Icma.az
close
up
RU
Vaşinqton hədəf göstərdi, Ankara hərəkətə keçdi Region yenidən qaynayır

Vaşinqton hədəf göstərdi, Ankara hərəkətə keçdi Region yenidən qaynayır

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyənin aşağıbüdcəli aviaşirkəti “Pegasus Airlines” 24 iyuldan etibarən İrana bütün reysləri tamamilə dayandırdığını açıqlayıb. Şirkətin yaydığı rəsmi bəyanatda bununla bağlı dəqiq səbəb göstərilməyib. Lakin ilkin ehtimallara görə, qərar təhlükəsizlik riskləri və regiondakı gərgin vəziyyətlə əlaqədardır. Son vaxtlar İsrail-İran müharibəsinin yenidən başlayacağı haqda proqnozlar verilir.

İrana uçuşlar niyə dayandırılıb? Bu, Ankara-Tehran münasibətlərinə necə təsir göstərə bilər? Son qərar İsrailin yeni hücumundan xəbər verirmi?

Globalinfo.az-a danışan politoloq Zaur İbrahimli deyib ki, İrana uçuşların dayandırılması, böyük ehtimalla, təhlükəsizlik məsələləri ilə bağlıdır:

“Bu addım Türkiyə-İran münasibətlərinə əhəmiyyətli təsir göstərməyəcək, çünki Tehran başa düşür ki, aviaşirkətlər öncəliklə təhlükəsizlik məsələlərinə diqqət yetirirlər. Burada əsas məsələ insanların həyatıdır və hazırda İran hava məkanına tam nəzarət mümkün deyil. Təcrübə göstərir ki, İsrail istənilən vaxt və şəraitdə aviasiya zərbələri endirə bilir. Son dövrlərdə Tehrana qarşı ritorikanın sərtləşməsi, xüsusilə də ABŞ Prezidenti Donald Trampın İranın yenidən hədəf alınacağı ilə bağlı verdiyi açıqlamaları aviaşirkətləri əlavə təhlükəsizlik tədbirləri görməyə məcbur edib. Bu cür bəyanatlar, adətən informasiya hazırlığının bir hissəsi kimi qiymətləndirilir. İndiyə qədərki hücumlardan əvvəl də belə açıqlamalar verilib və sanki dünya ictimai rəyi buna hazırlanıb. Daha sonra isə İsrail ardıcıl hava zərbələri endirdi. Buna görə də, həm qonşu ölkələr, həm də aviaşirkətlər bu ehtimalı daim gündəmdə saxlayır”.

Həmçinin oxuyun:

Türk bazaları yenidən gündəmdə: Bakı Rusiya təhdidinə qarşı bu “silahı” işə sala bilər

Zaur İbrahimli

Politoloq qeyd edib ki, hazırda İran Avropa ölkələri ilə danışıqlar aparır:

“Eyni zamanda, Tehran Pekin və Moskva ilə danışıqlarını davam etdirir və yaxın günlərdə Beynəlxalq Atom Enerjisi Agentliyinin nümayəndələrinin İrana texniki səfəri gözlənilir. Həmçinin sözügedən ölkənin Xarici İşlər Nazirliyi bu günlərdə bəyanat verərək, uranın zənginləşdirilməsi prosesinə hələ başlamadıqlarını açıqlayıb. Bunlar göstərir ki, İran birbaşa ABŞ ilə danışıqlardan imtina etsə də, pərdəarxasında mümkün bir sövdələşmə üçün işlər gedir. Tehranın hazırda əsas məqsəd i nüvə infrastrukturunu qorumaq və dinc nüvə proqramını davam etdirmək üçün beynəlxalq razılığa gəlməkdir. Bu, 2015-2016-cı illərdə əldə olunan anlaşmaya bənzər ola bilər. Lakin həm İsrail, həm də ABŞ, İranın tamamilə nüvə texnologiyalarından imtina etməsini tələb edir. Hələlik, onlar bu şərti qəbul etmir və Vaşinqtondan gələn açıqlamalar Tehranı bu mövqeyə sövq etməyi hədəfləyir. Ehtimal olunur ki, İran Avropa ilə danışıqlarında öz mövqeyində israr edəcək. Bu isə Təl-Əvivin zərbələrini yenidən gündəmə gətirib”.

Ekspert bildirib ki, artıq İranın mövqeyi Qərb ölkələri, həmçinin İsrail üçün aydınlaşıb:

“Təl-Əviv buna qarşıdır və Tehranın tamamilə nüvəsizləşdirilməsi məsələsini yenidən ön plana çəkmək üçün hücumlara başlaya bilər. Baş Nazir Benyamin Netanyahu iqtidarı belə qərarlar qəbul edərkən ABŞ-la müzakirələr aparır, amma bir çox hallarda onlar müstəqil şəkildə hücuma qərar verərək, sonda Vaşinqtonu məlumatlandırır.  ABŞ isə fakt qarşısında qalaraq, adətən hücumları dəstəkləyir. Bununla yanaşı, Netanyahu hökuməti Donald Tramp administrasiyası ilə xüsusi münasibətlərindən istifadə edərək, bu məsələdə müəyyən bir müstəqillik əldə edib. Bu, İsrailin İranı vurmayacağına dair heç bir zəmanət vermir. Çünki İsrailin tələbi açıqdır: İranın tamamilə nüvəsizləşdirilməsi. Tehran bu mövqedən geri çəkilmədiyi müddətcə, Təl-Əvivin hava zərbələri hər zaman aktual qalacaq”.

Ləman İmran
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 25 İyul 2025 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see278

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see258

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see232

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see207

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see199

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see177

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see174

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see169

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see162

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see156

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see148

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see148

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see145

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see144

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see143

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see142

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see141

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri