Icma.az
close
up
RU
Vəkil: “Əşrəf Hakiminin keçmiş həyat yoldaşının vəkili olsaydım, hər şeyi sübut edərdim” VİDEO

Vəkil: “Əşrəf Hakiminin keçmiş həyat yoldaşının vəkili olsaydım, hər şeyi sübut edərdim” VİDEO

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“YouTube” platformasında yayımlanan “Kazusmedia” hüquq layihəsinin növbəti buraxılışı tamaşaçıların ixtiyarına təqdim olunub.
Layihə bu dəfə də hüquq ictimaiyyətinin diqqətini cəlb edən mövzulara həsr olunub və geniş maraq doğurub.
Budəfəki qonaq Vəkillər Kollegiyasının üzvü, “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Qulam İsmayılzadə olub. O, proqramda hüquqi fəaliyyətində qarşılaşdığı ən yaddaqalan hadisələrdən, peşə həyatında üzləşdiyi çətinliklərdən və vəkillik peşəsinin cəmiyyət üçün daşıdığı əhəmiyyətli missiyadan danışıb.
Qulam İsmayılzadə buraxılışda illər öncə müdafiə etdiyi bir işdən bəhs edərək bildirib ki, bəzən vəkillər üçün hər işdə uğur qazanmaq mümkün olmur. Onun sözlərinə görə, müdafiə etdiyi şəxsin həyat yoldaşı coraba heroin hopduraraq onu müştərisinə keçirməyə çalışarkən saxlanılıb və bu hal işin nəticəsinə mənfi təsir göstərib. 
“Bəzi məqamlarda vəkilin bütün səylərinə baxmayaraq, obyektiv vəziyyətlər işi istənilən istiqamətdə aparmağa imkan vermir”, – deyə o qeyd edib.
Maraqlı məqam olaraq, tanınmış vəkil həmçinin dünya futbol ulduzu Əşrəf Hakiminin çox danışılan boşanma işi ilə bağlı fikirlərini bölüşüb. O bildirib ki, Əşrəf Hakiminin keçmiş həyat yoldaşının vəkili olsaydı, qarşı tərəfin iddialarını hüquqi baxımdan əsaslandırmaq və bütün dəlilləri ortaya qoymaqla nəticəyə təsir edə bilərdi. 
Layihənin formatı əvvəlki kimi qısa, dinamik və informativdir. Veriliş boyu qonağa hüquq sahəsində aktual məsələlər və şəxsi baxışları əhatə edən 7 əsas sual ünvanlanır. Hər cavab üçün ayrılan 1 dəqiqəlik zaman limiti proqramı həm yığcam, həm də izləyici üçün maraqlı və asan izlənilən edir.
Qulam İsmayılzadə müsahibə zamanı vurğulayıb ki, vəkillik sadəcə hüquqi biliklərə malik olmaqdan ibarət deyil — bu, həm də etik prinsiplərə sadiqlik, obyektivlik və insan talelərinə həssas yanaşma tələb edən bir peşədir.
Qeyd edək ki, “Hüquqşünasa 7 sual, 7 cavab” layihəsi yalnız tanınmış hüquqşünasların peşəkar təcrübəsini ictimaiyyətə təqdim etmir, eyni zamanda hüquqi maarifləndirmə missiyasını həyata keçirərək cəmiyyətdə hüquq mədəniyyətinin formalaşmasına və hüquq peşəsinə olan marağın artırılmasına xidmət edir.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 06 Noyabr 2025 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see251

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see190

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see160

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see159

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see153

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see142

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see137

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see134

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see132

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see131

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see129

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see129

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see129

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see128

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see127

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri