Icma.az
close
up
RU
Hulusi Kılıç: Azərbaycan qazının tədarükü Suriya xalqı üçün tarixi bir gündür

Hulusi Kılıç: Azərbaycan qazının tədarükü Suriya xalqı üçün tarixi bir gündür

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Ankara, 2 avqust, AZƏRTAC

Azərbaycan qazının Suriyaya tədarükünün başlanması bütün region üçün əlamətdar hadisədir. Bu, həmçinin Suriya xalqı üçün tarixi bir gündür. Bakı əməldə nümayiş etdirdi ki, “əsl dost dar gündə tanınır”.

Bu fikri AZƏRTAC-a müsahibəsində Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyədəki nümayəndəsi, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) İdarə Heyətinin üzvü Hulusi Kılıç ifadə edib.

Onun sözlərinə görə, Azərbaycanın Yaxın Şərqdəki uğurlu xarici siyasəti də Prezident İlham Əliyevin düşünülmüş qərarlarına əsaslanır. Sabiq səfir Antalyada keçirilən IV Diplomatiya Forumu çərçivəsində Azərbaycan və Suriya liderlərinin aprel görüşünü xatırladıb; məhz bundan sonra Prezident İlham Əliyevin tapşırığına əsasən, Baş nazirin müavini Samir Şərifovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Dəməşqə səfər edib, burada münaqişədən sonra ölkənin bərpası prosesində Suriya hakimiyyətinin problemləri və ehtiyacları ilə tanış olub.

TADİV İdarə Heyətinin üzvü Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaraanın iyul ayında Azərbaycana səfərini Azərbaycan-Suriya münasibətləri üçün xüsusilə əlamətdar hadisə adlandırıb, əlavə edib ki, bunun ardınca enerji sektorunda əməkdaşlığın əsasını təşkil edən Anlaşma Memorandumu imzalanıb.

“Bakıda keçirilən yüksəksəviyyəli danışıqlardan sonra Türkiyənin Kilis vilayətindən Suriyanın Hələb şəhərinə qaz kəməri bərpa olunub”, - deyən ekspert Azərbaycan və Türkiyə ilə yanaşı, Qətərin də Suriyada enerji böhranının həlli istiqamətində səyləri dəstəklədiyini vurğulayıb.

Hulusi Kılıç dağıntıların və işsizliyin hökm sürdüyü müasir Suriyada iqtisadiyyatın acınacaqlı vəziyyətinə diqqət çəkib. “Belə bir vəziyyətdə Azərbaycanın yardımı doğrudan da taleyüklü olur. Azərbaycan qazı sayəsində Suriyada elektrik enerjisi istehsalı ikiqat artacaq ki, bu da ölkənin bərpası üçün güclü təkan olacaq: əhalinin rifahı yaxşılaşacaq, iş yerləri yenidən açılacaq”, -deyə Türkiyənin sabiq səfiri qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanın xarici siyasətinin ötən illərdə öz təzahürünü dəfələrlə tapan humanitar prizmasını, o cümlədən dünyanın ehtiyacı olan regionlarına humanitar yardımların göndərilməsi nümunəsini də unutmaq olmaz. “Azərbaycan böhranlı bölgələrdə problemlərin aradan qaldırılmasına həssaslığın və töhfənin əsl nümunəsidir. Bu, həmçinin qısa zamanda Azərbaycan qazının tədarük olunmağa başladığı Suriyada bir daha özünü büruzə verir. Bunu Suriya xalqı üçün tarixi dəstək aktı kimi qiymətləndirmək lazımdır", - deyə ekspert vurğulayıb. O, Suriya xalqına ən fəal dəstək verən üç ölkənin - Azərbaycan, Türkiyə və Qətərin adlarını çəkib.

Hulusi Kılıç 2000-2005-ci illərdə Türkiyənin Hələbdəki baş konsulu vəzifəsində çalışdığını xatırladıb. “Sabiq baş konsul kimi, Azərbaycanın Suriyaya dəstəyini yüksək qiymətləndirirəm və Bakının addımlarını qürur mənbəyi hesab edirəm. Prezident İlham Əliyevə və bütün Azərbaycan xalqına səmimi təşəkkürümü bildirirəm. Bu, xalqlar arasında qarşılıqlı yardımın nümunəsidir”, -deyə “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin nümayəndəsi sözlərinə yekun vurub.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:45
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Avqust 2025 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see143

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see137

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see127

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri