Icma.az
close
up
RU
Vaşinqton razılaşmasını pozmaq İrəvanı fəlakətə aparar

Vaşinqton razılaşmasını pozmaq İrəvanı fəlakətə aparar

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ermənistanda hazırkı hakimiyyətə və şəxsən baş nazir Nikol Paşinyana qarşı güclü müxalifət mövcuddur desək, yəqin ki, səhv etmərik. Onlar bütün güclərini səfərbər edib indidən 2026-cı il iyunun 7-də keçiriləcək parlament seçkilərinə hazırlaşırlar. Hətta seçki prosesini gözləməyə “səbri çatmayıb” Paşinyanı impiçment yolu ilə iqtidardan uzaqlaşdırmaq planı gündəmdən düşmür. Bu istiqamətdə il ərzində təşəbbüs də irəli sürülmüşdü. Ancaq təşəbbüs müəllifləri parlamentdə yetərincə tərəfdar toplaya bilmədikləri üçün uğursuz oldular.

Hazırda ölkənin birinci prezidenti Levon Ter-Petrosyan və onun Erməni Milli Konqresi, ikinci prezident Robert Koçaryan və parlamentdə 29 mandata malik “Hayastan” fraksiyası, üçüncü prezident Serj Sarkisyan və ona bağlı Respublika Partiyası, Artur Vanetsyanın “Şərəfim var” fraksiyası, “Daşnaksütyun” partiyası, Erməni Apostol Kilsəsi, sabiq xarici işlər naziri Vardan Oskanyan, sabiq ombudsman Arman Tatoyan, həbsdə olan erməni əsilli rusiyalı milyarder Samvel Karapetyan, arxiyepiskoplar Baqrat Qalstanyan, Mikael Acapaxyan, Qarabağdakı keçmiş separatçı rejimin tör-töküntüləri, diaspordakı bir çox ermənilər Paşinyanı devirmək üçün necə deyərlər, dəridən-qabıqdan çıxırlar. Diaspor erməniləri, xüsusilə Rusiya, Fransa və ABŞ kimi erməni diasporunun tarixən güclü olduğu ölkələrdəki hay icması (Rusiya Erməniləri İttifaqı, Fransa Erməni Təşkilatları Koordinasiya Şurası və Amerika Erməni Milli Komitəsi) da Paşinyanın əleyhinədir. Belə geniş spektrə malik anti-Paşinyan elementlərinin gələnilki seçkilərdə əlaqələndirilmiş şəkildə fəaliyyət göstərərək indiki iqtidarı devirməyə çalışacaqlarını proqnozlaşdırmaq çətin deyil.

Əlbəttə, işğalçı keçmişə malik Ermənistanın daxili siyasi həyatı bizim üçün ona görə maraqlıdır ki, hələ də bu ölkə ilə sülh sazişi imzalanmayıb. Hələ də bu ölkədə Azərbaycana qarşı ərazi iddiaları qanunvericilik müstəvisindən yığışdırılmayıb. Doğrudur, avqustun 8-də Vaşinqtonda sülh sazişinin paraflanması həyata keçirilib, amma Ermənistanın necə deyərlər, yerinə yetirməli olduğu bir sıra ev tapşırıqları var. Bunlardan ən mühümü konstitusiyaya dəyişiklik edilməsi məsələsidir. Paşinyana qarşı olan qüvvələr konstitusiyaya dəyişiklik edilməsi məsələsini Azərbaycanın “növbəti tələbinin yerinə yetirilməsi” kimi qiymətləndirirlər. Onlar regionda kommunikasiyaların açılmasına qarşıdırlar, delimitasiya və demarkasiya prosesində tarixi ədalətin bərpasını yolverilməz sayırlar. Revanşistlər hesab edirlər ki, Qarabağ məsələsi bağlanmayıb, Qarabağdan könüllü köçüb gedənlərin qayıdış hüququ danışıqların predmeti olmalıdır və sair və ilaxır. Bu düşüncədə olan qüvvələrin hakimiyyətə gələcəkləri təqdirdə, Vaşinqton razılaşmalarına yenidən baxmağa çalışacaqlarını qətiyyən istisna etmək olmaz.

Bu məsələ Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalının müxbirinin Prezident İlham Əliyevə ünvanladığı suallardan biri oldu. Jurnalist soruşdu ki, əgər Ermənistanda hər hansı daxili siyasi dəyişiklik baş verərsə, bu, həmin prosesə xələl gətirəcəkmi? Dövlətimizin başçısı bildirdi ki, bunu söyləmək çətindir, yalnız ehtimal etmək mümkündür: “Ümid edirəm ki, prosesə heç bir müdaxilə olmayacaq. Lakin yenə də məndə yüz faiz zəmanət yoxdur, çünki Ermənistanın daxili siyasəti barədə tam məlumatlı deyiləm. Bilirik ki, gələn yay Ermənistanda parlament seçkiləri keçiriləcək. Həmçinin bilirik ki, onlar yeni konstitusiya layihəsi üzərində işləyirlər. Lakin güclü xarici müdaxilə olarsa, bəli, bu, razılaşmaları poza bilər. Amma bu, Ermənistanın özü üçün çox zərərli olar, çünki Vaşinqtonda sənədlərin kim tərəfindən imzalanmasından asılı olmayaraq, onlar Ermənistanın adından Ermənistan lideri tərəfindən imzalanıb. Əgər orada hər hansı dəyişiklik baş verərsə və imzalanmış sənəddən geri addım atılarsa, bu, Ermənistan ilə ABŞ arasındakı münasibətləri ciddi şəkildə pisləşdirər. Bu, yalnız ABŞ-a aid deyil, beynəlxalq ictimaiyyət, Avropa İttifaqı, Türkiyə və ərəb ölkələrindəki dostlarımız da bu prosesi dəstəklədilər. Beləliklə, bütün beynəlxalq ictimaiyyət bu hadisəni müsbət qarşıladı və razılaşmanı pozmaq bütün dünyaya qarşı çıxmaq deməkdir. Onlar bundan nə qazanacaqlar? Vaşinqtonda imzalanan sənəd Ermənistan üçün sülhə və sabit inkişafa zəmanətdir”.

Bəli, Ermənistanda daxili siyasi mübarizənin gərginləşdiyi bir vaxtda qarşıdan gələn parlament seçkilərinin yalnız yerli siyasi gündəmin predmeti olmayacağı, həm də beynəlxalq miqyasda diqqətlə izlənəcəyi artıq şübhə doğurmur. Hakimiyyətə qarşı birləşmiş geniş spektrli qüvvələrin 2026-cı il seçkilərinə hazırlığı göstərir ki, Paşinyanın siyasi rəqibləri sadəcə, hakimiyyət dəyişikliyinə nail olmaqla kifayətlənmək niyyətində deyillər. Onlar paralel olaraq Ermənistanın regional siyasət kursunu dəyişmək, xüsusilə də paraflanmış sülh sazişini sual altına almaq niyyətini gizlətmirlər. Məhz bu məqam Ermənistanın gələcəyi üçün həlledici ola bilər və sülh prosesinə xarici müdaxilə ehtimalı realdır. Çünki Ermənistan cəmiyyətində revanşa köklənmiş dairələr Rusiya, Fransa və ABŞ-dakı müəyyən erməni diaspor mərkəzləri ilə sıx əlaqədədirlər. Onların məqsədi yeni konstitusiya dəyişikliklərinin qarşısını almaq, sərhədlərin delimitasiya və demarkasiyasını ləngitmək, kommunikasiyaların açılmasına mane olmaqdır. Bu isə Ermənistanın həm qonşularla münasibətlərini, həm də beynəlxalq aləmdə mövqelərini zəiflədəcək. Əgər Paşinyana qarşı müxalifət hakimiyyətə gələrək Vaşinqton razılaşmalarını rədd etməyə çalışsa, bunun nəticələri elə Ermənistanın özü üçün fəlakətli ola bilər.

Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində vurğuladığı kimi, razılaşmanı poza biləcək hər hansı addım Ermənistan–ABŞ münasibətlərini kəskin pisləşdirəcək. Bu, yalnız Vaşinqtonla ikitərəfli əlaqələrə zərbə vurmaqla bitməyəcək, həm də Ermənistanın beynəlxalq imicinə ağır zərbə olacaq. Çünki sülh sazişi təkcə ABŞ-ın deyil, Avropa İttifaqının, Türkiyənin və ərəb ölkələrinin dəstəyi ilə reallaşıb. Belə bir sənəddən geri çəkilmək Ermənistanı dünya birliyi qarşısında qeyri-ciddi və etibarsız tərəfdaş kimi göstərəcək. Bunun nəticəsi isə iqtisadi təcrid, maliyyə dəstəyinin azalması, investisiya mühitinin iflası və yeni diplomatik böhranlar ola bilər.

Əslində, Vaşinqton razılaşması Ermənistan üçün nadir bir şansdır. Bu sənədin icrası İrəvana uzunmüddətli sabitlik, qonşularla dinc yanaşı yaşamaq və iqtisadi inkişaf imkanı vəd edir. Əgər revanşist dairələr qısamüddətli siyasi maraqlar naminə bu imkandan imtina edərlərsə, Ermənistanın gələcək onilliklərdə regional təcrid vəziyyətindən çıxması mümkünsüz olacaq. Ölkə həm Qərbin, həm də regiondakı mühüm tərəfdaşların dəstəyini itirərək geosiyasi vakuumda qalacaq.

Beləliklə, Ermənistanın iki yolu var: ya sülh razılaşmasına sadiq qalaraq beynəlxalq dəstək qazanmaq, ya da seçkilərdən sonra siyasi intriqaların təsiri ilə bütün dünyaya qarşı çıxmaq. İkinci yolun Ermənistanı hansı fəlakətlərə aparacağını isə tarix artıq dəfələrlə göstərib.

Səxavət HƏMİD
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Avqust 2025 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see197

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see164

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see145

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see137

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see135

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see134

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see134

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see133

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri