Icma.az
close
up
RU
Deputat: Prezident Cənubi Qafqaz ölkələrinin yeni reallığa adaptasiyası üçün çağırış etdi

Deputat: Prezident Cənubi Qafqaz ölkələrinin yeni reallığa adaptasiyası üçün çağırış etdi

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində “sülh şəraitində yaşamağı öyrənirik” deməsi Cənubi Qafqaz ölkələrinin yeni reallığa adaptasiyası üçün çağırışdır.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov bildirib.

Deputat deyib ki, 2025-ci il Azərbaycan üçün sülh dövrünün başlanğıcı oldu: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində qeyd etdiyi kimi müharibəyə siyasi nöqteyi-nəzərdən son qoyulub və biz artıq sülh şəraitində yaşayırıq. Sülh dövrünün başlanması regionda stabil və inkişaf edən əməkdaşlıq şəraitinin yaradılması baxımından böyük əhəmiyyət daşıyır. Bu yalnız müharibənin başa çatması deyil, eyni zamanda Azərbaycan, bütövlükdə Cənubi Qafqaz üçün yeni regional reallıqların formalaşması deməkdir. Azərbaycan həyata keçirdiyi siyasətlə ardıcıl və planlı yanaşma sərgiləyir. Dövlətimizin əsas prioritetləri olan sülhün və sabitliyin təmin edilməsi, davamlı iqtisadi inkişaf və regional əməkdaşlığın genişləndirilməsi həm ölkənin daxili inkişafına, həm də Azərbaycanın beynəlxalq müstəvidə mövqelərinin daha da möhkəmlənməsinə xidmət edir.”

Soltan Məmmədov qeyd edib ki, enerji və nəqliyyat infrastrukturuna yatırılan investisiyalar regionda Azərbaycanın strateji mövqeyini möhkəmləndirir. Azərbaycan bölgədə davamlı sabitliyin, əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır: “Ölkəmizin bu siyasəti iki mühüm strateji məqsədi hədəfləyir. Birincisi, Azərbaycan bir tərəfdən mövcud imkanlar, iqtisadi potensial, enerji layihələri, beynəlxalq nüfuzundan faydalanaraq, regionda davamlı sülh və sabitlik mühitinin yaradılmasına çalışır. İkincisi, bu sülh və sabitliyi əməkdaşlıq, iqtisadi inkişafın vacib şərti kimi qəbul edir. Məhz bu kontekstdə yanaşsaq, birmənalı olaraq qeyd etmək lazımdır ki, Prezidentin “sülh şəraitində yaşamağı öyrənirik” ifadəsi Cənubi Qafqaz ölkələrinin yeni reallığa adaptasiyası üçün çağırış kimi qəbul edilməlidir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:27
embedMənbə:https://apa.az
archiveBu xəbər 07 Yanvar 2026 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see201

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see186

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see181

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see171

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see170

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see155

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see155

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see155

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see151

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see149

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see138

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see137

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see136

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see133

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see130

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri