Icma.az
close
up
RU
Vaşinqtonda “tabut mərasimi” Fransa və Rusiya buna razı olacaq?

Vaşinqtonda “tabut mərasimi” Fransa və Rusiya buna razı olacaq?

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinə aparan prosesdə növbəti mərhələyə keçilir. Tərəflərin imzaladığı Birgə Bəyannamədə Minsk Qrupunun ləğvi ilə bağlı ATƏT-in Baş Katibinə müraciət edilməsi nəzərdə tutulur. Bu addım uzun illər davam edən vasitəçilik mexanizminin formal olaraq bağlanması və regionda yeni diplomatik konfiqurasiyanın formalaşması baxımından əhəmiyyətli sayılır.

Analitiklərə görə, bu, Cənubi Qafqazda danışıqların birbaşa Bakı-İrəvan xəttində aparılacaq yeni mərhələnin başlanğıcıdır. Lakin Minsk Qrupunun ləğvinin sülh prosesini sürətləndirib-sürətləndirməyəcəyi və ya yeni gərginliklər yaradıb-yaratmayacağı hələ aydın deyil.

ATƏT-in ləğvi prosesi hansı hüquqi və siyasi mexanizmlərlə həyata keçirilə bilər? Təşkilatın özünü buraxması üçün hansı mərhələlər və qərarlar tələb olunur? Fransa və Rusiya Minsk Qrupunun ləğvinə razı olacaqmı, yoxsa bu prosesə maneə törədəcəklər?

Globalinfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, politoloq Xəyal Bəşirov bildirib ki, Azərbaycan İkinci Qarabağ müharibəsindən əvvəl nəticəsiz bəyanatlar və görüşlərlə yadda qalan ATƏT-in Minsk Qrupunun ləğvi istiqamətində təxminən beş il mübarizə apardı:

“Müharibədən sonra qrup faktiki olaraq fəaliyyətini dayandırdı. Həmin vaxt həm ABŞ, həm də Rusiya rəsmiləri tarixin arxivinə qovuşdurulmuş ATƏT-in Minsk Qrupunun artıq mövcud olmadığını bildirib. Çünki Qrupun əsas yaradılma məqsədi Qarabağ münaqişəsinin həlli idi və münaqişə 2020-ci ildə həll olundu. 2023-cü ilin 19-20 sentyabr antiterror tədbirləri ilə Qarabağ mövzusu tam bağlandı, Azərbaycanın suverenliyi bütün ərazilərdə təmin edildi. Bununla da Azərbaycan bu quruma ehtiyacın qalmadığını açıq şəkildə bəyan etdi. Ermənistan isə sülh prosesini uzadaraq mövqeyini gecikdirdi. ABŞ və Rusiya mövqelərini açıqlasa da, Fransa uzun müddət susdu və yalnız sonradan sülhü dəstəklədiyini bildirdi”.


Xəyal Bəşirov

Politoloq qeyd edib ki, ATƏT-in nizamnaməsində hər hansı qrupun buraxılması proseduru göstərilməyib:

“Minsk Qrupunun ləğvi proseduru ilə bağlı məsələ hüquqi və siyasi baxımdan mürəkkəbdir, çünki bu təşkilatın fəaliyyətinin dayandırılması üçün bütün üzv dövlətlərin razılığı tələb olunur. Yəni, belə qərar bütün üzv dövlətlərin – hazırda 57 ölkənin konsensusu ilə qəbul edilməlidir. Azərbaycan bu məsələni gündəmə gətirib, lakin bütün üzvlərin eyni mövqedə olması real görünmür. Əgər keçmiş münaqişənin hər iki tərəfi, Azərbaycan və Ermənistan yazılı şəkildə bu quruma ehtiyac olmadığını bildirirsə, onun saxlanması ATƏT-in nüfuzuna zərbə vurar. Özünü buraxma prosesi təşkilatın rəsmi qərarverici orqanında – Nazirlər Şurasında qəbul olunmalı və müvafiq sənəd imzalanmalıdır. Onsuz da dünyada və Avropada söz sahibi olan Vaşinqtonda – Ağ Evdə Prezident Donald Tramp və Prezident İlham Əliyevin iştirakı ilə ATƏT-in Minsk Qrupunun “tabutuna” son mismar vuruldu”.

X.Bəşirov əlavə edib ki, Fransa və Rusiyanın buna razılaşıb-razılaşmayacağı böyük sual altındadır:

“Hər iki ölkə ATƏT-in və xüsusilə Minsk Qrupunun regionda qalmasında öz strateji maraqlarını görür. Bu səbəbdən onların tam şəkildə bu prosesə dəstək verməsi yaxın perspektivdə çətin görünür. Bu, beynəlxalq təsisatların oxşar münaqişələrdə təsir gücünə də mənfi təsir göstərə bilər. Azərbaycan artıq öz mövqeyini ortaya qoyub və bunu ABŞ kimi həmsədr dövlətin paytaxtında, liderlərin iştirakı ilə edib. İndi məsuliyyət ATƏT-ə üzv dövlətlərin üzərinə düşür. Əgər onlar təşkilatın nüfuzunu qorumaq istəyirlərsə, fəaliyyətsiz bir qurumu saxlamağa çalışmamalıdırlar”.

Ləman İmran
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:199
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 13 Avqust 2025 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri