Icma.az
close
up
RU
İsrailin ölkəmizdəki səfiri ATMU da rəsmi görüş keçirib FOTOLAR

İsrailin ölkəmizdəki səfiri ATMU da rəsmi görüş keçirib FOTOLAR

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) İsrail Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Ronen Krauszun rəhbərlik etdiyi nümayəndə heyəti ilə rəsmi görüş baş tutub. Görüşdə səfiri Missiya rəhbərinin müavini Aviv Zell və İctimai əlaqələr üzrə müşavir Məleykə Hacıyeva müşayiət edib.

"Unikal" xəbər verir ki, ATMU tərəfindən görüşdə universitetin rektoru İlham Mədətov, Strateji inkişaf üzrə prorektor Araz Aslanlı, Turizm və qonaqpərvərlik fakültəsinin dekanı Bahadur Bilalov, Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məhəbbət Hacıyeva və Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi İranə Axundova iştirak ediblər.

Görüş zamanı Azərbaycan-İsrail münasibətlərinin mövcud vəziyyəti və perspektivləri, xüsusilə təhsil, turizm, qonaqpərvərlik və innovasiya sahələrində əməkdaşlıq imkanları müzakirə olunub. Tərəflər ali təhsil müəssisələri arasında birgə layihələrin icrası, tələbə və müəllim mübadiləsi proqramlarının genişləndirilməsi, eləcə də turizm sahəsində təcrübə və bilik mübadiləsinin əhəmiyyətini vurğulayıblar.

ATMU-nun rektoru İlham Mədətov qonaqları salamlayaraq İsrail nümayəndə heyətinin səfərinin iki ölkə arasında akademik və mədəni əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O, universitetin turizm və qonaqpərvərlik sahəsində ixtisaslaşmış aparıcı ali təhsil müəssisəsi olduğunu vurğulayıb və deyib: “Bir neçə il əvvəl universitetimizin tələbələri İsraildə ixtisas üzrə təcrübə proqramlarında iştirak ediblər və bu təcrübə həm tələbələrimiz, həm də universitetimiz üçün çox faydalı olub. Biz gələcəkdə də belə imkanları genişləndirmək, tələbələrimizin beynəlxalq səviyyədə təcrübə qazanmasını təmin etmək istəyirik. İsrailin zəngin təhsil və turizm təcrübəsi bu əməkdaşlığın inkişafında böyük rol oynaya bilər.” Rektor əlavə edib ki, ATMU beynəlxalq standartlara uyğun tədris mühiti yaradıb və xarici tərəfdaşlarla əlaqələrin genişləndirilməsi universitetin strateji prioritetlərindən biridir.

Səfir Ronen Krausz görüş zamanı səmimi qəbula görə təşəkkürünü bildirərək Azərbaycan ilə İsrail arasında dostluq və tərəfdaşlıq münasibətlərinin yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayıb. O qeyd edib ki, təhsil sahəsində əməkdaşlıq iki ölkə arasında münasibətlərin möhkəmlənməsində mühüm rol oynayır: “Səfərimizin məqsədi ATMU ilə əməkdaşlıq imkanlarını ətraflı müzakirə etməkdir. İsrail universitetləri ilə birgə layihələr həyata keçirmək, tələbələr və müəllimlər üçün təcrübə mübadiləsi proqramlarını genişləndirmək tələbələrinizə yalnız bilik deyil, həm də praktik bacarıqlar qazandıracaq, eyni zamanda iki ölkənin mədəni və elmi əlaqələrini daha da gücləndirəcək,” deyə səfir bildirib.

Görüş qarşılıqlı fikir mübadiləsi və gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi ilə yekunlaşıb.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://unikal.az
archiveBu xəbər 26 Dekabr 2025 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see333

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see316

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see275

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see271

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see259

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see254

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see251

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see241

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see240

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see235

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see218

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see217

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see215

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see208

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see203

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see199

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see190

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri