Icma.az
close
up
RU
Vaşinqton vasitəçilikdən geri çəkilərsə...

Vaşinqton vasitəçilikdən geri çəkilərsə...

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

ABŞ Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesində vasitəçilik missiyasından geri çəkilə bilər. Belə ki, ABŞ Dövlət Departamentinin mətbuat katibi Temmi Bryus yerli mediayaya açıqlamasında bildirib ki, Vaşinqton Ukraynadakı münaqişənin sülh yolu ilə nizamlanmasında irəliləyiş əldə olunmayacağı təqdirdə, vasitəçilik rolundan imtina edəcək. Mətbuat katibi  qeyd edib ki, Ağ Ev Moskva və Kiyevin atəşkəs məsələsində razılığa gəlməsini gözləyir: “Hazırda biz elə bir mərhələdəyik ki, hər iki tərəf münaqişəyə necə son qoymaq barədə konkret təkliflər təqdim etməlidir. Bundan sonra necə davam edəcəyimiz ABŞ Prezidenti Donald Trampın qərarına bağlıdır. Əgər irəliləyiş olmazsa, biz bu prosesdə vasitəçi rolundan çəkiləcəyik”, - deyə T.Bryus bildirib. Xatırladaq ki, bir müddət bundan əvvəl Tramp Ağ Evdə jurnalistlərlə söhbətində bəyan etmişdi ki, münaqişə tərəflərindən biri danışıqları sabotaj edərsə, ABŞ danışıqlardan çıxacaq və tərəfləri öz taleylərinə buraxacaq. Dövlət katibi Marko Rubio da Trampın fikirlərini təsdiqləyib - o, deyib ki, yaxın günlərdə Rusiya və Ukraynanın ümumi razılığa gəlməcəyi təqdirdə, ABŞ danışıqlar prosesində vasitəçilik missiyasını dayandıracaq.

Atəşkəs reallıqdan uzaqdır

Məsələ ilə bağlı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin siyasi eksperti Sultan Zahidov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, münaqişə tərəflərinin fərqli mövqedə olması atəşkəsin əldə olunmasına əngəl olur: “Qeyd edim ki, Trampın səbri tükənir - o, prezidentlik postuna qayıtdıqdan sonra ilk günlərdə çıxışlarında Rusiya-Ukrayna müharibəsini 100 gün ərzində bitirəcəyini bəyan edirdi. Bu müddət artıq bitir və görürük ki, Rusiya ilə Ukrayna arasında müharibə davam edir. Düzdür, keçən ayın sonlarında Vaşinqtonun səyləri nəticəsində Rusiya və Ukrayna 30 gün ərzində bir-birinin enerji infrastrukturlarına hücum etməmək barədə öhdəlik götürdülər. Amma heç bir tərəf öz öhdəliyini yerinə yetirmədi. Hazırda, eləcə də yaxın zamanda nə Rusiyanın, nə də Ukraynanın atəşkəs məsələsində ciddi bir razılığa gəlməsi inandırıcı görünmür”,- deyə S.Zahidov əlavə edib ki, hazırkı durumda Rusiyanın özü atəşkəsdə maraqlı deyil: “İstərsə Kursk, istərsə də Donbas istiqamətindəki cəbhədə rus ordusu xeyli nailiyyətlər əldə edib və Moskva öz nailiyyətlərindən faydalanıb hücumları daha da genişləndirmək niyyətindədir. Həmçinin Rusiya rəhbərliyi danışıqlar masasında çox ağır şərtlər irəli sürüb. Kreml Ukraynanın Krım daxil olmaqla cənub-şərq ərazilərinin Rusiyanın qanuni əraziləri kimi tanınmasını, Ukraynanın NATO-ya üzv olmamasını və Ukraynanın demilitarizasiya olunmasını tələb edir. Yalnız bu şərtlər yerinə yetirildikdən sonra Rusiya atəşkəsə razı ola bilər. Ukrayna isə Moskvaya ərazi məsələsində güzəştə getmək, xüsusilə də Krımı Rusiyanın qanuni ərazisi kimi tanımaq niyyətində deyil”. Ekspert Avropa İttifaqının da müharibənin uzanmasında maraqlı olduğunu bildirib. “Bu yaxınlarda Avropa ölkələri tərəfindən Ukraynanın müdafiəsi ilə bağlı koalisiya yaradılıb. Bu koalisiyaya Britaniya, Fransa və Almaniya rəhbərlik edəcək və əsas məqsəd Ukraynanın Rusiya ilə müharibədə məğlub olmasına imkan verməməkdir. Avropa ölkələrinin rəhbərləri Kiyevin Rusiyaya ərazi güzəştlərinə getməsini istəmirlər”.

Trampın 3 marağı

S.Zahidov vurğulayıb ki, ABŞ qısa zamanda iki münaqişə tərəfi arasında daimi atəşkəs sazişinin imzalanmasına çalışır. Onun sözlərinə görə, danışıqlar prosesinin uzunması Tramp administrasiyasının maraqlarına uyğun deyil. “Xüsusilə qeyd edim ki, Tramp administrasiyasının Rusiya və Ukraynanı atəşkəsə təkid etməsi 3 əsas məqsədə söykənib: Birincisi, Rusiya ilə Ukrayna arasında müharibəyə son qoymaqla ABŞ-ın beynəlxalq səviyyədə nüfuzunu daha da möhkəmləndirmək, ikincisi, atəşkəs elan olunduqdan sonra Ukrayna ilə mineral ehtiyatlarla bağlı saziş imzalamaq və Rusiya ilə diplomatik-siyasi və iqtisadi-ticari münasibətləri bərpa etmək, üçüncüsü, ABŞ-ın Yaxın Şərq və Asiya-Sakit okean regionunda geostrateji və geosiyasi hədəflərinin həyata keçməsi istiqamətində addımlar atmaq - bütün bunlar hazırkı administrasiyanın xarici siyasət proqramında mühüm prioritetlər hesab olunur”.

Ukraynada daha çox dağıntıların şahidi ola bilərik...

“Bu münaqişənin nizamlanması üzrə danışıqlar prosesində vasitəçilik edə biləcək yeganə siyasi oyunçu ABŞ-dır. Aİ-nin bu prosesdə vasitəçiliyi qeyri-mümkündür, çünki Moskva Brüsseli prosesə yaxın buraxmaq istəmir. Türkiyənin vasitəçiliyi mümkün görünə bilər, amma bunu da nəzərə almaq lazımdır ki, Ankaranın hazırda əsas diqqəti Yaxın Şərqə yönəlib. Çinin vasitəçiliyinə gəlincə, Ukrayna bunda maraqlı deyil. Əgər Vaşinqton vasitəçilik missiyasından geri çəkilərsə, bu, atəşkəslə bağlı ümidlərin fiaskoya uğramasına və müharibənin davam etməsinə gətirib çıxaracaq. Hətta Rusiya münasib şəraitdən istifadə edib Ukrayna daxilində hücum əməliyyatlarını genişləndirəcək. Ukraynada daha çox dağıntıların şahidi ola bilərik,”- deyə S.Zahidov bildirib.

Yunis ABDULLAYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:178
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 01 May 2025 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Elm və din üz üzə qoyulmamalıdır” TURAL İRFAN

08 Sentyabr 2026 14:20see461

Bakıda bu evlər söküldü

07 Sentyabr 2026 15:21see277

Şəkili tibb işçisi: Əməkhaqqı artımı dövlətin səhiyyə işçilərinə göstərdiyi diqqətin bariz nümunəsidir VİDEO

07 Sentyabr 2026 15:16see276

Səudiyyə Ərəbistanında Qlobal Səhiyyə Sərgisi keçiriləcək

07 Sentyabr 2026 15:42see265

Agentlik rəhbəri: Enerji sistemində tələbatın artımı ciddi məsələdir

07 Sentyabr 2026 17:10see264

Payızda nələrə baxmaq lazımdır: Yağışlı bir axşam üçün ən yaxşı 3 film

07 Sentyabr 2026 15:46see257

Əhali azalır, robotlar artır: Natiq Cəfərli gələcəklə bağlı PROQNOZ VERDİ

07 Sentyabr 2026 19:14see247

AMB: Azərbaycanda daxili karbon bazarının yaradılması üçün infrastruktura indidən başlanılmalıdır

07 Sentyabr 2026 16:09see244

ABŞ də daha heç bir Bombardier satışı olmasın Trampdan çağırış

08 Sentyabr 2026 00:46see237

AFFA prezidenti “Qarabağ”ı təbrik etdi

08 Sentyabr 2026 01:02see236

İşlə təmin olunan əlilliyi olan şəxslərin sayı AÇIQLANDI RƏSMİ/ÖZƏL

07 Sentyabr 2026 17:11see236

2 günə 5 kilo arıqlamaq mümkündür? Dietoloq açıqladı

07 Sentyabr 2026 20:58see229

90 min yox, 180 min manat Kompensasiya ilə bağlı YENİ TƏKLİF

07 Sentyabr 2026 20:21see222

Sabiq Qarabağ lı Türkiyədə qalmaqala səbəb oldu

08 Sentyabr 2026 00:48see219

Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyi təmir olunacaq

07 Sentyabr 2026 18:40see218

Merih Demiralın ailəsində böhran? Həyat yoldaşının bir hərəkəti diqqət çəkdi

08 Sentyabr 2026 02:36see217

Düyü, kartof və makaronu soyuq yeyin Səbəb

08 Sentyabr 2026 02:10see199

Ölkədə neçə uşaq valideynlərindən biri ilə yaşayır? STATİSTİKA

07 Sentyabr 2026 19:44see196

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

08 Sentyabr 2026 18:47see192

Lerikdə 14 kq narkotik aşkarlanıb

08 Sentyabr 2026 02:36see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri