Icma.az
close
up
RU
Hulusi Kılıç: TDT nin Budapeştdəki Zirvə görüşü Türk dünyasında əməkdaşlığı möhkəmləndirdi

Hulusi Kılıç: TDT nin Budapeştdəki Zirvə görüşü Türk dünyasında əməkdaşlığı möhkəmləndirdi

Icma.az bildirir, Azertag portalına istinadən.

Ankara, 26 may, AZƏRTAC

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dövlət və hökumət başçılarının Macarıstanda keçirilən qeyri-rəsmi Zirvə görüşü Türk dünyasının konsolidasiyasında mühüm həlqə oldu. Tarixdə ilk dəfə türk dövlətlərinin liderləri Avropaya toplaşaraq “vahid türk ailəsi” ideyasına sadiq olduqlarını nümayiş etdirdilər. Bu fikri AZƏRTAC-a müsahibəsində Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” İctimai İnkişafa Dəstək İctimai Birliyinin Türkiyədəki nümayəndəsi Hulusi Kılıç TDT-nin Budapeştdə keçirilən Zirvə görüşünün yekunlarını şərh edərkən deyib.

Kılıç zirvəyə ev sahibliyi edən Macarıstanın Baş naziri Viktor Orbanın mövqeyini yüksək qiymətləndirib. O qeyd edib ki, hökumətin başçısı Macarıstan xalqının maraqlarının və Budapeştin, o cümlədən Avropa İttifaqı çərçivəsində müstəqil kursunun hər şeydən üstün olduğunu nümayiş etdirib.

O, TDT-nin qeyri-rəsmi Zirvə görüşünün Budapeştin nüfuzunu artırdığına, Qazaxıstandan tutmuş Macarıstana qədər geniş bir sahədə əsl tərəfdaşlığın “ünvanının” türk dövlətləri olduğunu açıq şəkildə ifadə etdiyinə əminliyini ifadə edib.

H.Kılıç deyib: “Türk dövlətlərinin geosiyasi mövqeyi, enerji və logistika potensialı fonunda TDT ölkələrinin siyasi, iqtisadi və hərbi qüdrəti qürur mənbəyidir”. Sabiq səfir Budapeştdə keçirilən Zirvə görüşünün Azərbaycan Prezidenti İlham Əliyevin Türk dünyasında münasibətlərin prioritetliyi ilə bağlı dediyi sözlərin nə qədər doğru olduğunu bir daha nümayiş etdirdiyini vurğulayıb.

O, həmçinin TDT-nin inkişafında Prezident İlham Əliyevin rolunu tarixi adlandırıb. “Türkiyənin Bakıda səfiri olduğum vaxtlarda türk dövlətlərinin rəhbərlərinin görüşləri müntəzəm xarakter daşımırdı. Amma 2009-cu il oktyabrın 3-də Naxçıvanda keçirilən türk dövlətləri başçılarının Zirvə görüşü ilə hər şey dəyişdi. Ölkələrimiz arasında əməkdaşlığa güclü təkan verən mühüm sazişlər imzalandı”, -deyə H.Kılıç qeyd edib.

Onun sözlərinə görə, müasir Azərbaycan səkkizi Aİ üzvü olmaqla, on Avropa ölkəsinin enerji təhlükəsizliyinə töhfə verən dövlətdir. “Bakının Cənubi Qafqazda mövqeləri möhkəmlənir və Azərbaycanın regiondakı əsas rolu hamı tərəfindən tanınır”, - deyən H.Kılıç, həmçinin digər türk dövlətlərinin – Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın təşkilatın beynəlxalq nüfuzunun artmasına verdiyi töhfələrin əhəmiyyətini qeyd edib.

O, eyni zamanda, Budapeştdə TDT-nin qeyri-rəsmi Zirvə görüşünün iştirakçıları arasında Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) liderlərinin iştirak etməməsini “ciddi” problem adlandırıb. “Əminəm ki, Aşqabadın TDT-yə daxil olması bütün Türk dünyasının mövqeyini gücləndirəcək. Şərqi Aralıq dənizində strateji mövqeyə malik olan ŞKTC-nin daha fəal inteqrasiyası da vacibdir”, - deyən H. Kılıç Lefkoşanın blokadaya alınmasını və təcridini ədalətsiz adlandırıb.

O, türk dövlətlərinin yaxınlaşmasının son nəticədə ümumi bazarın yaradılmasına və TDT daxilində şəxsiyyət vəsiqəsi əsasında vətəndaşların gediş-gəlişinə maneələrin aradan qaldırılmasına gətirib çıxaracağına ümid etdiyini bildirib.

“Bu gün Türk Dövlətləri Təşkilatı regional və qlobal proseslərə təsir edən siyasi, iqtisadi və hərbi güc amilidir. Əminəm ki, TDT liderlərinin iradəsi sayəsində təşkilat qlobal təsir faktoruna çevriləcək. İlin sonunda təşkilatın Azərbaycanda keçirilməsi nəzərdə tutulan Zirvə görüşü TDT-ni daha da gücləndirəcək, keyfiyyətcə yeni səviyyəyə qaldıracaq”, -deyə Türkiyənin sabiq səfiri əminliyini ifadə edib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 May 2025 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri