DSMF bu şəxsdən 4,6 milyon manata 2 ofis icarəyə götürür
Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir.
Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən keçirilən iki tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, hər iki tender müsabiqəsinin qalibi fərdi sahibkar Həsənova Qaze Həsən qızı (VÖEN – 1600110362) olub.
DSMF Həsənova Qaze Həsən qızından DSMF-nin Təminat Xidməti və Arxiv üzrə Mərkəzi Filialı və Müdafiə Məsələləri üzrə Maddi-Məişət Şəraitinin Müayinəsi üzrə Mərkəzi Filialı üçün ofis sahələri icarəyə götürəcək.
DSMF-nin Təminat Xidməti və Arxiv üzrə Mərkəzi Filialı üçün icarəyə götürüləcək ofisin ümumi sahəsi 11 300 kv. metr olacaq və bunun üçün Qaze Həsənovaya 24 aylıq icarə haqqı olaraq 2 milyon 690 min 304 manat ödəniləcək. Rəqəmlərdən də göründüyü kimi, DSMF icarəyə götürdüyü ofis sahəsinə hər ay 112 min 96 manat ödəyəcək.
DSMF-nin Müdafiə Məsələləri üzrə Maddi-Məişət Şəraitinin Müayinəsi üzrə Mərkəzi Filialı üçün icarəyə götürüləcək ofisin ümumi sahəsi 3 500 kv. metr olacaq və bunun üçün Qaze Həsənovaya 36 aylıq icarə haqqı olaraq 1 milyon 946 min 700 manat ödəyəcək. Rəqəmlərdən də göründüyü kimi, DSMF icarəyə götürdüyü ofis sahəsinə hər ay 54 min 75 manat ödəyəcək.
Qeyd edək ki, DSMF daha əvvəl də Qaze Həsənova ilə çoxsaylı icarə müqavilələri bağlayıb.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:DSMF bu şəxsdən 225 min manata ofis icarəyə götürür
13 İyul 2026 16:23
İcra Hakimiyyəti fiziki şəxsdən 11 min manata ofis icarəyə götürüb
05 Mart 2026 18:00
DSMF universitetdən 1,3 milyon manata ofis icarəyə götürüb
04 Noyabr 2024 18:52
Agentlik tender keçirmədən bu şəxsdən 114 minə ofis icarəyə götürdü
12 Mart 2025 13:31
Baxış sayı:143
Bu xəbər 20 Oktyabr 2026 11:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















