Icma.az
close
up
RU
Venesuela ABŞ qarşısında öz suverenliyini itirir ŞƏRH

Venesuela ABŞ qarşısında öz suverenliyini itirir ŞƏRH

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Amerika Birləşmiş Ştatlarında Venesuela Prezidenti Nikolas Maduroya qarşı irəli sürülən ittihamların hüquqi əsasları ətrafında yeni mübahisələr yaranıb. Belə ki, rəsmi sənədlərdə istinad edilən “Cartel de los Soles” ifadəsinin real, institusional cinayət karteli deyil, ABŞ hüquq-mühafizə orqanlarında istifadə olunan daxili termin olduğu açıqlanıb. Bu məqam ittiham prosesinin legitimliyi və beynəlxalq hüquqa uyğunluğu ilə bağlı sualları yenidən gündəmə gətirib.

Mövzuyla bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli bildirib ki, ABŞ-nin Venesuela üzərində apardığı əməliyyat və bu ölkənin lideri Nikolas Maduronun saxlanılması beynəlxalq hüquq normalarının açıq şəkildə pozulması kimi qiymətləndirilir. Təbii ki, Ağ Evdə də bu addımın yaratdığı beynəlxalq qalmaqal yaxşı dərk olunur. Politoloq bildirib ki, ancaq ABŞ dünyanın ən güclü ölkəsi olduğu üçün beynəlxalq hüquq normalarına riayət edib-etməmək məsələsində qərar vermək niyyətindədir və faktiki olaraq nə beynəlxalq hüququ, nə də BMT Nizamnaməsini nəzərə alır.

Elçin Xalidbəyli: ABŞ-nin əsas məqsədi Venesuela neftinə nəzarəti ələ keçirmək idi

Politoloqun sözlərinə görə, bu baxımdan Maduraya qarşı irəli sürülən ittihamların legitimliyi məsələsinin gündəmə gəlib-gəlməməsi böyük əhəmiyyət daşımır. Çünki problem təkcə ittihamlarla bağlı deyil, ümumilikdə prosesin özü beynəlxalq hüquq baxımından ciddi suallar doğurur. Digər tərəfdən, Maduraya qarşı irəli sürülən ittihamlar reallıqdan uzaq olsa belə, ABŞ-nin mövqeyini dəyişəcəyi ehtimalı azdır:

"ABŞ-nin əsas məqsədi Venesuela neftinə nəzarəti ələ keçirmək olub. ABŞ Prezidenti Donald Tramp da ölkəsinin uzun illər Venesuela neftini istismar edəcəyini açıq şəkildə bəyan edib. Bu baxımdan artıq ABŞ qarşıya qoyduğu hədəflərə çatıb və Venesuela neftinə nəzarəti təmin edib.

Bu şəraitdə hansı səbəbdən olursa-olsun, ABŞ ilə Venesuela arasında ciddi siyasi-diplomatik problemin yaranacağı real görünmür. Çünki ABŞ Venesuela ilə hər hansı məsələni müzakirə etmir, sadəcə öz şərtlərini diktə edir. Belə bir vəziyyətdə siyasi və diplomatik münasibətlərin müəyyən səviyyədə bərpa olunmasından danışmaq reallıqdan uzaqdır".

Elçin Xalidbəyli qeyd edib ki, mövcud situasiya onu göstərir ki, Venesuela ABŞ qarşısında öz suverenliyinin böyük bir hissəsini itirmiş vəziyyətə düşüb.

Zeynəb Rzayeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:197
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 08 Yanvar 2026 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see325

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see316

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see299

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see284

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see238

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see233

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see229

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see225

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see215

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see214

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see207

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see206

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see201

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see199

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see198

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see189

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see172

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see171

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see168

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri