Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

“Vaşinqton Bəyannaməsi ratifikasiya olunmalıdır” Qüdrət Həsənquliyev

“Vaşinqton Bəyannaməsi ratifikasiya olunmalıdır” Qüdrət Həsənquliyev

Xalqcebhesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:

- Qüdrət bəy, siyasi ekspertlərin mütləq əkaəriyyəti 8 avqustda Vaşinqtonda ABŞ, Ermənistan və Azərbaycan arasında imzalanmış üçtərəfli Bəyannamədən sonra Azərbaycanın Ermənistanda sabitliyin qorunub saxlanılmasında və Paşinyanın sülh prosesini sona çatdırması üçün onun hakimiyyyətdə qalmasında maraqlı olmalı olduğunu söyləyirlər. Siz də bu cür düşünürsünüzsə yekun sülh sazişinin tezliklə imzalanması üçün Azərbaycan nə edə bilər?

- Mən də elə düşünürəm. Hər zaman söyləyirəm ki, 44 günlük savaşdan sonra ermənilər Ermənistanda, azərbaycanlılar Azərbaycanda yaşamalıdır ki, gələcəkdə heç kim etnik zəmində qarşıdurma yarada bilməsin. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində deyilir ki, “Azərbaycan Respublikası Konstitusiyasına, hamılıqla tanınan beynəlxalq hüquq prinsiplərinə və normalarına müvafiq surətdə qanun, adından asılı olmayaraq, Azərbaycan Respublikasının bütün yazılı beynəlxalq müqavilələrinin (müqavilə, saziş, konvensiya, pakt, protokol, məktubların və ya notaların mübadiləsi və başqa adlı beynəlxalq müqavilələr) bağlanması, icrası və ləğv edilməsi qaydalarını müəyyənləşdirir.
Azərbaycan Respublikasının beynəlxalq müqaviləsi, adından asılı olmayaraq, Azərbaycan Respublikasının xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla bu Qanunda müəyyənləşdirilmiş qaydada yazılı şəkildə bağlanan razılaşmasıdır”.
Bu normanın mətnindən görünür ki, imzalanmış üçtərəfli Bəyannamə necə adlanmasından (adından) asılı olmayaraq, beynəlxalq müqavilədir, həm də dövlətlərarası müqavilə olduğu üçün Milli Məclisdə ratifikasiya olunmalıdır. Ona görə, saziş imzalanandan dərhal sonra mətbuata verdiyim açıqlamada söyləmişdim ki, Bəyannamədə tərəflər bir-birinin ərazi bütövlüyünü tanıdıqlarından və müharibə etməyəcəklərinə dair üzərlərinə öhdəlik götürdüklərindən bu, məzmununa görə ilkin sülh sazişidir. 44 günlük savaşa son qoyan Rusiya, Ermənistan və Azərbaycan arasında 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Birgə Bəyannamə də dövlətlərarası müqavilə idi və həmin müqaviləyə görə (hətta ratifikasiya olunmadan) Rusiya sülhməramlıları Azərbaycana daxil olmuşdu. Vaşinqton Bəyannaməsindən sonra yekun sülh sazişinin imzalanması üçün Ermənistanın konstitusiyasını dəyişməsini tələb etmək ölkəmizin maraqları baxımından artıq əvvəlki əhəmiyyətini itirib. Çünki bunun üçün Ermənistanda keçirilməli olan referendum onsuz da həmin ölkədə yaşanan siyasi gərginliyi bir az da artıracaq. Çevik xarici siyasət odur ki, şəraitin dəyişməsi ilə bəzi məsələlərə münasibət də dəyişir. Bu, proseslərə məntiqli və realist yanaşma olardı. Əlbəttə, yekun sülh sazişinin tezliklə imzalanması regiona sülhün gəlməsini istəməyən qüvvələri daha da qıcıqlandıracaq. Amma başqa yolumuz yoxdur, bizə ölkəmizin inkişafı və xarici investisiyalar üçün Ermənistanla sülh, Zəngəzur dəhlizinin (Tramp yolunun) açılması lazımdır. ABŞ öz öhdəliklərinə sadiq olacaqsa, sülhə ən böyük kənar təminat Ermənistan konstitusiyası yox, ABŞ prezidentinin imzasıdır. Sülh sazişini daha təminatlı etmək üçün Rusiya və Türkiyəni də qarantor ölkələr kimi yekun sülh sazişini imzalamağa dəvət edə bilərik. Əminəm ki, onlar bundan imtina etməz. Yoxsa Ermənistan konstitusiyasının necə olması davamlı sülhə təminat verə bilməz. Sülhün əsas təminatı bizim güclü ordumuzun və müttəfiqlərimizin olmasıdır. Paşinyanın sülh prosesini davam etdirməsini istəyiriksə, tezliklə yekun sülh sazişi imzalanmalı, Türkiyə və Azərbaycan Ermənistanla kommunikasiya xətlərini açmalıdır. Bunu edəriksə, Paşinyanın mövqeyi revanşistlər qarşısında Ermənistana sülh gətirən lider kimi xeyli güclənmiş olar. Bunun üçün Milli Məclisin növbədənkənar iclası çağırılmalı, Vaşinqton Bəyannaməsi ratifikasiya olunmalı, yekun sülh sazişinin imzalanmasına Konstitusiyaya uyğun olaraq parlament razılıq verməlidir.

- Aleksey Overçukla Şahin Mustafayevin Moskvada planlaşdırılan görüşü barədə fikirlərinizi də bilmək istərdik...

- Rusiya tərəfinin yaydığı məlumata görə, hökumətlərarası komissiyanın iclası keçiriləcək. Rusiyanın Azərbaycana məxsus sərnişin təyyarəsinin Qroznı üzərində vurulması ilə əlaqədar Azərbaycanın haqlı tələblərini yerinə yetirməməsi, Yekaterinburqda soydaşalrımızın işgəncələrlə öldürülməsi, zorakılığa məruz qalması səbəbəbindən ölkələrimiz arasında müəyyən gərginlik yaşanır və sadə insanlar bundan əziyyət çəkir. Bu tipli görüşlərdə bizi narahat edən bütün məsələlər müzakirə olunmalı, gərginliyin azaldılmasına, etimadlı münasibətlərin bərpasına yol açılmalıdır. Hər şey Rusiyanın necə davranacağından asılıdır. Azərbaycan həmişə region dövlətləri ilə bərabərhüquqlu əməkdaşlığın tərəfdarı kimi çıxış edib.

- Bu gün Trampla Putin arasında keçiriləcək görüşdən gözləntiləriniz nədir?

- Tramp Nobel sülh mükafatı alsın deyə Putin hansısa güzəştlərə gedə bilər. Putin Alyaskaya gedirsə deməli hansısa razılaşmalar artıq var. Atəşin dayandırılması Rusiyanın da maraqlarına cavab verərdi. Müharibənin nəticələri Ukrayna üçün böyük torpaq itkiləri və Ukrayna ilə birlikdə Qərb üçün də ağır məğlubiyyət demək olacaq. Ancaq atəşkəsə nail olunsa, Ukrayna daha ağır məğlubiyyətdən və dövlətçiliyini itirmək təhlükəsindən xilas ola bilər. Bu nöqteyi nəzərdən atəşkəs Ukrayna üçün də uğur sayıla bilər. Allaha dua edək ki, müharibə dayansın. Atəşkəs əldə olunsa regionda söz sahibi olan 4 nüfuzlu siyasi lider olacaq-Putin, Tramp, İlham Əliyev və Ərdoğan.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 15 Avqust 2025 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see367

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see289

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see270

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see250

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see249

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see233

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see227

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see224

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see214

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see211

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see206

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see204

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see203

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see201

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see200

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see199

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see195

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see188

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see179

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri