Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Xarici ticarət: ixrac və idxal azalır

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

Vaşinqton görüşü bütün türk dünyası üçün tarixi hadisədir Hulusi Kılıç

Vaşinqton görüşü bütün türk dünyası üçün tarixi hadisədir Hulusi Kılıç

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ərdoğan Qafqazda sülh sazişinin bir an öncə imzalanması üçün əlindən gələni edəcək

Avqustun 8-də Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə Vaşinqtonda keçirilən görüşdə əldə olunmuş razılaşma Cənubi Qafqazda uzunmüddətli sülhə doğru yolda tarixi addım oldu. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 11-də Ankarada hökumətin iclasının yekunlarına dair brifinqdə bildirib. O xatırladıb ki, Azərbaycan torpaqlarının uzunmüddətli erməni işğalından azad edilməsi ilə regionun inkişafında yeni mərhələ başlayıb.

Türkiyə lideri Azərbaycanla bağlı məhdudiyyətlərin aradan qaldırılmasını da alqışlayıb.


“Türkiyə tərəfinin məmnunluğunu qardaşım, Azərbaycan Prezidenti İlham Əliyevə çatdırdım. Türkiyənin hər zaman Azərbaycanın yanında olacağını vurğuladım”, - deyə dövlət başçısı Ermənistanın Baş naziri Nikol Paşinyanla söhbətində bu mövzunu müzakirə etdiyini əlavə edib.

Siyasətçinin sözlərinə görə, regionda sülh mühitinin formalaşması ilə avtomobil və dəmir yolu əlaqələri bərpa olunacaq, sərhəd-keçid məntəqələri açılacaq, azad ticarətə maneələr aradan qaldırılacaq ki, bu da bütün region dövlətlərinin maraqlarına cavab verir. Prezident Ərdoğan əmin edib ki, Ankara bölgədə sülh və sabitlik naminə mübarizəni davam etdirəcək.


Türkiyənin Azərbaycandakı keçmiş səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyədəki nümayəndəsi Hulusi Kılıç Sherg.az-a deyib ki, Vaşinqton görüşü tarixi əhəmiyyətə malik olmaqla yanaşı, yeni bir dövrün başlanğıcı kimi qiymətləndirilə bilər:

"Cənab Prezident Rəcəb Tayyib Ərdoğan, indiyə qədər can Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olması üçün çalışan yeganə liderdir. Bunu hər kəs bilir, yalnız Türkiyədə deyil, bütün dünyada qəbul olunur. Onsuz da Cənab Prezident Rəcəb Tayyib Ərdoğanın bu mövzuya münasibəti hər zaman açıq və qətidir. O, etdiyi açıqlamada da bildirdi ki, bu gündən sonra da, indiyə qədər olduğu kimi, bölgədə sülh və sabitlik üçün mübarizə aparmağa davam edəcək.

Atacağı addımlara gəlincə, ilk növbədə tezliklə Ermənistanı bir an öncə konstitusiyasında dəyişikliyin və reallaşması üçün təşviq etməklə yanaşı, sülh sazişinin tezliklə imzalanmasına çalışacaq. Digər tərəfdən bu görüş Azərbaycan ilə ABŞ arasında indiyədək görünməmiş dərəcədə yaxınlaşma yaratdı. Məlum olduğu kimi, 1990-cı illərdən bəri hərbi sənaye məhsullarında tətbiq olunan embarqo artıq ləğv edildi. Azərbaycan ilə ABŞ arasında münasibətlərin bu qədər yaxşı olması bizi, Türkiyə olaraq, sevindirir. Çünki bizim hər zaman dediyimiz kimi, Azərbaycan üçün olan bizim üçündür, bizim üçün olan Azərbaycan üçündür".


Sabiq səfir əlavə edib ki, bundan sonra da Rəcəb Tayyib Ərdoğan sülh sazişinin bir an öncə imzalanması üçün əlindən gələni edəcək:

"Onsuz da Türkiyə Prezidenti ilə Ermənistan Baş naziri Nikol Paşinyan arasında yaxşı dialoq mövcuddur. Ərdoğan Paşinyanı da zəng edərək təbrik etdi. Bu, onun məsələyə nə qədər yaxından diqqət ayırdığını göstərir. Vaşinqton görüşü Türkiyəni və bütövlükdə Türk dünyasını sevindirdi. Zəngəzur Dəhlizi məsələsinə gəlincə, bu dəhliz hazırda Ermənistan ərazisində yerləşir və 1921-ci ildə Ermənistana hədiyyə verilib. Hazırda ABŞ-nin dəstəyi ilə “Sülh yolu”, “Rifah yolu” və ya “Tramp yolu” adlandırılan bu marşrutun açılması əsas hədəfdir. Bu yol açılarkən Cənab Prezidentin şərti ondan ibarətdir ki, Azərbaycan vətəndaşları Naxçıvana gediş-gəliş zamanı heç bir nəzarət məntəqəsindən keçməyəcəklər. Buna görə də, Zəngəzur Dəhlizinin açılması həm Azərbaycan, həm Türkiyə, həm də bütün Türk dünyası üçün faydalı olacaq. Vaşinqton görüşü, ümumilikdə, son dərəcə uğurlu keçdi. Müharibənin qalibi, sülhün də qalibidir".


Türkiyə Prezidentinin indiyə qədər atdığı addımlara gəlincə, Hulusi Kılıç qeyd edib ki, Ərdoğan Nobel Sülh Mükafatına layiq bir liderdir:

"Hazırda o, Suriyanın yenidən ayağa qalxmasına kömək edir. Üstəlik, Afrika ölkələri ilə əməkdaşlıq edərək bu ölkələrə dəstək verir. Somali isə demək olar ki, ölmək üzrə olsa da, Türkiyə Prezidentinin sayəsində yaşamaqdadır. Eyni zamanda Somali ilə Efiopiya arasında sərhəd məsələsində görüşlərin təşkili də Ərdoğanın təşəbbüslərindən biridir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 Avqust 2025 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see242

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see229

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see208

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see207

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see201

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see196

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see189

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see187

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see169

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see168

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see159

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see158

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see158

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see153

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see150

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see149

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see148

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see148

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see145

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri