Icma.az
close
up
RU
Venesuela ABŞ yə qarşı müharibəyə hazırlaşır “Küçələrdə anarxiya yaradılacaq”

Venesuela ABŞ yə qarşı müharibəyə hazırlaşır “Küçələrdə anarxiya yaradılacaq”

Icma.az bildirir, Bakupost portalına istinadən.


ABŞ-ın narkotik qaçaqmalçılığı ilə mübarizə adı altında dünyanın ən böyük aviadaşıyıcısı olan “USS Gerald R. Ford” gəmisini Venesuela sahillərinə göndərməsi iki ölkə arasında gərginliyi daha da artırıb.
Bakupost.az CNN telekanalına istinadən xəbər verir ki, döyüş gəmisini 9 aviasiya eskadrilyası, raket daşıyan “USS Bainbridge” və “USS Mahan” esminesləri, eraket hücumundan müdafiə komanda gəmisi “USS Winston S. Churchill” və 4 mindən çox dəniz piyadası müşayiət edir.
Venesuela müdafiə naziri Vladimir Padrino Lopes ABŞ-ın Karibdəki hərbi güc nümayişini imperialist təhdid adlandırıb və mümkün müharibəyə qarşı ölkədə 200 min hərbçinin səfərbər olunduğunu bildirib. Səfərbərliyin iki gün davam edəcəyi, sonra vəziyyətə uyğun yeni planın tətbiq ediləcəyi vurğulanır.
“Reuters” agentliyinin məlumatına əsasən, Karakas rəhbərliyi mümkün ABŞ müdaxiləsinə qarşı “gerilla müharibəsinə” hazırlaşır. Agentliyin əldə etdiyi sənədlərdə ölkə ərazisində 280-dən çox nöqtədə yaradılacaq kiçik hərbi qrupların koordinasiyalı şəkildə sabotaj əməliyyatları həyata keçirəcəyi qeyd olunur.
Adının açıqlanmasını istəməyən mənbə bildirib ki, Venesuela rəhbərliyi küçələrdə anarxiya yaradaraq ölkəni xarici qüvvələr üçün idarəolunmaz vəziyyətə salmağı planlaşdırır. Bu çərçivədə silahlı yaraqlıların və xüsusi xidmət orqanları əməkdaşlarının da küçələrə çıxarılacağı qeyd edilir.
Bununla yanaşı, Venesuela ordusunun ABŞ qüvvələri qarşısında hərbi üstünlüyə malik olmadığı vurğulanır. Hökumətə yaxın mənbələrdən biri “əgər bu, klassik müharibə olarsa, iki saat belə dözə bilmərik” deyib. Başqa bir mənbə isə rəsmi açıqlamaların əksinə olaraq, ölkənin belə bir müharibəyə hazır olmadığını bildirib.
Qeyd olunur ki, Prezident Nikolas Maduro sələfi Uqo Çavesin yolunu davam etdirərək yüksək rütbəli ordu zabitlərini nazirliklərə və dövlət müəssisələrinə rəhbər təyin edib. Hökumət ordunun sədaqətinə güvənsə də, əslində vəziyyətin düşünüldüyü qədər ürəkaçan olmadığı deyilir. Hərbçilərin çox aşağı maaş aldığı, silah anbarlarının isə əsasən, Rusiyadan alınan texnikalardan ibarət olduğu bildirilir. Bu səbəbdən silahlı qarşıdurma baş verərsə, orduda fərarilik hallarının artacağı ehtimal olunur.
Maduro daha əvvəl ölkəni müdafiə məqsədilə 8 milyon mülki vətəndaşa silah hazırlığı keçildiyini açıqlamışdı. Lakin mənbələr “küçələrdə anarxiya ssenarisi” çərçivəsində cəmi 5–7 min nəfərin bu prosesə cəlb ediləcəyini iddia edir.
Gerilla tipli “müqavimət müharibəsi” üçün təxminən 60 min nəfərlik ordu və milli qvardiya qüvvəsinin ayrıldığı bildirilir. Eyni zamanda, Rusiya istehsalı “İqla-S” tipli qısa mənzilli zenit raketlərinin strateji əhəmiyyətli bölgələrə yerləşdirildiyi, Venesuela ordusunun təxminən 5 min ədəd belə raketə malik olduğu qeyd olunur.
Kreml həm Vaşinqton, həm də Karakas rəhbərliyini təmkinli olmağa çağırsa da, ABŞ-ın hücuma keçəcəyi halda Venesuelaya dəstək verəcəyini bəyan edib.
Təhlükəsizlik eksperti Andrey Serbin Pont hesab edir ki, Venesuela xaos vasitəsilə çəkindirmə mesajı verməyə çalışır. Onun sözlərinə görə, Maduro rejimi devrilərsə, ölkədəki silahların gerilla dəstələrinin və qeyri-qanuni silahlı qrupların əlinə keçməsi ölkəni yeni zorakılıq və qeyri-sabitlik mərhələsinə sürükləyə bilər.
Xatırladaq ki, Prezident Donald Tramp Latın Amerikasında “narkotik qaçaqmalçılığına qarşı mübarizə” bəhanəsi ilə bölgəyə hərbi qüvvə yerləşdirmə əmri verib.
Sentyabr ayından bəri bölgədə azı 19 hərbi əməliyyat keçirən ABŞ ordusu “narkotik ticarəti ilə əlaqəsi olan” 76-dan çox şəxsi zərərsizləşdirdiyini açıqlayıb.
Ağ Ev Maduro hökumətinin narkotik kartelləri ilə əməkdaşlıq etdiyini iddia edir. Karakas isə bu ittihamları rədd edərək, ABŞ-nin ölkədə çevriliş planlaşdırdığını bəyan edib. Tramp isə öz növbəsində ötən ay Mərkəzi Kəşfiyyat İdarəsinə (CIA) Venesuelada əməliyyat keçirmə göstərişi verdiyini açıqlayıb.
Cavid, BakuPost
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 13 Noyabr 2025 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see181

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see176

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see170

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see143

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see133

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see132

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see131

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see129

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see127

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri