Icma.az
close
up
RU
“Vaşinqton görüşü sülhə doğru növbəti bir addım ola bilər” Sahib Məmmədov

“Vaşinqton görüşü sülhə doğru növbəti bir addım ola bilər” Sahib Məmmədov

525.az saytına istinadən Icma.az xəbər verir.

“Mən xatırlamıram ki, indiyə kimi hansısa ABŞ Prezidenti başqa bir ölkənin liderinin fikirlərini paylaşsın. Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevin III Şuşa Qlobal Media Forumundakı çıxışını öz sosial şəbəkə hesabında paylaşdı. Bu, artıq Azərbaycana, onun liderinə olan münasibətin göstəricisi idi. Bu baxımdan ümid edirəm ki, ABŞ-da çox səmərəli bir görüş olacaq”.

Bu barədə 525.az-a Vətəndaşların Əmək Hüquqları Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov deyib.

Azərbaycan-Ermənistan sülh sazişi ilə bağlı ABŞ-nin hansı dəstəyi verə biləcəyinə gəlincə, S.Məmmədov bildirib ki, Azərbaycan dövlətinin siyasəti budur ki, Ermənistanla sülh müqaviləsi üzrə danışıqlar ikitərəfli qaydada aparılsın və məsələ beynəlxalq hüququn prinsiplərinə uyğun həllini tapsın:

“Yəni elə həll olunsun ki, heç bir tərəf bundan ziyan çəkməsin. Azərbaycanın Ermənistana qarşı tələbləri də tamamilə legitim və beynəlxalq hüququn  prinsiplərinə uyğundur. Bu, qarşılıqlı şəkildə ərazi bütövlüyünü tanımaq, bir-birinə hücum etməmək kimi şərtləri özündə ehtiva edir. Eyni zamanda, bizim daha iki şərtimiz var ki, bunlardan biri Ermənistanın Azərbaycana qarşı ərazi iddiasına dair konstitusion müddəanın çıxarılması, ikincisi isə ATƏT-in Minsk qrupunun ləğv edilməsidir. Həmçinin müşahidə missiyaları sərhəd ərazisini tərk etməlidir və s. Biz bu prinsiplər üzərində Ermənistanla istənilən müstəvidə danışıqlar aparmaqdan heç vaxt imtina etməmişik. Müxtəlif formatlarda da vasitəçilərlə, vasitəçisiz dəfələrlə görüşlər olub. Son dövrlər isə danışıqlar ikitərəfli format şəklini alıb, hesab edirəm ki, bu, yaxşıdır.

İndi bir sıra dövlətlər, iri güclər təşəbbüs göstərirlər, təşəbbüsü öz əllərinə almaq istəyirlər, Cənub Qafqazda maraqlarını ortaya qoyurlar. Əgər bütün bunlar sülh prosesinə mane olmursa, hansısa töhfə verirsə, fikrimcə, biz bundan da imtina etməli deyilik. Bu baxımdan ABŞ Prezidenti Donald Trampın təşəbbüsü normal bir məsələdir. O, həm Azərbaycan Prezidenti, həm də Ermənistanın Baş naziri ilə ayrıca görüşəcək və bildiyim qədər, ikitərəfli dövlətlərarası məsələlər müzakirə olunacaq. Çox yaxşı haldır ki, ABŞ-la nəhayət münasibətlərimizi yeni müstəviyə keçiririk. Ümid edirəm ki, Vaşinqtonda çox səmərəli bir görüş olacaq”.

ABŞ Prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin gözlənilən görüşünə və hansı nəticənin ola bilməsinə gəlincə, ekspert deyib ki, sözün düzü, hansısa sənədin imzalanacağını, yaxud bu istiqamətdə növbəti müsbət bir addım atılacağını proqnozlaşdırmaq çətindir, istənilən halda bu görüşün müsbət nəticəsi olacağına ümid bağlamalıyıq.

Zəngəzur dəhlizinin müzakirəsinə, hansısa qərarın verilə biləcəyi mümkünlüyünə də toxunan S.Məmmədov söyləyib ki, dəhlizlə bağlı dəmir yolunun və avtomobil yolunun tikintisi nəzərdə tutulur, təxminın 42 km-lik bir sahədir. Azərbaycanın burada tələbi beynəlxalq hüquq normalarına əsaslanır: “Yəni Azərbaycandan Azərbaycana maneəsiz gediş-gəliş təmin olunmalı, gömrük, sərhəd yoxlanılması aparılmamalıdır. Bizim istəyimiz budur. Bu, beynəlxalq praktikada çox geniş yayılıb. Dövlət öz anklav ərazisinə, ada ərazisinə, yaxud harasa keçid etmək üçün başqa bir dövlətin quru ərazilərindən və ya ərazi sularından istifadə edir. Bu zaman onu sərhəd, gömrük yoxlamasına məruz qoymurlar. Bizim tamamilə legitim bir tələbimiz var və bunu Ermənistandakı bəzi qüvvələr şişirdiblər, eksterritorial yurisdiksiya yaratması barədə mif uydurublar, bu, tamamilə səhvdir. Bu, sadəcə bir yoldur, bizim yüklər, nəqliyyat vasitələri sərnişinlərimiz yoxlanılmadan təhlükəsiz şəraitdə Naxçıvana gedib oradan da geri qayıdırlar, vəssalam. Həm Ermənistan özü, həm maraqlı olmayan qüvvələr bunun ətrafında bir ajiotaj yaradıblar. Amma bu məsələ həllini tapmalıdır. Yolun açılmasını istəməyən qüvvələr ümumiyyətlə çoxdur. Ona görə ki, ortada çoxlu alternativlər var, amma bu, əlverişli bir dəhliz ola bilər. Bundan Ermənistan da bəhrələnə bilər. Çünki məsələn, Azərbaycana aid olmayan yükləri Ermənistan həm sərhəd, həm gömrük  yoxlamasına məruz qoyacaq, həm də rüsumlar əldə edəcək. Yolun istismarına görə pul qazanacaq. Nəhayət, gələcəkdə dəmir yolunu bərpa edə bilsə, özü ondan, həmçinin avtomobil yolundan  istifadə edəcək, Avropaya əlavə çıxış əldə edəcək. Bu məsələ həllini tapmalıdır. İndi Ermənistan hakimiyyətinin bu istiqamətdə meyilli olduğu görünür, amma Ermənistanın daxilində və xaricdə olan bəzi qüvvələr buna çox mane olurlar. Azərbaycan tərəfindən heç bir problem yoxdur. Ümid edirəm ki, Vaşinqtonda bu məsələyə də toxunalacaq. Yolların bərpa olunması, mühafizəsi digər məsələlər diqqətdə ola bilər, amma bir görüşlə bütün məsələlərin həlli də mümkün deyil. Hər halda biz buna müsbət yanaşır, sülhə doğru növbəti bir addım, kommunikasiyaların açılmasında mühüm bir addım kimi ümid bəsləməliyik”.

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://525.az
archiveBu xəbər 07 Avqust 2025 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see307

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see225

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see216

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see201

Ən bahalı gənc futbolçular SİYAHI

06 Noyabr 2025 07:41see171

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see142

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see138

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see138

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see134

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see132

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see131

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see129

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see129

ÇL: Qarabağ Çelsi oyunu bərabərə bitib

06 Noyabr 2025 07:44see127

Rüşvətdə ittiham olunan Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinin məhkəməsi başladı

06 Noyabr 2025 14:47see126

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see123

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see123

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see123

DİQQƏT! Şəmkirdə qaz olmayacaq

06 Noyabr 2025 16:42see121

Tramp Əl Şaraa ilə görüşdə Suriyanın Rusiyadan asılı vəziyyətə düşməməsinə çalışacaq ŞƏRH

06 Noyabr 2025 21:05see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri