Vəhşi heyvanlar harada və necə MÜALİCƏ olunur? Çoxlarının bilmədiyi PROSES
Icma.az, Bizim media saytına istinadən bildirir.
Vəhşi heyvanların reabilitasiyası təbiətdə biomüxtəlifliyin qorunması baxımından mühüm tədbirlərindən biridir. Təbii mühitdə müxtəlif səbəblərdən yaralanmış, xəstələnmiş vəhşi heyvanlar xüsusi reabilitasiya mərkəzlərinə gətirilərək baytarlıq müayinəsindən keçirilir, müalicə olunur və yenidən yaşadıqları ekosistemlərə buraxılır. Azərbaycanda bu istiqamətdə əsas fəaliyyət Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzdində fəaliyyət göstərən Reabilitasiya Mərkəzi tərəfindən həyata keçirilir və burada müxtəlif növ məməlilər, quşlar və digər vəhşi heyvanlar müalicə edilir.
Maraqlıdır son 5 ildə nə qədər vəhşi heyvan müalicə olunaraq təbiətə geri buraxılıb?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayevanın Bizim.Media-ya verdiyi məlumata görə, 2020-2025-ci illər ərzində Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasında ümumilikdə 74 baş vəhşi heyvan və quş reabilitasiya olunaraq təbii yaşayış mühitinə buraxılıb. Onlardan 9-u məməli, 65-i isə müxtəlif növ quşlar olub.
Şəfiqə Şəfa, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 09 İyul 2026 13:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















