Vaşinqtonda yalnız sənəd yox, yeni Cənubi Qafqaz gerçəyi imzalandı! Deputat
Redaktor.az saytına istinadən Icma.az xəbər verir.
''Vaşinqtonda imzalanan razılaşma sadəcə diplomatik qələbə deyil, həm də ən çətin danışıqları minimal güzəştlərlə ölkə üçün maksimum fayda ilə başa vurmaq bacarığının təsdiqidir''.
Redaktor.az xəbər verir ki, bu sözləri Milli Məclisin növbədənkənar sessiyasında deputat Kamran Bayramov
deyib.
O qeyd edib ki, Prezident İlham Əliyev bir tərəfdən regional infrastruktur və təhlükəsizlik məsələlərində ABŞ-nin dəstəyini alaraq strateji tərəfdaşlığı gücləndirdi, digər tərəfdən isə regional oyunçularla münasibətləri pozmadan bunu reallaşdırdı.
''Vaşinqton razılaşmaları Cənubi Qafqazda xarici təsirləri xeyli zəiflətdi. Prezident İlham Əliyev münaqişəni regionun inkişafına maneə olmaqdan çıxararaq, onu konkret iqtisadi və infrastruktur layihələrinin tərkib hissəsinə çevirdi. Bununla da Cənubi Qafqazın davamlı təhlükəsizlik arxitekturasının formalaşmasına nail olundu və sabitliyə təhdid yaradan amillər aradan qaldırıldı'',- deyə deputat vurğulayıb.
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 09 Sentyabr 2025 14:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















