Polis oğurluq edən “kommunal xidmət işçisi”ni saxladı
Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Paytaxtın Suraxanı rayonunda evlərdən silsilə oğurluqlar edilib.
Bakıvaxtı.az-ın məlumatına görə, zərərçəkən 10 nəfər polisə müraciət edərək yaşadıqları evdən ümumilikdə 4800 manat nağd pul, qızıl-zinət və məişət əşyaları, eləcə də inşaat materiallarının talandığını bildiriblər. Suraxanı rayonunda polisin keçirdiyi tədbirlə əməli törədən, əvvəllər də məhkum olunan İ.Əliyev müəyyən edilərək saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, o, əvvəlcə mənzillərin qapısını döyərək evdə kiminsə olub-olmadığını yoxlayıb. İ.Əliyev qapını açan şəxslərə özünü kommunal xidmət işçisi kimi təqdim edib. Evdə heç kimin olmadığına əmin olduqdan sonra isə mənzilə daxil olaraq oğurluqlar edib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 27 Noyabr 2026 12:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















