Icma.az
close
up
RU
Vaşinqtonda imzalanan sülh bəyannaməsi ərəb ölkələrinin mediasında geniş işıqlandırılıb

Vaşinqtonda imzalanan sülh bəyannaməsi ərəb ölkələrinin mediasında geniş işıqlandırılıb

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzalanan üçtərəfli Birgə Bəyannamə ərəb ölkələrinin media orqanlarında geniş şəkildə işıqlandırılıb.

525.az xəbər verir ki, Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadənin “Qələbədən sonra sülh – Liderin tarixi missiyası” sərlövhəli analitik məqaləsi Küveyt, Misir, Mərakeş, Əlcəzair və Mavritaniyanın bir sıra xəbər portallarında dərc olunub.

Məqalədə vurğulanır ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanan sənəd Cənubi Qafqazda uzunmüddətli münaqişənin başa çatması və dayanıqlı sülhün təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Sənədə əsasən, tərəflər 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq bir-birinin ərazi bütövlüyünü tanıyır, regionda yeni iqtisadi və nəqliyyat əlaqələrinin qurulması istiqamətində razılığa gəlirlər.

Qeyd olunur ki, bu razılaşma Azərbaycanın həm diplomatik, həm də hərbi zəfərlə təsdiqlənmiş üstün mövqeyinin hüquqi-siyasi tanınmasıdır. 2020-ci ilin Vətən müharibəsində əldə edilən Qələbə ilə Prezident İlham Əliyev regionun geosiyasi mənzərəsini dəyişdi, işğal altındakı əraziləri azad etdi və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Lakin əsl liderlik yalnız hərbi qələbə ilə deyil, həm də sülhə nail olmaqla ölçülür. Bu mənada, Prezident Əliyev müharibə meydanında qazandığı üstünlüyü diplomatik arenada da möhkəmləndirərək sülhün əsas memarına çevrildi.

Yazıda, həmçinin bildirilir ki, bu sülh sənədi yalnız silahlı münaqişənin sonlanması deyil, həm də yeni iqtisadi və sosial inteqrasiya prosesinin başlanğıcı ola bilər. Azərbaycan üçün bu, işğaldan azad edilmiş ərazilərdə bərpa və reinteqrasiya proseslərinin sürətlənməsi, eyni zamanda, regional tranzit imkanlarının genişlənməsi deməkdir. Ermənistan üçün isə bu, uzun illər davam edən siyasi və iqtisadi izolyasiyadan çıxmaq üçün tarixi bir fürsətdir (AZƏRTAC).

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:58
embedMənbə:https://525.az
archiveBu xəbər 14 Avqust 2025 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see186

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see181

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see176

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see154

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see144

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see139

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see137

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see134

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see133

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see133

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see129

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see129

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see128

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri