bizi narahat edən bütün məsələlər müzakirə olunmalı, gərginliyin azaldılmasına, etimadlı münasibətlərin bərpasına yol açılmalıdır. Hər şey Rusiyanın necə davranacağından asılıdır. Azərbaycan həmişə region dövlətləri ilə bərabərhüquqlu əməkdaşlığın tərəfdarı kimi çıxış edib.

- Bu gün Trampla Putin arasında keçiriləcək görüşdən gözləntiləriniz nədir?

- Tramp Nobel sülh mükafatı alsın deyə Putin hansısa güzəştlərə gedə bilər. Putin Alyaskaya gedirsə deməli hansısa razılaşmalar artıq var. Atəşin dayandırılması Rusiyanın da maraqlarına cavab verərdi. Müharibənin nəticələri Ukrayna üçün böyük torpaq itkiləri və Ukrayna ilə birlikdə Qərb üçün də ağır məğlubiyyət demək olacaq. Ancaq atəşkəsə nail olunsa, Ukrayna daha ağır məğlubiyyətdən və dövlətçiliyini itirmək təhlükəsindən xilas ola bilər. Bu nöqteyi-nəzərdən atəşkəs Ukrayna üçün də uğur sayıla bilər. Allaha dua edək ki, müharibə dayansın. Atəşkəs əldə olunsa regionda söz sahibi olan 4 nüfuzlu siyasi lider olacaq - Putin, Tramp, İlham Əliyev və Ərdoğan.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 15 Avqust 2025 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

14 Noyabr 2025 11:17see191

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see180

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see173

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see145

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

13 Noyabr 2025 18:14see142

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see139

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see138

Yandırılmış sabitlik: İran öz ekoloji fəlakətinin əsirinə çevrilib

13 Noyabr 2025 11:52see130

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

14 Noyabr 2025 18:18see130

Türkiyədə həlak olan jurnalist sabiq məmurun oğlu imiş FOTO

14 Noyabr 2025 09:35see129

Rubl ucuzlaşdı, avro isə bahalaşdı RƏSMİ

13 Noyabr 2025 09:17see129

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

14 Noyabr 2025 10:58see128

İlon Maskdan gələcəklə bağlı daha bir proqnoz

13 Noyabr 2025 09:20see128

Nicat Kazımov: Dil milləti formalaşdıran və onun özünəməxsusluğunu qoruyan ən güclü təməldir

14 Noyabr 2025 00:49see127

“9990 nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN dən REAKSİYA FOTO

14 Noyabr 2025 17:40see126

Avropada “snayper turizmi”: varlılar pul ödəyib insan ovuna çıxıblarmış...

13 Noyabr 2025 08:31see125

Ayxan Abbasov: “Rəqibin gücü bəlli idi”

13 Noyabr 2025 23:49see123

“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

14 Noyabr 2025 09:09see123

Ukraynadakı müharibə 2026 cı ilin iyununda başa çata bilər Buşun köməkçisi

14 Noyabr 2025 09:44see122

Yeni Azərbaycan Partiyasının 33 ili: siyasi sabitlik və ölkənin inkişafındakı rolu POLİTOLOQ ŞƏRH ETDİ

14 Noyabr 2025 15:50see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri