Mirzoyan: Vaşinqton sammiti Cənubi Qafqaz üçün real “fürsət pəncərəsi“ açıb
Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
2025-ci ilin avqustunda Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderlərinin sammiti Bakı və İrəvan arasında nəqliyyat kommunikasiyalarının açılması üçün "fürsət pəncərəsi" açıb.
Moderator.az-ın məlumatına görə, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Vyanada ATƏT Xarici İşlər Nazirləri Şurasının 32-ci iclasında çıxışı zamanı bildirib.
"Genişləndirilmiş əlaqə, o cümlədən "Tramp Marşrutu"nun (TRIP) həyata keçirilməsi, Cənubi Qafqazı Avropanı Mərkəzi Asiya ilə birləşdirən səmərəli və təhlükəsiz tranzit və logistika mərkəzinə çevirməyi hədəfləyir ki, bu da təkcə iqtisadi rifahı deyil, həm də regional təhlükəsizlik arxitekturasının gücləndirilməsinə töhfə verəcək. Bu kontekstdə biz Azərbaycanın Ermənistana yük tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı son bəyanatını alqışlayırıq", - deyə Mirzoyan bildirib.
XİN rəhbəri həmçinin qeyd edib ki, ilk taxıl tədarükü artıq Azərbaycan-Gürcüstan-Ermənistan dəmir yolu marşrutu ilə Azərbaycan ərazisindən Ermənistana çatıb.
"Öz növbəsində, Ermənistan Türkiyədən Azərbaycana və oradan Türkiyəyə yük tranzitini təmin etməyə hazır olduğunu bəyan edib", - deyə Mirzoyan qeyd edib və əlavə edib ki, regionun transformasiyasını tamamlayacaq növbəti əsas addım Ermənistanla Türkiyə arasında sərhədin açılması olacaq.
Ermənistan XİN başçısı əlavə edib ki, Minsk prosesinin bağlanması (1 dekabr 2025-ci ildən - red.) iki cənubi qafqaz ölkəsi arasındakı münaqişənin sonunu göstərəcəkdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 04 Dekabr 2025 17:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















