Icma.az
close
up
RU
“Vaşinqtonun tələbi sərtləşir: Trampın sülh planı Kiyevi küncə sıxışdırır“ “Bild“

“Vaşinqtonun tələbi sərtləşir: Trampın sülh planı Kiyevi küncə sıxışdırır“ “Bild“

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Ərazi güzəşti əvəzinə təhlükəsizlik zəmanətləri?.."

Ukrayna müharibəsi ilə bağlı diplomatik proses indiyə qədər görünməmiş dərəcədə sürətlənib. 

Moderator.az xəbər verir ki, bu barədə "Bild" nəşri yazıb.

Ərazi güzəşti - əsas qırılma nöqtəsi

Nəşr yazır ki, Donald Tramp administrasiyası bu ilin sonuna qədər razılaşma əldə etmək niyyətindədir və bu məqsədlə Kiyevə həm siyasi, həm də diplomatik təzyiqi artırır.

Bazar ertəsi, dekabrın 15-də Berlində ABŞ prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşnerin Ukrayna prezidenti Vladimir Zelenski və Avropa liderləri ilə görüşü bu baxımdan həlledici sayılır. 

Danışıqların mərkəzində Ukraynanın işğal olunmuş əraziləri, xüsusilə Donbas dayanır. ABŞ tərəfi Kiyevdən müəyyən güzəştlər gözləyir, Moskva isə bu əraziləri tam nəzarətində saxlamaqda israrlıdır.

Kiyev birtərəfli güzəştləri rədd edir, lakin Zelenskinin sülh sazişi üzrə referendum ehtimalını dilə gətirməsi Vaşinqtonda "psixoloji baryerin aşılması" kimi qiymətləndirilir.

Nəşr yazır ki, Tramp Zelenskini sürətli razılaşmaya məcbur etməyə çalışır və bu təzyiq Ukrayna rəhbərliyinin daxili siyasi mövqelərinin zəiflədiyi bir vaxta təsadüf edir.

Təhlükəsizlik zəmanətləri və gizli ultimatum

"Axios"-un məlumatına görə, ABŞ Ukraynaya NATO-nun 5-ci maddəsinə bənzər, Konqres tərəfindən təsdiqlənəcək hüquqi təhlükəsizlik zəmanətləri təklif edir. Bu zəmanətlər sülh, təhlükəsizlik və müharibədən sonrakı bərpa ilə bağlı üç ayrı saziş paketi çərçivəsində nəzərdə tutulur.

Vaşinqton hesab edir ki, razılaşma əldə olunarsa, Ukrayna ərazisinin təxminən 80 faizi üzərində suverenliyini qoruyacaq və indiyədək aldığı ən güclü təhlükəsizlik təminatlarına sahib olacaq.

Bununla belə, Avropa paytaxtlarında narahatlıq var ki, Tramp administrasiyası sülh naminə Kiyevdən Moskvaya nisbətən daha ağır güzəştlər tələb edə bilər. Qeyri-rəsmi son tarix kimi Milad bayramı göstərilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://moderator.az
archiveBu xəbər 13 Dekabr 2025 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see278

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see264

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see249

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see212

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see204

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see182

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see182

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see179

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see169

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see168

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see166

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see161

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see160

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see156

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see155

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see152

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see149

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see149

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see148

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri