Vəkillər Kollegiyasının üzvləri uşaq sığınacağında tədbir keçirib FOTOLAR
Icma.az, Gununsesi portalına istinadən məlumat verir.
2025-ci il sentyabrın 25-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) Qadın Vəkillər Alyansının üzvləri “Azərbaycan Uşaqları” İctimai Birliyinin uşaq sığınacağında uşaqlarla tədbir keçiriblər.
Mərasim çərçivəsində vəkillər uşaqlara diqqət və qayğı göstərib, onların gündəlik həyatı, təhsili və gələcək arzuları ilə maraqlanıblar.
Kollegiyanın Rəyasət Heyətinin üzvü, Qadın Vəkillər Alyansının sədri Dilarə Əfrasiyabova çıxışında vurğulayıb ki, bu cür təşəbbüslər uşaqlar üçün yalnız sosial dəstək deyil, həm də onların gələcəkdə cəmiyyətin tamhüquqlu üzvləri olacaqlarına inamın gücləndirilməsinə xidmət edir. O, əlavə edib ki, Alyansın məqsədi sığınacaqda yaşayan uşaqlara hüquqi biliklərlə yanaşı, sevgi və inam aşılamaqdır.
İctimai Birliyin rəhbəri Kəmalə Ağazadə VK rəhbərliyinə və qonaqlara təşəkkürünü bildirərək qeyd edib ki, belə görüşlər uşaqlar üçün mühüm motivasiya və mənəvi dəstək mənbəyidir.
Sonda uşaqlara kiçik hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 26 Sentyabr 2025 16:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















