Vəkil: Cəmi 100 manat kapitalı olan bu MTK yə şəhər icra hakimiyyəti icazə verib ki...
Icma.az xəbər verir, Mia.az saytına əsaslanaraq.
"Məhkəmə sistemimizin acınacaqlı vəziyyətinin göstəricisi tikinti şirkətləri ilə mübahisələrə münasibətdir. Xüsusilə də mövcud yaşayış binalarını qanunsuz dağıdıb yerində yeni bina tikən şirkətlər üzrə. Belə şirkətlərdən biri “Kursus-Nizami” MTK-dır. Barəsində dəfərlərlə yazılsa da, bəzi hakimlər hətta qanunu və vicdanı rəhbər tutaraq onun əleyhinə qərarlar çıxartsa da, son nəticədə məhkəmə sistemi onun tərəfini tutur. Bu MTK o cümlədən Nizami rayonundakı K.Balakişiyev küçəsi, ev 43-ə iddialıdır. Cəmi 100 manat kapitalı olan bu MTK-yə şəhər icra hakimiyyəti icazə verib ki, get sakinlərlə razılığa gəl, binanı sök, yerində yenisini tik, sakinlərə orada mənzil ver. Guya bina qəzalıdır. Halbuki, bu halda qərarı şəhər icra hakimiyyəti deyil, məhkəmə verməli idi FHN-nin müraciəti əsasında".
Mia.az xəbər veirr ki, bu sözləri vəkil Əkrəm Həsənov Feysbuk-dakı səhifəsində yazıəb.
Onun sözlərinə görə, MTK sakinlərin xeyli hissəsi ilə heç razılığa da gəlməyib: "Axı normal insan necə binasının sökülməsinə razı olar? Yeni binanın tikilməsinə kim təminat verir? 100 manat pulu olan MTK? Bu azmış kimi, tikiləcək binanın heç layihəsi də təsdiq olunmayıb. Buna baxmayaraq, bəzi qanunsuz məhkəmə aktları əsasında sakinləri mənzillərindən zorla çıxarıb, mənzillərini viran qoyublar. İşğalçı kimi! Yəni insanları məcbur edirlər ki, bu MTK-nin müştərisi olun. Heç yekun məhkəmə qərarlarını gözləmədən. Məhkəmə işləri isə davam edir".
Hüquqşünas yazır ki, MTK mövqeyini gücləndirmək üçün heç bir arqument gətirmir, gətirə də bilməz. Sadəcə vaxtilə digər sakinlərə qarşı çıxarılmış məhkəmə qərarlarını əsas gətirir: "Yəni baxın da, artıq bir neçə işi udmuşuq! Həmçinin binadan könüllü çıxmış sakinlərin şikayətinə istinad edir: həmin sakinlər deyir ki, binadan könüllü çıxmayan sakinlər yeni binanın inşasına mane olurlar. Bu azmış kimi, MTK Prezidentə də Bakı Apellyasiya Məhkəməsindən şikayət edib ki, guya iş əsassız olaraq uzanır. Həyasızlığın pik həddidir! Əslində, məhkəmə qərarı olmadan bina artıq sökülür, sakinlər oradan zorla çıxarılıb. Yəni faktiki olaraq sakinlərin qayıdası bina artıq yoxdur. Hazırda sakinlərin tələb edə biləcəyi yeganə şey odur ki, tikilən binada onlara guya veriləcək mənzilə mülkiyyət hüququnun qabaqcadan qeydiyyatı həyata keçirilsin. Heç olmasa əmin olsunlar ki, bina tikilsə, mənzil onlarındır. Lakin MTK bunu etmir və edə də bilməz. Çünki binanın heç təsdiqli layihəsi də yoxdur".
F.Səfərli
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 03 Fevral 2026 10:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















