Icma.az
close
up
RU
Menu

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

Vaşinqton Bakı tərəfdaşlığı İrəvanı sülhə məcbur edəcək

Vaşinqton Bakı tərəfdaşlığı İrəvanı sülhə məcbur edəcək

Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Parçalanan dünya kontekstində və yeni dünya düzəninin formalaşması prosesinin davam etdiyi hazırkı kritik və dəyişkən bir dövrdə Azərbaycan sabit olaraq regionun lider dövləti kimi qəbul edilir. Cənubi Qafqazda yeni geosiyasi reallıqlar formalaşdıran Azərbaycanın strateji mövqeyi və geoiqtisadi əhəmiyyəti getdikcə daha da artır. Bunu Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubun məzmunundan da görmək mümkündür. Sözügedən məktubunda Birləşmiş Ştatların Azərbaycanın suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün sarsılmaz dəstəkçisi olaraq qaldığını qeyd edən Ağ Evin rəhbəri, ölkəmizin ABŞ-ın strateji tərəfdaşı olan İsrailə dəstəyini və onunla dostluğunu dəyərləndirdiyini xüsusi vurğulamaqla yanaşı, həmçinin Azərbaycanın Ermənistanla normallaşma istiqamətində regiona sülh gətirmək üçün atdığı addımları da alqışladığını bildirib.
Ölkələrimizin uğurlara doğru sürətlə irəliləməsi fonunda Azərbaycan Prezidenti ilə birgə işləməyi, əməkdaşlıq etməyi səbirsizliklə gözlədiyini diqqətə çatdıran ABŞ lideri, iki ölkənin birgə işləmək sahəsində zəngin tarixə malik olduğunu da vurğulayıb və qarşıdan gələn illərdə əməkdaşlıq sahəsində möhtəşəm məqamların əldə edilə biləcəyinə inamını ifadə edib. Bu isə o deməkdir ki, ABŞ Azərbaycana qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərini daha da dərinləşdirməyi təklif edir. Beləliklə, Trampın ikinci prezidentlik dönəmində ABŞ-Azərbaycan münasibətlərində yeni səhifə açılır. Ermənipərəst Bayden-Blinken administrasiyası dövründə ABŞ-Azərbaycan münasibətlərinin ciddi şəkildə zədələnməsi və ikitərəfli əlaqələrin böhrana uğraması fonunda hazırkı Ağ Ev rəhbərinin Azərbaycana isti münasibət sərgiləməsi sözsüz ki, təqdirə layiq haldır.
Yeri gəlmişkən, Bayden-Blinken administrasiyası dövründə ABŞ-Azərbaycan münasibətlərinin böhrana uğramasını bugünlərdə ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda çıxışı zamanı Prezident İlham Əliyev də xüsusi olaraq vurğuladı. Dövlətimizin başçısı açıq mətnlə qeyd etdi ki, Bayden administrasiyası mövqeyini birmənalı olaraq Ermənistanla bağladı. Lakin Trampın seçkilərdə qələbə qazanması isə Ermənistanda ciddi məyusluğa səbəb oldu. Çünki liberal-qlobalist gücləri təmsil edən Bayden-Harris cütlüyünün seçkilərdə məğlubiyyətə uğraması ilə Ermənistan ən böyük havadarlarının dəstəyindən məhrum oldu. Bayden administrasiyasından fərqli olaraq Tramp Cənubi Qafqazda daimi gərginliyin qalmasında və yeni eskalasiyanın baş verməsində maraqlı deyil. Məhz buna görə də Donald Tramp İlham Əliyevə məktubunda Azərbaycanla Ermənistanın regiona sülh gətirmək üçün atdığı addımları alqışladığını bildirib. Ağ Evin əvvəlki rəhbərliyindən fərqli olaraq Tramp administrasiyası Azərbaycanın Cənubi Qafqazda həlledici mövqeyə sahib olduğunu qəbul edir. Regionun lider ölkəsi ilə tərəfdaşlıq ABŞ üçün daha faydalıdır. Bu faktı Azərbaycan Prezidenti də ADA Universitetindəki forumda çıxışında qeyd etdi.
Tramp administrasiyasının xarici siyasətinin daha çox Amerikanın milli maraqlarına əsaslanacağını bildirən Azərbaycan Prezidenti, hazırda ABŞ-la çox güclü münasibətlərin bölgəmiz üçün də vacib olduğunu vurğuladı. Azərbaycanın Cənubi Qafqazın aparıcı ölkəsi, Qlobal Cənubun bir hissəsi olduğunu xatırladan dövlətimizin başçısı onu da qeyd etdi ki, bizim Qoşulmama Hərəkatında güclü mövqeyimiz, eləcə də Mərkəzi Asiya ilə yaxşı əlaqələrimiz var. İqtisadi baxımdan güclü, enerji resurslarına, ordusunun döyüş meydanında sübuta yetirilmiş gücə malik olan ölkə olduğumuzu vurğulayan Prezident bildirdi ki, bütün bu amillərə görə biz Birləşmiş Ştatlar üçün həqiqətən də çox mühüm tərəfdaş ola bilərik.
ABŞ dünyanın ən güclü dövləti, bir nömrəli super gücü olaraq qalmaqda davam edir. Biz hər zaman Birləşmiş Ştatlarla yaxşı münasibətlərin tərəfdarı olmuşuq. Trampın birinci prezidentlik dönəmi ABŞ-Azərbaycan münasibətlərində ən yaxşı mərhələlərdən biri olub. Trampın yenidən hakimiyyətə qayıtması yeni dünya düzəninin müharibələrə yox, sülhə fokuslanmasında həlledici rol oynayacaq. Bayden-Blinken komandasının Azərbaycan-ABŞ münasibətlərini böhrana sürüklədiyi və Azərbaycanla Ermənistan arasında sülhün yaranmasına zərbə vurduğu dövr artıq geridə qalıb. Demokrat-qlobalist havadarlarının dəstəyindən məhrum olan Ermənistan da indi konstruktiv mövqe sərgiləməyə və sülhə yönəlik addımlar atmağa məcburdur. Tramp administrasiyası revanşist Ermənistanın nazıyla oynamayacaq. Vaşinqton-Bakı tərəfdaşlığı İrəvanı sülhə məcbur edəcək.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:230
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 11 Aprel 2025 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see353

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see336

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see317

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see299

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see264

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see256

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see248

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see233

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see221

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see210

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see204

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see204

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see203

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see201

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see195

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see195

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see179

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see178

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see168

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri