Icma.az
close
up
RU
“Veloreabilitasiya” layihəsinə start verilib

“Veloreabilitasiya” layihəsinə start verilib

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Əlil Velosipedçilərə Dəstək” İctimai Birliyi tərəfindən həyata keçirilən “Veloreabilitasiya” layihəsinə start verilib. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunur.

"Cebheinfo.az" QHT.az-a istinadən xəbər verir ki, layihənin əsas məqsədi inklüziv mühit yaratmaqla insanların fiziki aktivliyini artırmaq, onların sosial və ictimai həyata inteqrasiyasını gücləndirməkdir. Bu istiqamətdə layihə çərçivəsində müxtəlif təlimlər, maarifləndirici sessiyalar və praktiki fəaliyyətlər təşkil olunacaq. Layihə çərçivəsində ümumilikdə 4 təlim günü keçiriləcək və hər təlim günündə fərqli iştirakçı qrupları iştirak edəcək. Nəticədə layihədən ümumilikdə 40 nəfərin faydalanması nəzərdə tutulur. Təlim proqramının yekununda isə bütün iştirakçıların bir araya gələcəyi veloyarış təşkil ediləcək.

Layihənin ilk təlim günü iştirakçıların bir-biri və layihə komandası ilə yaxından tanış olması, komanda ruhunun gücləndirilməsi məqsədilə təşkil olunub. Təlim proqramı çərçivəsində iştirakçılar müxtəlif tanışlıq və komanda quruculuğu oyunlarında iştirak edərək ünsiyyət, aktiv dinləmə, əməkdaşlıq, qarşılıqlı dəstək bacarıqlarının inkişafına yönəlmiş praktiki fəaliyyətlərə cəlb olunublar. Gün ərzində iştirakçılar qeyri-formal ünsiyyət imkanları yaradan kofe fasiləsində də bir araya gələrək fikir mübadiləsi aparıblar.

Təlim proqramının davamında layihə rəhbəri Amid Həsənquliyevin təqdimatı əsasında iştirakçılar Velosiped Muzeyini ziyarət edib, ölkəmizdə velosiped idmanının inkişaf tarixi və müxtəlif velosiped növləri haqqında məlumat əldə ediblər. Daha sonra onlar əlil velosipedləri ilə yaxından tanış olaraq bu vasitələrin xüsusiyyətləri və istifadəsi barədə məlumatlandırılıblar. Günün sonunda isə iştirakçılar velotrekdə praktiki sürüş fəaliyyəti həyata keçirərək ilk təcrübələrini qazanıblar.

Həmçinin, layihənin ilk təlim günü iştirakçılara layihə çərçivəsində hazırlanmış hədiyyə dəstləri – köynək, fincan və dəftərlər təqdim olunub. Qeyd edək ki, layihə müddətində hər bir təlim günündə iştirakçılar hədiyyələrlə təmin ediləcək, keçiriləcək yarışlarda fərqlənən iştirakçılara isə xüsusi mükafatlar təqdim olunacaq.

“Veloreabilitasiya” layihəsinin növbəti mərhələlərində də iştirakçıların inkişafına və fəal həyat tərzinin təşviqinə xidmət edən fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 İyun 2026 23:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see370

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see332

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see327

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see319

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see317

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see313

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see305

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see298

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see295

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see270

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see264

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see256

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see254

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see247

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see247

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see243

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see230

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see211

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see206

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri