Icma.az
close
up
RU
Vəkillər Kollegiyası: Vəkillərdən 2 nin fəaliyyəti müəyyən müddətə dayandırılıb, 4 nə xəbərdarlıq edilib, 1 nə töhmət verilib

Vəkillər Kollegiyası: Vəkillərdən 2 nin fəaliyyəti müəyyən müddətə dayandırılıb, 4 nə xəbərdarlıq edilib, 1 nə töhmət verilib

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 22 oktyabr, AZƏRTAC

Oktyabrın 22-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Bu barədə AZƏRTAC-a kollegiyanın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, iclasda kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

Sonra iclasın gündəliyinə uyğun olaraq vəkilliyə qəbulla bağlı məsələyə baxılıb. Belə ki, ixtisas imtahanlarının yazılı və şifahi mərhələlərini, eləcə də icbari təlim proqramını uğurla başa vuran namizədlər, habelə əvvəllər hakim və ya vəkil işləmiş vəkilliyə qəbulla bağlı ixtisas imtahanının şifahi müsahibə mərhələsində müvəffəqiyyət qazanmış şəxslərin andiçmə mərasimi keçirilib. Namizədlər vəkil etikası və peşə borcuna sadiq qalacaqlarına dair and içərək kollegiyanın sıralarına qəbul olunublar. Onlara vəsiqə təqdim edilib və gələcək fəaliyyətində uğurlar arzulanıb.

Bundan başqa, VK Rəyasət Heyətinin üzvü İlhamə Həsənova tərəfindən hazırlanmış “İstintaq hərəkəti protokolunun rəsmiləşdirilməsi zamanı vəkilin peşə borcu və davranışı” adlı metodik tövsiyənin təsdiq olunması məsələsi müzakirə edilib. Müzakirədən sonra Rəyasət Heyəti metodik tövsiyəni təsdiq olunmasını qərara alıb.

Eyni zamanda, iclasda bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi, bir vəkilin dövlət qulluğuna qəbul edilməsi ilə əlaqədar vəkillik fəaliyyətlərinin dayandırılması barədə müraciətləri müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

Həmçinin iclasda kollegiyanın sədr müavinləri tərəfindən regionlarda keçirilmiş monitorinqin nəticəsinə dair məruzələr dinlənilib, müvafiq qərarlar qəbul olunub.

İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəyləri müzakirə olunub. Rəyasət Heyətinin qərarı ilə yol verdikləri intizam pozuntularına görə 2 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb, 4 vəkilə xəbərdarlıq edilib və 1 vəkilə töhmət verilib.

Sonda kollegiyanın fəaliyyəti ilə bağlı digər cari və əhəmiyyətli məsələlər müzakirə olunub, zəruri qərarlar qəbul edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:88
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Oktyabr 2025 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see259

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see238

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see223

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see213

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see190

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see186

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see169

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see167

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see152

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see148

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see147

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri