Vatikandan 18 ildən sonra ilk səfər: Papa Fransaya səfər edir
Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Katoliklərin ruhani lideri və Vatikan dövlətinin başçısı Papa XIV Leo Fransaya səfəri zamanı süni intellektin yaratdığı risklər barədə xəbərdarlıq edib.
Turkustan.az xəbər verir ki, Vatikan rəhbəri Fransaya ilk rəsmi səfəri çərçivəsində Parisdə Fransa prezidenti Emmanuel Makronla görüşüb. Dörd günlük səfərin ilk mərhələsində Papa XIV Leonu Orli hava limanında Makron qarşılayıb. Daha sonra onlar Yelisey sarayında görüş keçiriblər.
Görüşdən sonra Papa XIV Leo Fransa rəsmiləri, vətəndaş cəmiyyəti nümayəndələri və diplomatik korpusun üzvləri qarşısında çıxış edib. O, çıxışında müharibələr, nüvə silahlanması, Yaxın Şərqdəki münaqişələr, yaşamaq hüququ, dünyəvilik və süni intellektlə bağlı fikirlərini bölüşüb.
Süni intellektə toxunan Papa XIV Leo deyib: “Gündəlik həyatımızı işğal edən və formalaşdıran maşınlar dünyasında insanlığımızı itirməkdən qaçmaq istəyiriksə, təcili olaraq etik düşüncə tərzi üzrə təlimə ehtiyacımız var”.
Qeyd edək ki, bu, Papa XVI Benediktin 2008-ci ilin sentyabrında Fransaya səfərindən sonra Vatikan rəhbərinin ölkəyə ilk rəsmi səfəridir.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 25 Sentyabr 2026 21:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















