Icma.az
close
up
RU
Vaşinqtonda ANAMA əməkdaşına və onun itinə “İlin minaaxtaran it komandası” mükafatı təqdim edilib

Vaşinqtonda ANAMA əməkdaşına və onun itinə “İlin minaaxtaran it komandası” mükafatı təqdim edilib

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Vaşinqton, 29 oktyabr, AZƏRTAC

ABŞ-ın paytaxtı Vaşinqtonda ölkənin humanitar minatəmizləmə sahəsində aparıcı qeyri-hökumət təşkilatlarından olan Marşal İrsi İnstitutunun təşkilatçılığı ilə “Yolun təmizlənməsi” (Clearing the Path Awards) adlı illik mükafatlandırma qala gecəsi keçirilib.

AZƏRTAC-ın məlumatına görə, tədbirdə ABŞ Administrasiyası və Konqresinin rəsmiləri, diplomatik korpusun nümayəndələri, minatəmizləmə üzrə beynəlxalq təşkilatların və donor qurumların təmsilçiləri iştirak ediblər. Qala gecəsində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Vüsal Allahverdiyev və onun minaaxtaran iti “Ben-Mace”ə 2025-ci ilin “İlin minaaxtaran it komandası” mükafatı təqdim edilib.

Bu il dörd nominasiyada müəyyən edilmiş qaliblər arasında yer alan Azərbaycan nümayəndəsinə mükafatı Azərbaycanın ABŞ-də səfiri Xəzər İbrahim təqdim edib.

Səfir çıxışında mina probleminin Azərbaycanın üzləşdiyi ən ağır humanitar fəsadlardan olduğunu vurğulayıb. O bildirib ki, ölkə ərazisinin 13 faizdən çoxu minalarla çirklənib, son onilliklər ərzində 3400-dən çox insan mina partlayışlarının qurbanı olub, təkcə 2020-ci ildən etibarən 400-dən çox şəxs minaya düşərək həyatını itirib və ya xəsarət alıb. Səfir qeyd edib ki, minatəmizləmə fəaliyyəti Azərbaycanın azad olunmuş torpaqlarının yenidən qurulması və bərpası, eləcə də bu ərazilərə məcburi köçkünlərin qayıdışı üçün mühüm əhəmiyyət daşıyır. O, eyni zamanda Marşal İrsi İnstitutu ilə ANAMA arasında 20 illik uğurlu əməkdaşlığın vacibliyini qeyd edib, donor və tərəfdaşlara minnətdarlığını bildirib, minatəmizləmə sahəsində Azərbaycanın səylərinə beynəlxalq dəstəyin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Mükafatı qəbul edən ANAMA nümayəndəsi Vüsal Allahverdiyev bunu bütün minaaxtaranlar və insan həyatı uğrunda çalışanlar adından qəbul etdiyini bildirib və bu diqqətin onları daha çox ərazini təmizləməyə ruhlandırdığını deyib.

Tədbirdə çıxış edən ABŞ prezidentinin xüsusi nümayəndəsi general-leytenant Kit Kelloq ANAMA nümayəndəsinin fədakarlığını və qəhrəmanlığını yüksək qiymətləndirib, mina çirklənməsi ilə mübarizədə göstərilən səylərin əhəmiyyətini vurğulayıb.

Qala gecəsində Marşal İrsi İnstitutu tərəfindən Azərbaycana ianə edilmiş minaaxtaran itlərin və onların təlimçilərinin azad olunmuş ərazilərimizdəki minatəmizləmə fəaliyyəti ilə bağlı fotoşəkillər nümayiş etdirilib.

Marşal İrsi İnstitutu ilə Azərbaycan arasında əməkdaşlıq 2005-ci ildən davam edir. Bu dövr ərzində institut Azərbaycana 100-dək minaaxtaran it təqdim edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:76
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Oktyabr 2025 07:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see356

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see289

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see237

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see237

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see197

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see197

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see181

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see178

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see176

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see162

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see158

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see158

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see157

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see152

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see149

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see143

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see140

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri