Icma.az
close
up
RU
Venesuelanın ölkəmizdəki səfiri ATMU da olub FOTOLAR

Venesuelanın ölkəmizdəki səfiri ATMU da olub FOTOLAR

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Venesuela Bolivar Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kristofer Martinez Berroteran Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) olub.

"Unikal" xəbər verir ki, səfər çərçivəsində ATMU-nun rektoru İlham Mədətov səfiri qəbul edib. İki ölkə arasında təhsil və turizm sahəsində əməkdaşlıq imkanları müzakirə olunub. Strateji inkişaf üzrə prorektor Araz Aslanlı, Elmi məsələlər üzrə prorektor İranə Əliyeva və Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi İranə Axundova görüşdə iştirak edərək universitetin beynəlxalq əlaqələri və mövcud əməkdaşlıqları barədə məlumat veriblər. Həmçinin, Venesuela ilə Azərbaycan arasında akademik və mədəni sahədə əlaqələrin inkişafı istiqamətində atılacaq addımların əhəmiyyəti vurğulanıb. Tərəflər arasında keçirilən müzakirələrdə tələbə və müəllim mübadiləsi, ikitərəfli akademik təşəbbüslər, birgə seminar və konfransların təşkili, eləcə də davamlı turizm sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib.

Səfir Kristofer Martinez Berroteran ATMU-nun fəaliyyətinə və beynəlxalq təcrübəsinə yüksək qiymət verərək, Venesuela ilə Azərbaycan arasında təhsil və mədəni sahədə əlaqələrin genişləndirilməsi üçün yeni imkanların yaranacağına inandığını bildirib.Venesuela ilə Azərbaycan arasında dostluq münasibətlərinin təhsil və turizm sahəsində yeni müstəviyə keçməsi baxımından mühüm bir addım kimi qiymətləndirilib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:247
embedMənbə:https://unikal.az
archiveBu xəbər 15 Aprel 2025 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see313

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see301

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see297

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see293

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see293

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see289

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see280

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see277

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see272

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see271

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see249

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see246

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see242

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see240

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see240

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see235

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see229

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see228

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see226

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see224
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri