Icma.az
close
up
RU
Vəkillərlə bağlı QƏRAR VERİLDİ

Vəkillərlə bağlı QƏRAR VERİLDİ

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Noyabrın 27-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Vəkillər Kollegiyasından Modern.az-a bildirilib ki, iclasda çıxış edən Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin fəaliyyəti barədə məlumat verib.

İclas gündəliyinə uyğun olaraq Prezident İlham Əliyevin Sərəncamı ilə hakim vəzifəsinə təyin edilən ARVK-nın 8 üzvü - Bayramov Samir Zakir oğlu, Həsənov Teymur Həsən oğlu, Hüseynov Elşən Təbrizoviç, Qənbərov Tağı Ədalət oğlu, Şeybullayeva Şəfiqə Eldar qızı, Məmmədova Günel İqbal qızı, Nəbiyev Rəmzi Sultan oğlu və Nuriyev Aqil Abdul oğlunun mükafatlandırılmaları və fəaliyyətlərinə xitam verilməsi məsələsinə baxılıb, müsbət qərar verilib.

Sonra bəzi vəkillərin dövlət qulluğuna qəbul olunması ilə əlaqədar vəkillik fəaliyyətlərinin dayandırılması və onların mükafatlandırılması, öz ərizələri ilə vəkillik fəaliyyətinə xitam verilməsi, müəyyən müddətdə üzvlük haqqından azad olunma, maddi yardım, habelə borclarının silinməsi, digər vəkil qurumlarına keçməsi ilə bağlı müraciətlərinə baxılıb, müvafiq qərarlar çıxarılıb.

Eyni zamanda, Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) Azərbaycan nümayəndəliyi tərəfindən təşkil olunacaq "Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyası"nın 10-cu, o cümlədən Milli Məhkəmə Müsabiqəsinin 14-cü buraxılışlarının keçirilməsinə maddi dəstək göstərilməsi barədə məsələyə baxılıb və müsbət qərar qəbul edilib.

İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə 5 vəkilə xəbərdarlıq edilib, 4 vəkilə töhmət verilib, 2 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb, habelə 1 vəkilin fəaliyyəti dayandırılmaqla, ARVK üzvlüyündən xaric olunması ilə bağlı məhkəməyə müraciət edilməsi barədə qərar çıxarılıb.

Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar digər məsələlərə baxılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:206
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Noyabr 2024 19:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see462

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see330

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see307

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see278

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see249

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see248

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see244

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see244

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see234

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see220

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see208

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see207

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see205

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see203

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see200

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see199

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see197

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see196

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see190

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri