Icma.az
close
up
RU
Milli Məclisdə sülh müzakirəsi: Vaşinqton razılaşmaları ilə bağlı XÜSUSİ İCLAS

Milli Məclisdə sülh müzakirəsi: Vaşinqton razılaşmaları ilə bağlı XÜSUSİ İCLAS

Ayna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Parlamentdə “Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi” mövzusunda iclas keçirilib

Bu gün Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində xüsusi iclası keçirilib. Toplantı “Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi” mövzusuna həsr olunub.

Qeyd edək ki, Konstitusiyanın 88-ci maddəsinin 2-ci hissəsinə əsasən, Milli Məclisin deputatları parlamentin növbədənkənar sessiyasının çağırılması barədə spiker Sahibə Qafarovaya müraciət ediblər. S.Qafarova müraciəti nəzərə alaraq Milli Məclisin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb.

Spiker: “Vaşinqton razlaşmaları ümumilikdə Cənubi Qafqazdakı proseslərə təsir edib”

İclasda çıxış edən spiker deyib ki, Prezident İlham Əliyevin Vaşinqton səfəri çərçivəsində əldə olunmuş razılaşmalar tarixi əhəmiyyətə malikdir. Bildirib ki, Vaşinqton razlaşmaları yalnız ABŞ-Azərbaycan elementləri və sülh gündəliyinə deyil, ümumilikdə Cənubi Qafqazdakı proseslərə təsir edib: "Bu gün qürurla demək olar ki, Prezidentin ABŞ-dakı tarixi razılaşmaları Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun davamı kimi əldə edilmiş ən böyük uğurlardandır".

“ABŞ-la Azərbaycan əlaqələrinin qurulması olduqca vacib məsələdir. ABŞ Prezidenti Donald Trampın sülh və əməkdaşlığa söykənən addımı əhəmiyyətli rola malikdir. Hesab edirəm ki, ölkəmizə qarşı məkirli planların qarşısı böyük məharətlə dəf edildi".

“Zəngəzur dəhlizi İlham Əliyevin adını daşımalıdır”

“Müasir, yeni tarix yaranmaqdadır. Ayrı-ayrı dövlətlər yeni tarixini yaratmaqla ya məşğuldurlar, ya da buna məhkumdurlar. Biz də yeni tariximizə şahidlik etməkdəyik. Hər bir xalq öz tarixini yaratmaq haqqında düşünsə də, Azərbaycanın lideri İlham Əliyev tək Azərbaycanın deyil, bütövlükdə regionun tarixini yenidən yazır. Hər bir dövlətin gücünün üç göstəricisi var: iqtisadiyyatı, ordusu və diplomatiyası. Müstəqillik dövründə bu sahələrdə kifayət qədər inkişaf gedib. 2005-2025-ci illərdə Azərbaycan iqtisadiyyatı ən sürətli inkişaf edən ölkə olub. 2020-ci ildə Azərbaycan ərazisinin bütövlüyünün bərpa edərək, işğal altında olan torpaqlarını azad edərək hərbi gücünü göstərdi”. Bu sözləri isə birinci vitse-spiker Əli Əhmədov səsləndirib.

Ə.Əhmədov deyib ki, diplomatiya sahəsində də kifayət qədər uğurlar olub: “Bunun ən parlaq zirvəsi 1 ay əvvəl keçirilən Vaşinqton görüşü və bu görüşdə əldə olunan naliyyətlərdir. Bu naliyyətlər bir tərəfdən dövlətin tanınmasına xidmət edirsə, bir tərəfdən də şəxsiyyət və lider amilini göstərir. Vaşinqton görüşünün uğuru birbaşa İlham Əliyevin adı ilə bağlıdır. Bu görüşdən sonra dünyanın ayrı-ayrı liderllərinin İlahm Əliyevi təbrik etməsi onun beynəlxalq nüfuzunun göstəricisidir”.

“Azərbaycanın ABŞ ilə yeni əlaqələrin qurulması, həm Azərbaycanın beynəlxalq inteqrasiyasını daha da genişləndirəcək, həm də İlham Əliyevin birbaşa təfəkkürünün nəticəsi olan Zəngəzur dəhlizinin həyata keçirilməsi üçün önəmli addımdır. Zəngəzur dəhlizi layihəsi yeni tarixin önəmli siması olacaqdır. Bakı-Tbilisi-Ceyhan Heydər Əliyevin adını daşıdığı kimi Zəngəzur dəhlizi də İlham Əliyevin adını daşımalıdır”- deyə sonda Əli Əhmədov bildirib.

“İllər boyu heç bir real nəticə verməyən ATƏT-in Minsk Qrupu artıq tarixi arxivə qovuşdu”

Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov isə çıxışında söyləyib ki, Vaşinqtonda imzalanan sənədlər, xüsusilə 17 maddədən ibarət Azərbaycan-Ermənistan arasında sülh sazişinin paraflanması dövlətimizin diplomatiyasının uğuru kimi dəyərləndirilməlidir: “Həmin sənədin imzalanması Ermənistan tərəfindən də ABŞ-ın vasitəçiliyi və şahidliyi ilə təsdiq olunub ki, bu da beynəlxalq miqyasda sülhün, əməkdaşlığın genişlənməsi istiqamətində mühüm addımdır. Prezident İlham Əliyevin ABŞ-a işgüzar səfəri Azərbaycan-Amerika münasibətləri baxımından mühüm tarixi əhəmiyyət daşıyır. Vaşinqton razılaşması Prezident İlham Əliyevin uzaqgörən siyasətinin və diplomatik fəallığının məntiqi nəticəsidir. Həmçinin illər boyu heç bir real nəticə verməyən ATƏT-in Minsk Qrupu artıq tarixi arxivə qovuşdu”.

“Sənəddə xüsusilə yer alan Zəngəzur dəhlizini strateji əhəmiyyətli məqamdır. Bu dəhliz maneəsiz əlaqənin təmin edilməsinə şərait yaradacaq. Eyni zamanda, imzalanmış sənədlər Azərbaycan ilə ABŞ arasında strateji tərəfdaşlığın yeni mərhələyə keçməsinin əsasını qoyur. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni dünya düzəninin formalaşmasında mühüm rol oynayır. Vaşinqton razılaşması bu prosesin bariz nümunəsidir və sülh diplomatiyasının, həmçinin müdrik liderliyin təntənəsidir”.

“Zəngəzur dəhlizi Ermənistan üçün də fürsətdir, onu tranzit ölkəyə çevirə bilər”

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, Vaşinqton razılaşmalarının Konstitusiya və suverenlik ilində baş tutması rəmzi məna daşıyır: “Unutmaq olmaz ki, Azərbaycan-Ermənistan münaqişəsində maraqlı xarici qüvvələr də olub. Yeni nəqliyyat və enerji yollarının açılması regionun inkişafına böyük töhfələr verəcək. İkinci adı “Tramp marşrutu” olan Zəngəzur dəhlizi Ermənistan üçün də fürsətdir, onu tranzit ölkəyə çevirə bilər. Təbii ki, sülh müqaviləsinin rəsmən imzalanmamasının əsas səbəbi Ermənistan Konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddialarıdır. Heç şübhəsiz ki, bu aradan qaldırılandan sonra rəsmən sülh sazişi imzalanacaq. Əminəm ki, Azərbaycan Parlamentində bundan sonra sülh sazişinin də ratifikasiyası iclasına şahidlik edəcəyik”.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev bildirib ki, Ermənistanın Naxçıvana maneəsiz gediş-gəlişi təmin edəcək yolun çəkilməsi ilə razılaşaraq, növbəti dəfə öz üzərinə beynəlxalq öhdəlik götürməsi, ABŞ-nin yolun çəkilməsinə və təhlükəsizliyinə təminat verməsi ölkəmizin ciddi diplomatik uğurudur.

Deputat bildirib ki, “Tramp yolu” adlandırılacaq Zəngəzur dəhlizinin açılmasında ABŞ-ın prinsipial mövqe ortaya qoyacağına ümid edir: “Tramp yolu” istisnasız olaraq bütün region ölkələrinin inkişafına töhfəsini verəcək. Vaşinqton Bəyannaməsinin qəbulu Xankəndi üzərində suverenliyin bərpasından sonra sülhə və sabitliyə doğru atılmış ən əhəmiyyətli addımdır. ABŞ-ın vasitəçiliyi ilə Ermənistanla əldə olunmuş razılaşma başqa ölkələrə qarşı deyil. Yekun sülh sazişinin Türkiyə və Rusiyanın iştirakı ilə imzalanması məsələsinə də baxa bilərik. Bu, daha ədalətli olar. Ermənistanla yekun sülh sazişinin imzalanmasını sürətləndirməliyik. Ermənistan Konstitusiyasına dəyişiklik barədə öhdəlik götürərsə, sülh sazişini imzalaya bilərik. Rusiya və Avropa İttifaqı ilə aramızda yaşanan gərginliyin aradan qaldırılmasına, ölkəmizə BRİCS və Şanxay Əməkdaşlıq Təşkilatından daha faydalı olacaq Ümumdünya Ticarət Təşkilatına üzvlüyə çalışmalıyıq. Rusiyada yaşayan vətəndaşlarımızın heç olmasa quru sərhədi ilə ölkəmizə keçidinə icazə verməliyik”.

“Vaşiqnton görüşündə beynəlxalq münasibətlərdə ədalətli yanaşmanın təməli qoyuldu”

“Azərbaycan Prezidenti həm də erməni xalqına bundan sonra hansı yolu gedəcəyini səmimi şəkildə izah etdi. Naxçıvanla quru sərhədinin açılması həm də bütöv Azərbaycanın yenidən qurulması deməkdir”. Bu sözləri isə İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa deyib. Bildirib ki, “5 il öncəki yuxularımızı təftiş etsəniz, bu gün baş verənlərə inana bilməyəcəksiniz”.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov isə çıxışında xatırladıb ki, bir vaxtlar Qərb Azərbaycanı dəyişdirməyə, ABŞ Prezidenti Donald Trampı isə siyasi səhnədən uzaqlaşdırmağa çalışırdı: “İndi onlar birləşərək Qərbi dəyişdirir”.

“Vaşiqnton görüşündə beynəlxalq münasibətlərdə ədalətli yanaşmanın təməli qoyuldu. Vaşinqtonda keçirilən görüşlərdə əldə olunan razılaşmalar Prezident İlham Əliyevin müdrik diplomatik siyasətinin təntənəsidir. Bu görüş eyni zamanda sülhün də təntənəsidir. 19 iyun 2025-ci ildə Türkiyənin Kahramanmaraş şəhərində İlham Əliyev Qarabağ fatehi kimi qarşılandı, biz artıq İlham Əliyevə “Sülh fatehi” deyə bilirik”, - deyə Seyidov əlavə edib.

“Ali Baş Komandan sübut etdi ki, o silahlı savaşdan sonra sülh müharibəsini də udmağı bacardı”

“Azərbaycanın əldə etdiyi Qələbə olmasaydı, 8 avqust Vaşinqton Zirvəsi də reallaşmazdı. Müharibələrin tarixi göstərir ki, əgər sən düşməni məğlub edib nəticələri sənədləşdirməmisənsə, ordunun qazandığını qələm davasında itirmisən. Ali Baş Komandan sübut etdi ki, o silahlı savaşdan sonra sülh müharibəsini də udmağı bacardı. 90-cı illərdə biz ən geri düşən ölkə olduq, indi isə Azərbaycan 21-ci əsrdə tək qalib dövlətdir. İki ay öncə başlayan 12 günlük İsrail-İran müharibəsi, 4 ildir davam edən Rusiya-Ukrayna müharibəsi və nəhayət, Fələstin dəhşətinin fonunda dövlətimizin uğurları daha parlaq görünür". Bu fikirləri parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

Millət vəkili bildirib ki, 8 noyabr Zəfəri diplomatiyada yeni mərhələyə yol açıb və bu prosesin davamı məhz Vaşinqtonda əldə edilən razılaşmalardır: “Prezident İlham Əliyevin sülh diplomatiyası nəticəsində Ermənistanla düşmənçilik səhifəsi bağlanıb və indi qarşıda xalqlar arasında barış mühitinin yaradılması dayanır. Bu istiqamətdə ən mühüm təşəbbüslərdən biri yaxın gələcəkdə birgə parlament komissiyasının yaradılması olacaq. Etimad mühitini möhkəmləndirmək, xalqları barışa hazırlamaq və sülh müqaviləsinin uzunmüddətli nəticələrini təmin etmək üçün parlamentlər səviyyəsində əməkdaşlıq yeni mərhələ açacaq. Birgə komissiyanın yaradılması isə dövlətlərarası münasibətlərin davamlılığını təmin edəcək”.

“İlham Əliyev dünya liderlərini Qarabağa təyyarə ilə aparır”

Deputat Siyavuş Novruzov isə tarixə ekskurs edərək deyib: “Vaxtilə Heydər Əliyev Qarabağ məsələsini burada qaldıranda Bayram Bayramov parlamentdə dedi ki, gəl səni “samalyotla” aparım Qarabağa. Bu gün İlham Əliyev bütün dünya liderlərini Qarabağa təyyarə ilə aparır. Bu, Azərbaycanın gücünün bariz nümunəsidir".

“Vaşinqton Birgə Bəyanatında Prezident İlham Əliyevin Azərbaycanın əsas hissəsi və onun Naxçıvan eksklavı arasında maneəsiz bağlantının təmin edilməsi ilə bağlı prinsipial mövqeyi də əksini tapıb. Birgə Bəyanatı Zəngəzur dəhlizinə dair ilk beynəlxalq sənəd hesab etmək olar”. Bu sözləri deputat Rizvan Nəbiyev söyləyib.

Bildirib ki, Avropa İttifaqının “Global Gateway” təşəbbüsü müəyyən mənada Çinin “Bir Kəmər, Bir Yol” layihəsinə alternativ kimi təqdim olunsa da, Orta Dəhliz və onun vacib seqmenti Zəngəzur dəhlizi hər iki təşəbbüsdə yer alan tərəflər üçün ortaq maraq nöqtəsinə çevrilə bilər: “Bu maraqlar Azərbaycanın diplomatik səyləri ilə məhz "win-win" yanaşma çərçivəsində uzlaşdırıla bilər".

İclasa yekun vuran Sahibə Qafarova qeyd edib ki, müzakirə zamanı çıxışlarda dərin fikirlər səsləndi: "Vaşinqton razılaşmaları ölkəmizin həyatında yeni səhifə açdı. Azərbaycan yenə də göstərdi ki, həm döyüş meydanında qələbə qazanmağa, həm də danışıqlar masasında ədalətli qərar qəbul etməyə qadirdir. Ölkəmizi yeni qələbələrə aparmaq naminə fəaliyyətində Prezidentə böyük uğurlar arzu edirəm".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://ayna.az
archiveBu xəbər 09 Sentyabr 2025 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

119 yaşında da sağlamdırlar! Yaponların uzun ömür sirri bu reseptdə gizlənir ac qarına için

08 Sentyabr 2025 02:58see165

Tramp Tokayevlə telefon danışığı apardı

07 Sentyabr 2025 20:42see156

WSJ: Aİ ABŞ ticarət razılaşması iflasa uğrama riski altındadır

07 Sentyabr 2025 21:21see148

Muxtar respublika büdcəsinin gəlirlərində artım qeydə alınıb

08 Sentyabr 2025 16:39see140

Corcio Armaninin harada dəfn olunacağı məlum oldu

07 Sentyabr 2025 21:12see138

Niderland millisinin tarixində ən çox qol vuran futbolçu oldu

07 Sentyabr 2025 21:47see136

Bu muzeyə giriş bağlandı Mina TƏHLÜKƏSİ KONKRET

07 Sentyabr 2025 21:02see135

Polşa hakimiyyətləri xüsusi xidmət orqanlarına nəzarəti itirib

08 Sentyabr 2025 19:26see133

Bu içkilər saç tökülməsini sürətləndirir

08 Sentyabr 2025 01:59see129

Gələn ay dünyanın məhkəmə hakimləri Bakıda toplaşacaq

08 Sentyabr 2025 11:20see128

Athletic Bilbao tarixində ilk türk futbolçu transferi

08 Sentyabr 2025 00:13see127

Tovuzda bütün məzunlar ali məktəbə daxil olub

09 Sentyabr 2025 14:09see126

Məşhur rusiyalı reper Timatini axtarışa verildi

08 Sentyabr 2025 06:29see125

Süni intellekt bütün dünyada fermerlərə kömək edir...

07 Sentyabr 2025 22:26see124

Şəmkirdə təcili yardımda xəsarət həkim və digər şəxslərin kimliyi bilinib Yenilənib

07 Sentyabr 2025 22:04see124

Acından ölən xərçəng...

09 Sentyabr 2025 02:04see121

Çexiyalılarla səudiyyəlilər sülhlə ayrılıblar

08 Sentyabr 2025 23:28see118

Tupakın qətlini məşhur reper sifariş edibmiş 29 il öncəki qətlin ŞOK DETALLARI

09 Sentyabr 2025 00:37see114

“Liverpul”un müdafiəçisinin “Real Madrid”ə mümkün transferinin təfərrüatı açıqlanıb

09 Sentyabr 2025 09:00see114

Avtobusu elə sürdü ki, işıqforu kökündən çıxardı Video

08 Sentyabr 2025 19:12see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri