Icma.az
close
up
RU
Vaxtından qabaq doğulmuş uşaqların problemləri

Vaxtından qabaq doğulmuş uşaqların problemləri

Icma.az, Saglamolun portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hamiləliyin normal müddəti 40 həftə sayılır. Uşaqların əksəriyyəti hamiləliyin 38-ci, 39-cu, 40-cı həftələrində anadan olur.

Bu normal sayılır. Lakin bəzən müxtəlif səbəblərə görə uşaq vaxtından qabaq dünyaya gəlir. 37 həftəsindən tez anadan olmuş uşaq vaxtından qabaq doğulmuş sayılır.

Bu halın səbəbləri arasında:

- Ananın yaşı (çox cavan və ya yaşlı qadınlar).

- Abortlar.

- Doğuşların arasında 2 ildən az müddət keçdikdə, bu da risk faktoru sayılır.

- Valideynlərdə olan müxtəlif xəstəliklər.

- Hamiləliyin patoloji gedişatı.

- Qadın cinsiyyət sistemi anomaliyaları və xəstəlikləri.

- Çoxdöllülük.

Uşağın vaxtından qabaq doğulması adətən böyük narahatçılıqla qarşılanır. Lakin əksər  hallarda narahatçılıq üçün səbəb olmur. Hal hazırda çəkisi hətta 1 kq-dan az olan uşaqları saxlamaq mümkündür. Bunun üçün müasir avadanlıqlar, dərmanlar, peşəkar həkimlər var.

Nəzərinizə çatdıraq ki, vaxtından qabaq doğulmuş uşaqların əksəriyyəti sonra tam normal inkişaf edir və onların səhhətində heç bir ciddi problem olmur. İlk 2 il ərzində belə uşaqlar öz yaşıdları ilə müqayisədə bir qədər gec inkişaf edə bilərlər (daha gec oturur, gəzir, danışırlar və s.). Lakin həyatın 3-cü ilindən başlayaraq bu uşaqlar öz yaşıdlarına çatır və bəzən hətta onları ötürlər.

Təbii ki, vaxtından qabaq doğulmuş uşaqlara daha ciddi nəzarət və qayğı tələb olunur. Xəstəxanadan evə yazıldıqdan sonra belə uşaqlara ana xüsusi diqqət yetirməlidir, uşaq daim pediatr həkimin nəzarətində olmalıdır.

Vaxtından qabaq doğulmuş uşaqlar üçün 4 dərəcə mövcuddür:

1-ci dərəcə. Uşaq 35-37 həftədə doğulub, onun çəkisi 2001-2500 qr arasıdır.

2-ci dərəcə. 32-34 həftə, uşağın çəkisi - 1501-2000 qr.

3-cü dərəcə. 29-31 həftə, çəki - 1001-1500 qr.

4-cü dərəcə. Hamiləliyin müddəti 22-29 həftədən az olan, çəkisi 1 kq-dan az.

1-2 dərəcələr daha yüngül, 3-cü dərəcə orta, 4-cü dərəcə ağır sayılır.

Valideynlərin əksər hissəsi belə hesab edir ki, vaxtından qabaq doğulmuş uşaqların əsas problemi onların çəkisinin az olmasıdır. Lakin bu səhv fikirdir. Burada əsas problem vaxtından qabaq doğulmuş uşaqda əsas sistemlərin (nəfəsalma, ürək-damar, həzm və s. sistemləri) natamam inkişafıdır. Sadə dildə desək, vaxtından qabaq  doğulmuş uşaq ana bətnindən "tam yetişməmiş" vəziyyətdə çıxır və məhz bu müxtəlif problemlərə səbəb olur.

Əsas problemlərdən biri - nəfəsalma sistemin natamam inkişafıdır. Ağ ciyərlərimiz alveollardan ibarətdir. Bu alveollar çox kiçik hava qabarcıqlardır. Orqanizmimizdə olan xüsusi maddə "surfaktant" alveolların daxili səthlərini örtərək onların divarlarının  yapışmasına imkan vermir. Vaxtından qabaq doğulmuş uşaqların orqanizmində surfaktant lazım olan miqdarda olmur və bunun nəticəsində belə uşaqlar müstəqil şəkildə nəfəs ala bilmirlər. Bu hal bütün vaxtından qabaq doğulmuş uşaqlarda baş vermir (vaxtından qabaq doğulmasının dərəcəsindən asılıdır).

Müstəqil şəkildə nəfəs ala bilməyən uşağı dərhal xüsusi küvezə yerləşdirirlər. Belə küvez ağ ciyərlərin süni ventilyasiya sistemi ilə təchiz olunur və apparat müəyyən müddət ərzində (uşağın müstəqil nəfəsalması mümkün olana kimi) uşağın əvəzinə "nəfəs alır". Küvezdə daim temperatur və rütubət saxlanılır (ana bətninə yaxın olan şərait yaradılır). Bu belə uşaqlar üçün çox vacibdir.

Çoxsaylı cihazlar uşağın orqanizmində olan bütün proseslərə (nəzb, nəfəsalma tezliyi, qanda oksigenin səviyyəsi və s.) nəzarət edir və lazım olduqda həkimlərə həyacan siqnalı verir.

Əmmə refleksi olmayan və ya az olan vaxtından qabaq doğulmuş uşaqları zond (nazik yumşaq borucuq) vasitəsi ilə ana südü ilə qidalandırırlar (zond ağız boşluğundan mədəyə salınır). Lazım olduqda ana südünə bəzi əlavələr olunur. Bu qrup uşaqlar üçün ana südü ilə qidalandırma olduqca vacibdir.

Vaxtından qabaq doğulmuş uşaqların immun sistemi də yetkin olmur. Bu səbəbdən belə uşaqlar müxtəlif infeksiyalara qarşı daha davamsız olurlar. Burada da uşağa müxtəlif immun faktorları ilə zəngin olan ana südü əvəzsiz kömək edə bilər.

Bu qrup uşaqlarda qara ciyər də natam inkişaf etmiş olur və bu səbəbdən fizioloji sarılıq onlarda daha uzun müddət ərzində müşahidə olunur. Bu halda uşağa xüsusi müalicə təyin oluna bilər. Bundan əlavə ana südü də sarılıqla mübarizədə böyük kömək edir.

Mənbə: proberemennost.rf

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:38
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 14 Oktyabr 2026 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see891

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see342

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see314

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see301

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see278

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see265

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see232

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see230

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see212

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see205

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see203

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see202

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see201

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see201

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see195

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see188

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see188

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see187

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see175

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri